Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1058/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı - 30 yanvar 2009-cu il təvəllüdlü Bagiryani Əfsanə Vasif qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, 30 yanvar 2009-cu il təvəllüdlü Bagiryani Əfsanə Vasif qızı onun qızıdır. Birinci dərəcəli əlildir. Əsas diaqnoz G80.4 X2, X2, yerişi akaksikdir, yuxarı və aşağı ətraflarında əzələ hipotaniya qeyd olunur, iradi və xırda matorikanın pozulması nəticəsində dəqiq hərəkətləri çətinliklə yerinə yetirir, aşağı ətraflarda vətər refleksləri yüksəkdir, yaş və sosial vərdişləri yoxdur, dil və nitq funksiyasmm təzahür pozuntusu, ağır dərəcəli əqli gerililik, qulluq və müalicə tələb edən ciddi davranız pozuntusu, ağır dərəcəli əqli gerililik, qulluq və müalicə tələb edən ciddi davranız pozuntusu ağırlaşma, qulluq və müalicə tələb edən ciddi davramş pozuntusu, ağır dərəcəli əqli gerililik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq qüsuru, uşaqla kontakt yaratmaq mümkün deyil, suallara reaksiya vermir, aqressiv olur, səbəbsiz qışqırır, yaş və sosial vərdişləri qeyri mümkün diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. Əlillik müddətsiz təyin edilmişdir. Daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə miiraciət edir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsində mane olur. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. 4.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
5. Bagiryani Əfsanə Vasif qızının səhhəti buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. 6.Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 30 yanvar 2009-cu il təvəllüdlü Bagiryani Əfsanə Vasif qızı müddətsiz birinci dərəcəli əlildir. 8.İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 438saylı rəyinə əsasən, Bagiryani Əfsanə Vasif qızında “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafırıın həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının elektron arayışında 'Əsas diaqnoz G80.4 X2, X2.Yerişi akaksikdir,yuxarı və aşağı ətraflarında əzələ hipotaniya qeyd olunur. İradi və xırda matorikanın pozulması nəticəsində dəqiq hərəkətləri çətinliklə yerinə yetirir. Aşağı ətraflarda vətər refleksləri yüksəkdir.Yaş və sosial vərdişləh yoxdur. Dil və nitq funksiyasının təzahür edən pozuntusu ağirdərəcəli əqli gerilik (İQ-25) 5 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik (İQ-25 ) Nitq qüsuru uşaqla kontakt yaradmaq mümkün deyil Suallara reaksiya vermir. Aqressiv olur. Səbəbsiz qışqırır. Yaş və sosial vərdişləri qeyri m üm kündür’ diaqnozu ilə birinci dərəcəli əlil hesab edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə yoxlanılan şəxs Bagiryani Əfsanə Vasif qızı öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. 2-ci sual üzrə yoxlanılan şəxs Bagiryani Əfsanə Vasif qızını fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bagiryani Əfsanə Vasif qızı sağlamlıq vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 438saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. 12.Məhkəmə hesab edir ki, 30 yanvar 2009-cu il təvəllüdlü Bagiryani Əfsanə Vasif qızının fəaliyyət qabiliyyəti olmayan şəxs olması ekspert rəyi ilə öz təsdiqini tapdığından bu barədə ərizə təmin edilməlidir. 13.Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 14.Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 15.Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Nəticə hissəsi: 16.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317- 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. 30 yanvar 2009-cu il təvəllüdlü Bagiryani Əfsanə Vasif qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva