Məhkəmə qərarları › İş №2(060)-1063/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1063/2024

14.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1063/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Pərvin Babayev küçəsindəki fərdi evə əsassız olaraq hesablanmış 162,49 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhəri, Kimyaçılar,qəsəbəsi, Pərvin Babayev küçəsi fərdi evdə yaşayır. X2 etdiyinə görə müəyyənləşdirilmiş ödənişləri vaxtlıvaxtında ödəmişdir. Hal-hazırda istifadə etdiyi elektirik enerjisinə görə cavabdehə borcu yoxdur. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, guya iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 162,49 manat borcu var. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, əsassız olaraq hesablanmış 162,49 manat borc silinməlidir. 2023-cü ilin mart ayından 2023-cü ilin oktyabr ayınadək "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaclarında yoxlanış aparılmamışdır. Sözügedən müddətdə "xxxx" ASCnin onların yaşadığı ərazidə yoxlanış aparan əməliyyatçı işçi təyin edilməmişdir. Həmin müddətə qədər və ondan sonrakı aylarda iddiaçı tərəfindən bütün aylıq ödənişlər ödənilmişdir. Ödənişlər haqqında çıxarış ərizəyə əlavə edilmişdir. Sonra Sumqayıt şəhəri 4-cü mkr-da yerləşən işıq İdarəsinə yaxınlaşıb borc yazılması səbəbini maraqlanmaq məqsədi ilə məlumat alanda, sahə rəisi Vahid müəllim tərəfindən bildirilmişdir ki borcun silinməsinə dair akt yazılacaq, borc silinəcək və sayğac dəyişdiriləcək. İdarədə 50 manat ödəniş edilməli olduğu bildirilmişdir. Tərəflərindən həmin məbləğ ödənilmiş, akt yazılmamış, borc silinməmişdir. 2023-cü ilin oktyabr və noyabr aylarında "xxxx" ASC-nin laboratoriya işçiləri gəlib sayğaca baxış etmiş və sayğacda texniki xətalar və yaxud başqa bir problem olmadıqlarını qeyd edərək, sayğacı dəyişdirməmişlər. Tərəfərindən ödənilən 50 manat işığa olan borcdan silindiyi söylənilmişdir. Sahə rəisinin verdiyi məlumata görə, faktiki olaraq sayğac göstəricisi çox olmuş, lakin "xxxx" ASC-nin əməkdaşı özlərində sayğac göstəricisini az qeyd edilmişdir. Tərəflərindən sayğaca heç bir müdaxilə olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, əsassız olaraq hesablanmış borc silinməlidir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iş üzrə tərəflər məhkəmə baxış iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9-3167 saylı ekspert rəyindən görünür ki, iddiaçıya məxsus **********00003 saylı hesab üzrə Abunə haqqında məlumata əsasən xx.xx.2023-cü il tarixdə 62,80 manat limitdən artıq istifadəyə görə hesablanmış borcun düzgünlüyü müəyyən edilmir. - **********00003 saylı abonentin saldosundan görünür ki, İddiaçı istifadəsində olan mənzildə **********00003 saylı abonentə X2yə görə 162,49 manat borc yazılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Pərvin Babayev küçəsində yerləşən fərdi yaşayış evində **********00003 saylı abonent hesabına 162,49 manat X2yə görə borc hesablanmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə əsasən xx.xx.2024cü il tarixli, 9-3167 saylı ekspert rəyindən göründüyü kimi iddiaçıya məxsus **********00003 saylı hesab üzrə Abunə haqqında məlumata əsasən xx.xx.2023-cü il tarixdə 62,80 manat limitdən artıq istifadəyə görə hesablanmış borcun düzgünlüyü müəyyən edilmir. Göründüyü kimi abonentin saldosunda qeyd edilən 162,49 manat borcun 99,69 manatı iddiaçının X2si ilə əlaqədar yaranmış borcdur. İddiaçının silinməsini tələb etdiyi digər 62,80 manat isə cavabdeh tərəfindən əsassız olaraq yazılmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Pərvin Babayev küçəsi ərazisində yerləşən elektrik enerjisinin kodu **********00003 olan fərdi yaşayış evində X2yə görə hesablanmış 62,80 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 62,80 manat olduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 30 manat cavabdeh "xxxx" ASC-dən tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Pərvin Babayev küçəsi ərazisində yerləşən elektrik enerjisinin kodu **********00003 olan fərdi yaşayış evində X2yə görə hesablanmış 62,80 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 30 manat cavabdeh "xxxx" ASC-dən tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar