Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1086/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X30 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X30 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum nənəsi Səkinə Niyaz qızından miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: AZ 5021, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0741 ha torpaq sahəsinə onun miras əmlakı faktiki qəbul etməyinin müəyyən edilməsi, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən Cavabdeh1 verilmiş 29 vanvar 2024cü il tarixli 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ƏMDX DƏDKR X30 tərəfindən Cavabdeh1 adına qeydiyyata alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş ********** qeydiyyat nömrəli 15 mart 2024-cü il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə (əri X17 və qızı X12) Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 526 (Yeni qaydalarla ünvan 2 ünvanda yerləşən 0.0741 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi nənəsi Səkinə Niyaz qızına məxsus olub. Belə ki, Sumqayıt şəhər X16 xx.xx.1988-ci il tarixli protokolundan çıxarışa əsasən həmin fərdi yaşayış evi Səkinə Niyaz qızının adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilib. Səkinə Niyaz qızı 18 mart 1989-cu ildə vəfat edib. Onun vərəsəsi olan X29 Hüseynbala oğlu 23 aprel 1997-ci ildə vəfat edib. X3 21 iyun 2006-cı ildə vəfat edib. X2 18 iyul 2011 -ci ildə vəfat edib. Cavabdeh1 bacısı Nərgiz Əliyevanın qızıdır. Bacısı vəfat etdikdən sonra Cavabdeh1 azyaşlı olduğundan və onun qayğısına qalan kimsə olmadığından onlar həmin ünvana köçərək cavabdehlə birlikdə yaşayıblar. 2011-ci ildən onlar həmin ünvanda yaşasalar da, orada pasport qeydiyyatına alınmayıblar, lakin evə dair kommunal ödənişləri, zəruri tələbatları onlar ödəyiblər. Cavabdeh1 yetkinlik yaşına çatdıqdan sonra onun həmin ünvana pasport qeydiyyatına alınmasını təmin ediblər, lakin onlar yenə də həmin ünvana pasport qeydiyyatına alınmayıblar. Buna baxmayaraq cavabdehlə bir yerdə həmin ünvanda yaşamağa davam ediblər. Bir müddət əvvəl Cavabdeh1 onlara qarşı Sumqayıt şəhər Məhkəməsinə iddia verərək onların Sumqayıt şəhəri, Corat qəsəbəsi 526 saylı fərdi yaşayış evindən çıxarılmalarını tələb edib. Onlara məlum oldu ki, cavabdeh onlardan xəbərsiz olaraq həmin evi öz adına rəsmiləşdirib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 2 saylı Sumqayıt ərazi idarəsinin 11 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilib ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.0741 ha torpaq sahəsi ünvan 4sdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilib. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınaraq, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilib. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 saylı fərdi yaşayış evi və onun altında yerləşən 0.0741 ha torpaq sahəsi onun nənəsi Səkinə Niyaz qızına məxsus olub. O, ailə üzvləri ilə birlikdə 2011-ci ildən etibarən (bacısı vəfat etdikdən sonra) həmin ünvanda bacısı qızı olan cavabdeh Gülxatın Həsənova ilə birlikdə ailə üzvü kimi yaşayıblar, onun zəruri tələbatlarını onlar ödəyiblər, eyni zamanda evin kommunal ödənişlərini də onlar ödəyiblər. Hazırda cavabdehlə münasibətlərində soyuqluq yaranıb. Buna görə də cavabdeh onların xəbəri olmadan qanun üzrə vərəsəlik şəhadətnaməsi alıb və onların evdən çıxarılmalarına dair iddia qaldırıb. O, 2011-ci ildən nənəsinə məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayıb, evdən istifadəyə dair kommunal ödənişləri ödəyib, fərdi yaşayış evini faktiki olaraq qəbul edib. Notariat işindən görünür ki, cavabdeh Gülxanım Hüseynova notariat ofisinə ərizə ilə müraciət edərək qeyd edib ki, ünvan 5 ünvanında yaşayan anası - X14 xx.xx.2011-ci ildə vəfat edib. Hazırda N.Əliyevanın xx.xx.1997-ci ildə vəfat etmiş atası - Əliyev Gülbala Hüseynbala oğlunun anası - Səkinə Niyaz qızından qəbul etdiyi, lakin vərəsəlik hüquqlarını rəsmiləşdirmədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 526 nömrəli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edib və həmçinin göstərib ki, ondan başqa vərəsə yoxdur. Onun atası Gülbala Əliyev miras qoyan şəxsin - Səkinə Hüseynovanın 1-ci növbə vərəsəsi olub, o, vəfat edənə qədər anasından qalan miras əmlakı rəsmiləşdirə bilməyib, lakin həmin əmlakı faktiki olaraq qəbul edib. O, da mərhum bacısı Nərgiz Əliyeva kimi irsi transmissiya qaydasında vərəsə hesab edilir. Buna baxmayaraq Cavabdeh1 miras əmlakı qəbul edərkən özündən başqa digər vərəsələrin mövcudluğunu gizlədib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. 32.Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. İddia ərizəsinə əlavə edilmiş arayış və qəbzlərdən görünür ki, o, miras əmlak olan torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair kommunal xidmətləri ödəyib və hazırda orada yaşayır. Bununla da o, miras əmlakı faktiki qəbul edib. Bundan əlavə, cavahdeh Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən digər vərəsələrin olduğunu bildiyi halda bunu gizlətmiş və onun olduğu yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılmağı üçün ağlabatan tədbirlər görməyə borclu olduğu halda bunu etməyib. Bununla yanaşı notariat orqanı da digər vərəsələrin axtarılması üçün tədbirlər görməli olduğu halda bunu etməyib. Göründüyü kimi onun vərəsəlik hüququ pozulub. Vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyi halda onun əsasında verilən çıxarış da ləğv edilməlidir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Cavabdeh1 həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə 15 mart 2024-cü ildə ********** nömrəli çıxarış alıb. Odur ki, həmin çıxarış da ləğv edilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qeyd edilən mənzil iddiaçının nənəsinə məxsus olub. Mübahisəli əmlakı faktiki olaraq iddiaçı qəbul etmişdir. 1989-cu ildə nənə, 1997-ci ildə isə Gülbala vəfat edib. Nərgiz 2011-ci ildə vəfat edib. Nərgiz Gülnarənin bacısı və Gülxanımın anasıdır. Notarius evdə qeydiyyatda olan Gülxanıma şəhadətnamə vermişdir. Gülarə ailə qurub və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçının atası vəfat edəndə də iddiaçı qeyd edilən evdə yaşayıb. Ana isə 2006-cı ildə vəfat edib. Başqa ünvanda yaşasa da mütəmadi olaraq bu ünvana gedib-gəlib. İddiaçının nənəsi Səkinənin Gülbaladan da başqa vərəsələri olmuşdur. Lakin, irsi transmissiya qaydasında yalnız Gülbala əmlakı qəbul edib. Hesab edir ki, bu hal notarius tərəfindən törədilmiş pozuntudur. Gülbala Gülarənin atası Gülxanımın babasıdır. Səkinə də Gülbalanın anasıdır. Bildirir ki, 2024-cü ilin yanvarında vərəsəlik şəhadətnaməsi alınıb. Konstitusiya məhkəməsinin müvafiq qərarına əsasən bu məsələyə müddət məsələsi şamil edilmir. Nərgiz və Gülbala iddia edilən evdə yaşayıb. Ataları öldükdən sonra notariusa müraciət olunmayıb. Hesab edir ki, hazırkı mübahisəyə yalnız indiki Mülki Məcəllə tətbiq edilməlidir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Gülxanım qeyri rəsmi nikah münasibətlərindən dünyaya gəlib, lakin atası uşağına baxıb. Ev Səkinə adlı xanımın adına olub. Evdə faktiki olaraq Gülbala, Nərgiz və Gülxanım yaşayıb. 2002-ci ildən 2011-ci ilə qədər Gülxanım qeyd edilən evdə yaşayıb. Uşaq 9 yaşında evdə tək qalıb deyə uşağa baxılması üçün aylıq pul verilirdi. Vərəsəlik qaydasında şəhadətnaməni Nərgiz alıb. Nərgiz evi yararlı vəziyyətə salıb. Qadın ailəsi ilə evə baxmaq üçün gəlib, lakin uşaq həddi bülluğa çatanda evdən çıxmaq istəmirlər. Digər tərəflər faktiki olaraq mirası qəbul etməyiblər. Tərəfi uşağa baxılması üçün dayə pulu verib və hazırda da evinin boşaldılmasını tələb edir. Vərəsəlik işində evdə hansı qonşuların yaşamasına dair akt da vardır. Cavabdeh kommunal ödənişləri də edib. Hesab edir ki, ilk əvvəl mirasın qəbul edilməsi müddətinin ötürülməsi məsələsi aydınlaşdırılmalı və daha sonra bu iddia qaldırılmalıdır. Əks halda sözügedən iddianın qaldırılması üçün subyektiv hüquq yoxdur. Çünki, qeyd etdiyi kimi mirasın qəbul edilməsi müddəti ötürülüb. Qarşı tərəfin istinad etdiyi Konstitusiya məhkəməsinin qərarı həmin qərar dərc ediləndən bu yana vəfat edən şəxslərə şamil edilir. Buna görə iddia təmin edilə bilməz. Bundan başqa hesab edir ki, hazırkı işə həm köhnə, həm də yeni Məcəllənin tələbləri tətbiq edilməlidir. 5.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, Sumqayıt şəhəri 1 saylı Notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X30 2 saylı Sumqayıt Ərazi İdarəsi isə məhkəməyə gəlməməsininn səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı, əri X17 və qızı X12 xx.xx.2011-ci il tarixdən hal-hazırkı vaxta kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 526 (Yeni qaydalarla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ev 56B) ünvanında qeydiyyatsız yaşayırlar. 9.İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən 0.0741 ha torpaq sahəsi ünvan 4sdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.202024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınaraq, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Əlavə olaraq bildirilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526A ünvanında yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 10.İşdə olan **********272 nömrəli, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 Notariat ofisinə müraciət edərək, Əliyev Gülbala Hüseynbala oğlunun X21ndan qəbul etdiyi, lakin vərəsəlik hüquqlarını rəsmiləşdirmədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 526 nömrəli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhədətnaməsinin verilməsini xahiş etmişdir. 11.İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışdan görünür ki Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən 0.0741 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Səkinə Niyaz qızının adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. 12.İşdə olan Sumqayıt şəhər icra Hakimiyyəti başçısının Corat qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1582 nömrəli arayışından görünür ki, Sumqayıt şəhər icra Hakimiyyəti başçısının Corat qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Sumqayıt şəhər Notariat Ofisinə ondan ötəri ki, həqiqətən nümayəndəlikdə saxlanılan təsərrüfat kitablarına əsasən Corat qəsəbəsindəki 526 saylı fərdi yaşayış evi X32 qızının (18 mart 1989-cu il tarixdə vəfat edib) adına qeydiyyata alınıb. Onun nəvəsi X14 1995-ci il tarixindən vəfat edənə kimi (18 iyul 2011-ci il tarixdə vəfat edib) qızı Cavabdeh1 ilə (xx xxx 2002-ci ildə anadan olub) birgə Corat qəsəbəsi ev 526-da yaşamışdır. X4 vəfatından sonra, hal-hazırkı vaxta kimi onun qızı Cavabdeh1 Corat qəsəbə ev 526 ünvanında yaşayır, qeydiyyatdadır. 13.İşdə olan Sumqayıt şəhər Corat Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 85 nömrəli arayışından görünür ki, X32 qızı vəfat etdiyi gündən ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində yerləşən 526 nömrəli fərdi yaşayış evinin və orada yerləşən torpaq sahəsinin vergisi xx.xx.1997-ci ilədək oğlu - Əliyev Gülbala Hüseynbala oğlu tərəfindən, xx.xx.1997-ci ildən xx.xx.2011-ci ilədək nəvəsi - X14 tərəfindən ödənilmişdir. X14 xx.xx.2011-ci ıldə vəfat etdiyi üçün bu günki günə kimi həmin fərdi yaşayış evinin və torpaq sahəsinin vergisini N.G.Əliyevanın qızı - Cavabdeh1 ödəyir. Hal-hazırda Corat Bələdiyyəsinə torpaq vergisinə görə borcu yoxdur. 14.İşdə olan AZ-İ 480814 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səkinə Niyaz qızı xx.xx.1989-cu ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 725 nömrə ilə qeyd edilmişdir. 15.İşdə olan AZ-İ 143292 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Gülbala Hüseynbala oğlu xx.xx.1997-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 646 nömrə ilə qeyd edilmişdir. 16.İşdə olan İE-713548 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Gülbala Hüseynbala oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsində doğulmuşdur. X21, atası X1r. 17.İşdə olan AZ 570359 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X29 Hüseynbala oğlu, X3dır. 18.İşdə olan AZ-İ 482936 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1037 nömrə ilə qeyd edilmişdir. 19.İşdə olan AZ-İİ 141483 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2002-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X5, anası X8r. 20.İşdə olan Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Notariat Arxivində və “Elektron Notariat” İnformasiya sistemində Əliyev Gülbala Hüseynbala oğlunun hər hansı miras əmlakına dair vərəsəlik işi açılmamışdır. 21.İşdə olan Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Notariat Arxivində və “Elektron Notariat” İnformasiya sistemində Səkinə Niyaz qızının hər hansı miras əmlakına dair vərəsəlik işi açılmamışdır. 22.İşdə olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş Səkinə Niyaz qızının vərəsəsi oğlu - Əliyev Gülbala Hüseynbala oğludur, lakin onun xx.xx.1997-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsi qızı – X8r, həmçinin onun da vəfat etməsi ilə əlaqədar qızı Cavabdeh1dır o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Səkinə Niyaz qızına verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni raydalarla: ünvan 9 ünvanında yerləşən 0.0741 ha torpaq sahəsinə dair vərəsəliyi qəbul etmiş, lakin həmin torpaq sahəsinə öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X9 düşən tam hissədən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********FH73902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni raydalarla: ünvan 6 ünvanında yerləşən ümüumi sahəsi 0.0741 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. 23.İş materiallarında olan V-JQ-3744075 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X17 və X15 xx.xx.1998-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 11 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli əmlak - Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 526 (Yeni qaydalarla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ev 56B) ünvanında yerləşən ümumi sahəsi 0,0741 ha torpaq sahəsi İddiaçı nənəsi Səkinə Niyaz qızına məxsus olmuşdur. Səkinə Niyaz qızı xx.xx.1989-cu ildə ölmüşdür. Əliyev Gülbala Hüseynbala oğlu iddiaçının atası, Səkinə Niyaz qızının oğludur və o xx.xx.1997-ci ildə ölmüşdür. X14 iddiaçının bacısı, Əliyev Gülbala Hüseynbala oğlunun qızıdır və o, xx.xx.2011-ci ildə ölmüşdür. Cavabdeh1 mərhum X4 övladıdır. X10 miras qalmış əmlak ünvan 4sdiq edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq ona bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı həmin miras əmlakı faktiki qəbul etməyinin müəyyən edilməsi, mübahisəli əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
25. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.
26. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir.
27. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
30. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
31. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında vərəsəlik hüquq münasibətləri iddiaçıya münasibətdə 1997-ci ildə yarandığından mübahisəyə xx.xx.1964cü il tarixli qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməli, mübahisəyə 2000-ci il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi və həmin Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı tətbiq edilməməlidir.
32. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən isə vərəsəlik qanun üzrə və ya vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
33. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
34. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmık barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərərəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçan qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
35. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün həmin Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.
36. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
37. Məhkəmə hesab edir ki, iddiaçı 1997-ci ildə atasının ölümü ilə açılmış, miras əmlaka daxil olan torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi (faktiki və ya notariat orqanına müraciət etməklə) barədə məhkəməyə əsaslı şübhədənkənar mötəbər sübutlar təqdim etməmişdir.
38. Belə ki, iddiaçı bu halı təsdiqləmək üçün məhkəməyə yalnız nikaha daxil olması barədə şəhadətnamənin surətini təqdim etmişdir.
39. Halbuki, iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktda İddiaçı mübahisəli ünvanda xx.xx.2011-ci il tarixdən sonra yaşadığı qeyd edilmişdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.”
41. Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.
42. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar.
43. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.
44. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.
45. Məhkəmə hesab edir ki, iddiaçı nə mirası faktiki olaraq qəbul etməsi, nə də miras açıldıqdan sonra notariat orqanına müraciət etməsinə dair məhkəməyə hər hansı mötəbər sübut (şahid ifadələri, həmin tarixə dair yaşayış yerindən arayış, notariat orqanına ünvanlanmış ərizə və s.) təqdim etmədiyindən iddia tələbi miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi hissəsində təmin edilməməlidir.
46. Belə ki, iddiaçı mərhum atasından miras qalmış (1997-ci ildən xəbərdar olsa da) əmlakı qəbul etməyə yönələn hərəkətlər etməmiş və bununla da istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın cavabdeh tərəfindən qəbul faktını rəsmiləşdirən şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş bu hüququnu itirmişdir.
47. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisəyə tətbiq edilən 1964-cü il tarixli Mülki Məcəlləsinin tələblərinə görə həmin Məcəllə mirasdan imtina edilmədiyi halda, mirasın qəbul edilməsi prezumpsiyasını nəzərdə tutmurdu. Ümumiyyətlə, həmin Məcəllə mirası əldə etmək üçün yalnız mirasın qəbulu institutunu tanıyırdı, vərəsənin susmasını mirasın qəbul edilməsi prezumpsiyası kimi qəbul etmirdi.
48. Eyni zamanda məhkəmə Cavabdeh1 münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi).
49. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
50. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər.
52. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
53. Cavabdeh1 miras əmlakı anası X4 yeganə vərəsəsi olaraq qəbul etmişdir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, o, doğulduğu vaxtdan (2002) mübahisəli ünvanda yaşamış, anası öldüyü vaxt (2011) həmin evdə yaşamağa davam etmiş və hal-hazırda da orada yaşayır.
54. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mülki qanunvericiliyin tələblərinə əməl edilmişdir və həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur.
55. Məhkəmə hesab edir ki, ƏMDX DƏDKR X30 tərəfindən Cavabdeh1 adına qeydiyyata alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş ********** qeydiyyat nömrəli 15 mart 2024-cü il tarixli çıxarışın ləğv edilməsi hissəsində iddia tələbi digər tələblərdən törəmə olduğundan bu hissədə də iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur.
56. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X30 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. 57.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. 58.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 59.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X30 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva