Məhkəmə qərarları › İş №2(060)-1082/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1082/2024

31.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1082/2024 31.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi” barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına dair əsassız olaraq hesablanmış 704 manat 71 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 2(060)- 1082/2024 saylı iş üzrə ərizənin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, veridiyi ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etdi.Əlavə olaraq bildirdi ki, evi ipoteka ilə Corat bağları ərazisində almışdır. Hər ay maaşından ödəyir. Ödəniş tam bitdikdən sonra, sənədləşmə gedəcəkdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, xx.xx.2012-ci il tarixdə Cəfər Cəfərquliyevin adına kod açılmış, su və kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. Abonent olaraq hal-hazırda iddiaçını tanımırlar. İddiaçının iddia vermək üçün subyektiv hüququ yoxdur. xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmışdır. Sayğac da Cəfər Cəfərquliyevin adına açılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizəni araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən ərizə təmin edilməlidir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində müəyyən olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “X4” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar