Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1001/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi , Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2020-ci il tarixə 16241.41 manat gecikdirilmiş əsas, 9649.65 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 29452.06 manat dəbbə pulu, cəmi 55343.12 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu “İddiaçı" MMCnin xeyrinə barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 598.79 manat, ümumilikdə isə 35926.60 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alan Cavabdeh 19 sentyabr 2016-cı il tarixli AL- 518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2020-ci il tarixə 16241.41 manat gecikdirilmiş əsas, 9649.65 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 29452.06 manat dəbbə pulu, cəmi 55343.12 manat borcu vardır. Cavabdeh tərəfindən lizinq şirkətinə son ödəniş 08 fevral 2017-ci il tarixdə 140 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC ilə bağlanmış 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 19 sentyabr 2016-cı il tarixli AL- 518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2020-ci il tarixə 16241.41 manat gecikdirilmiş əsas, 9649.65 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 29452.06 manat dəbbə pulu, cəmi 55343.12 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu “İddiaçı" MMCnin xeyrinə barədə qətnamə qət edilmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, lizinq obyekti olan avtomobili Vüsal adlı şəxsdən icarəyə götürərərək həmin avtomobilə dair lizinq borcunu həftəlik o, ödəyirdi. Ödəniş etmədiyi halda polis maşını saxlayırdı. Hazırda sözügedən avtomobili o, Vüsala qaytarmış, əlavə olaraq o, heç bir lizinq şirkəti ilə müqavilə bağlamamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən İddiaçı nümayəndəsi X2 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işdə olan 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı Daxili lizinq müqaviləsindən görünür ki, iddiaçı 2013-cü il buraxılışlı, "Daewoo Gentra" markalı, **-PU- *** dovlət qeydıyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobili illik 17 % olmaqla 60 aylıq muddətə hər ay 598,79 manat sabit məbləğ olmaqla, ümumilikdə 35926,60 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə İizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan 19 sentyabr 2016-cı il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən mülkiyyətində olan "Daewoo Gentra" markalı, **-PU-*** dovlət qeydıyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan AC № 227040 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avotmobilin sahibi İddiaçı MMC-dir. İşə əlavə olunmuş 26 oktyabr 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı Daxili lizinq müqaviləsi üzrə 13.10.2020-ci il tarixə iddiaçıya əsas borcu 16241,41 manat, mükafat borcu 9649,65 manat, cərimə borcu 29452,06 manat, cəmi 55343,12 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12.12.2019-cu il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 28A, mənzil 9-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 19 sentyabr 2016- cı il tarixli AL-518 saylı Daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı 2013-cü il buraxılışlı, "Daewoo Gentra" markalı, **-PU-*** dovlət qeydıyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobili illik 17 % olmaqla 60 aylıq muddətə hər ay 598,79 manat sabit məbləğ olmaqla, ümumilikdə 35926,60 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə İizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən mülkiyyətində olan "Daewoo Gentra" markalı, **-PU-*** dovlət qeydıyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı Daxili lizinq müqaviləsi üzrə iddiaçıya əsas borcu 16241,41 manat, mükafat borcu 9649,06 manat, cərimə borcu 29452,06 manat, cəmi 55343,12 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, avtomobili cavabdehə lizinqə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin və müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə yaranmış 16241,41 manat əsas borcu və 9649,65 manat mükafat borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 13.9-cu bəndinə əsasən cavabdeh gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3 faiz hesablanmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 29452,06 manat dəbbə pulu məbləği yaranmış 16241,41 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 294 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Məhkəmə iddia tələbinin avtomobilin iddiaçıya geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, lizinq ödənişləri gecikdirildikdə lizinq müqaviləsini ləğv etmək və lizinq predmetini geri almaq lizinq verənə bilavasitə qanunvericiliklə verilmiş hüquqlardır. Tərəflər arasında 19 sentyabr 2016-cı il tarixli lizinq müqaviləsinin 60 ay müddətinə bağlanmasını və həmin müddətin qurtarmasını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik icra edilmədiyindən iddiaçının lizinq predmeti olan avtomobili geri almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı MMC ilə bağlanmış 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, Cavabdeh 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2020-ci il tarixə 16241,41 manat gecikdirilmiş əsas, 9649,65 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 294 manat dəbbə pulu, cəmi 26185,06 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu “İddiaçı" MMC-nin xeyrinə xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC ilə bağlanmış 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh ilə İddiaçı MMC arasında lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2020-ci il tarixə 16241 (on altı min iki yüz qırx bir) manat 41 (qırx bir) qəpik əsas, 9649 (doqquz min altı yüz qırx doqquz) manat 65 (altmış beş) qəpik gecikdirilmiş mükafat, 294 (iki yüz doxsan dörd) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu olmaqla cəmi 26215 (iyirmi altı min iki yüz on beş) manat 46 (qırx altı) qəpik məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1001/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1001/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver