Məhkəmə qərarları › İş №2(060)-1080/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1080/2021

12.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1080/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 2020-ci il tarixli, 020221 saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 171.42 manat sərfiyyatın və qanunsuz olaraq ondan tələb olunan 588.79 manat metodika əsasında qanunsuz olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 1 ünvanda yerləşən mənzil daimi yaşayış yeridir. Həmin ünvanda bu günə qədər istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər vaxtlı vaxtında cavabdehin təqdim etdiyi bildiriş əsasında tərəfindən ödənilmişdir və bu ödənişlər barədə qəbzləri var. O, mənzildə quraşdırılmış sayğacın kartına pul yükləyən zaman sayğacın kartı pulu götürməmiş və o, işıqsız qalmışdır. Ona görə də o, mənzilinə qeyri-qanuni sayğacdan kənar xətt çəkmişdir. 2020-ci il tarixində “xxxx” ASC-nin bir qrup əməkdaşı göstərilən ünvana gələrək çöldə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirərək guya müdaxilə olunduğu üçün X1 qaydalarının 8.32-ci bəndinin pozulması haqqında 2020-ci il tarixli, 020221 saylı akt tərtib edərək guya həmin mənzil üzrə X1yə görə 171.42 manat borcu olduğu bildirilmişdir. Baxmayaraq ki, elektrik hesabat sayğacı çöldə meydançasında yerləşir və onun qorunmasına enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin ünvan 10.09.2007-ci il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış, **********00116 saylı abunə hesabı açılmışdır. Həmçinin 09.03.2011-cı il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. Hal-hazırda ondan 2011-ci ildən əvvəl qanunsuz və əsassız olaraq hesablanmış metodiki borc tələb olunduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək ona bildiriş təqdim edirlər və sayğac mənzilindən kənarda yerləşdiyindən sayğacın qorunması cavabdeh təşkilatın üzərinə düşür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, 07.10.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğac sxemindən kənar xətt daxil olması, kənar xətt sayğacın sip xəttinin fərdi yaşayış evinin hasarının üst hissisinə düşən yerdən xüsusi sıxac vasitəsilə çəkilməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 07.10.2020-ci il tarixli, 020221 saylı akt əsasında 171.42 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan başqa iddiaçının evinə metodika əsasında hesablanmış 588.79 manat borc artıq «xxxx» ASC tərəfindən silinmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 07.10.2020-ci il tarixli, NDM 020221 saylı aktın surətindən görünür ki, abonentə məxsus mənzilin elektrik hesabat sayğacına EEİQ-na uyğun baxış apararkən məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacın SİP xəttinin fərdi yaşayış evinin hasarının üst hissəsinə düşən yerdən xüsusi sıxac vasitəsi ilə çəkilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, İddiaçı ETAİS-dən gələn borca görə hesablanmış 588.79 manat məbləğində borc artıq silinmişdir. İddiaçı abonent olaraq EEİQ-nun tələblərini pozmuş, ona görə də 07.10.2020-ci il tarixli, NDM 020221 saylı akt tərtib edilərək, iddiaçıya 171.42 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə iddia tələbinin 07.10.2020-ci il tarixli, NDM 020221 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 171.42 manat borcun silinməsi hissəsini əsassız hesab edir. Belə ki, işin araşdırılan hallarından, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçı fərdi yaşayış evinə sayğacdan kənar qanunsuz olaraq xətt çəkmişdir. Məhkəmə iddia tələbinin metodika əsasında hesablanmış 588.79 borcun silinməsi hissəsinə gəldikdə isə qeyd edir ki, həmin borcun hüquqi əsası yoxdur. Belə ki, həmin borc artıq «xxxx» ASC tərəfindən silinmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin qaydaların 8.32-ci maddəsinin 2-ci hisəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının cavabdeh xxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdeh xxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar