Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1006/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X1yə görə əsassız olaraq ondan tələb edilən 213,03 manat məbləğində borcun **********03671 abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili alqısatqı yolu ilə almış və həmin mənzil ona məxsusdur. Əvvəllər həmin mənzildə məcburi köçkün yaşadığından borcu xx.xx.2016-cı il tarixdə silinmişdir. "xxxx" ASC tərəfindən qeyd olunmuş mənzilə əsassız olaraq 213,03 manat borc hesablanmışdır və həmin borc halhazırda qanunsuz olaraq ondan tələb edilir. 2008-ci ilə kimi həmin ünvandan elektrik sayğacı yox idi. xx.xx.2008-ci ildə həmin ünvana elektrik sayğacı quraşdırılmışdır. Hazırda cavadeh tərəfindən ondan tələb olunan borc 2000-ci illər üzrə yaranmış borcdur və həmin borc xx.xx.2016-cı il tarixdə AR Prezidentinin müvafiq sərəncamına əsasən qaçqın borcu kimi silinmişdir. Abunə haqqında çıxarışın ikinci səhifəsində olan aktlar qrafasından da müəyyən edilir ki, 213,03 manat borc silinmişdir. Lakin o “ASAN xidmət” mərkəzinə kod üzrə ad dəyişmə ilə əlaqədar müraciət etdikdə ona bildirmişlər ki, hesablanmış 213,03 manat borc dondurulub və ad dəyişmə olan zaman ödənilməlidir. Qeyd olunanlara zidd olaraq abunə haqqında çıxarışdan görsənir ki, xx.xx.2016-cı il tarixdə həmin borc silinmişdir, bugünki gündə "xxxx" ASC-nin ondan həmin borcu tələb etməsi əsassız və qanunsuzdur. Hesab edir ki, həmin borc həm iddia müddəti ötürüldüyü üçün, həm də əsassız olduğu üçün silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Mübahisələndirilən borc məbləği qaçqın borcu olaraq dondurulmuşdur və cavabdeh tərəfindən tələb olunmur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı (abonent kodu **********03671) abunə hesabında qaçqın borcunun silinməsi olaraq 213,03 manat borc göstərilmişdir. Məhkəmə sorğusuna xxxx ASC tərəfindən verilmiş cavabdan görünür ki, İddiaçı məxsus ünvan 1 **********03671 saylı kodla xx.xx.2000-ci il tarixindən Məmmədov Könül adı ilə qeydiyyatdadır. Abonentin mənzilinə xx.xx.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. Abonent hesabına xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” əməliyyatı şamil edilərək 213,03 manat borc dondurulmuşdur. Hal-hazırda “xxxx” ASC tərəfindən həmin borcların ödənişi tələb olmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək enerjitəchizatçı təşkilata borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enercitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinəəsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enercisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enercitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enercisinə görəödəniş alır, digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görəödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enercisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında həmin dövr üçün müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış borc silinməlidir. İşin hallarından göründüyü kimi mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla mənzilin əvvəlki istifadəçisinə aid olmuşdur. Bu halda borca görə məsuliyyətin yeni mülkiyyətçi olan iddiaçının üzərinə qoyulması və həmin borc məbləğinin iddiaçının abonent hesabına hesablanması əsaslı hesab edilə bilməz. Mənzilin yeni mülkiyyətçisi olan iddiaçı həmin mənzili alarkən borc barədə məlumatı olmadığından mənzili yüklülüklə qəbul etmiş sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanın hesabından (abonent kodu **********03671) 213,03 (iki yüz on üç manat, üç qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1006/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1006/2021
03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver