Məhkəmə qərarları › İş №2(060)-111/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-111/2021

05.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-111/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavadehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 30.000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən mülki işin baxılmamış saxlanılmasını və işə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavadehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m. olan 443B nömrəli bağ evi iddiaçının mülkiyyətində olmuşdur. xx xxxxxxx 2013-cü il tarixində Cavabdeh ilə həmin bağ evinin alqı-satqısı barədə razılığa gəlmişlər ki, iddiaçı bağ evini cavabdehin mülkiyyətinə verir, cavabdeh isə əmlakın dəyərini, yəni 30.000 manat pulu iddiaçıya ödəyir. Bu barədə aralarında Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda xx xxxxxxx 2013-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m olan 443B nömrəli bağ evini alıcıya təhvil vermişdir. Alıçı isə müqavilənin 4-cü bəndində göstərilən 30.000 manat pulu iddiaçıya müqavilənin 5ci bəndində göstərilən şərtlər daxilində verməmişdir. “xxxx” ASC-nin Sumqayıt filialına dəfələrlə müraciət etsədə adına pulun olmaması bildirilmişdir. Nə Notariat kontorunun depazit hesabından nə də ki, “xxxx” ASC-tərəfindən iddiaçıya pul ödənilməmişdir. Bu barədə iddiaçı alıcıya dəfələrlə müraciər etsə də, hər dəfə iddiaçını aldatmış, pulu verəcəyini bildirsədə verməkdən yayınmışdır. Artıq üç ilə yaxındır ki, cavabdeh nə pulu ödəmir nədə ki, evi iddiaçıya qaytarmaq istəmir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavadehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m. olan 443B nömrəli bağ evi iddiaçının mülkiyyətində olmuş, xx xxxxxxx 2013-cü il tarixində iddiaçı ilə Cavabdeh ilə həmin bağ evinin alqı-satqısı barədə razılığa gəlmişlər ki, iddiaçı bağ evini cavabdehin mülkiyyətinə vermiş və cavabdeh isə əmlakın dəyərini, yəni 30.000 manat pulu iddiaçıya ödəmişdir. Cavabdehin iddiaçıya həmin məbləği ödəməsini iş materiallarına əlavə edilmiş sənədlər də təsdiq edir. Hesab edir ki, iddia tələbi əsassızdır və iddia tələbində qeyd edilənlər həqiqəti əks etdirmir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m. olan 443B nömrəli bağ evini Cavabdeh 30.000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən verilmiş və xx.xx.2013-cü il tarixdə tərtib edilmiş kassa məxaric çeklərinin 1162 nömrəli reyestrinin surətindən görünür ki, İddiaçı “xxxx” ASC-dəki bank hesabına 30.000 manat pul ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 96.3 kv.m, yaşayış sahəsi 58.1 kv m. olan 443B nömrəli bağ evini Cavabdeh 30.000 manata satmış, Cavabdeh isə öz növbəsində qanunvericilkdə nəzərdə tutulmuş qaydada həmin məbləği İddiaçı “xxxx” ASC-dəki bank hesabına ödəmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə bütün öhdəliklər icra edilmişdir. Ona görə də, məhkəmə belə hesab edir ki, Cavabdeh ödəməli olduğu məbləğ ödənildiyindən, cavabdehdən yenidən həmin məbləğ iddiaçının xeyrinə tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar