Məhkəmə qərarları › İş №2(060)-1114/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1114/2025

24.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1114/2025 24.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 12 sentyabr 1975-ci il təvəllüdlü oğlu X3 epilepsiya nəticəsində əmələ gələn ağıl zəifliyi xəstəliyindən əziyyət çəkir. 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin zsixatrik kabinetində 05 yanvar 1982-ci il tarixdən qeydiyyatdadır. Epilepsiya nəticəsində əmələ gələn ağıl zəifliyi xəstəliyindən əziyyət çəkir və İİ qrup əlildir. Mütəmadi olaraq müalicə alır. Oğlu onda olan xəstəlik qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyinə görə özünü idarə edə bilmir, ətrafında olan insanlarla davranışı qeyri-adekvat olur və hüquqlarını həyata keçirtməkdə çətinlik çəkdiyindən ərizəçinin himayəsindədir. Ərizəçinin X1 üzərində qəyyum təyin olunmağı üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Onlar 5-6/1-Ə-305- 099/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirdilər ki, X3 ilə bağlı yaranan problemlərin həll olunması üçün o, fəaliyyət qabiliyyətsiz hesab olunmalı və onun üzərində qəyyum təyin edilməlidir. Mövcud qanunvericiliyə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab ediməsi yalnız məhkəmə qərarına əsasən mümkün olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən 12 sentyabr 1975ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan AZE № 01825061 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.

8. İş materiallarında olan Azərbaycan Respublikası TƏBBİ “Sumqayıt Tibb Mərkəzi” PHŞ üzrə 2 nömrəli şəhər xəstəxanasının Poliklinika Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 734 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan X4 2 nömrəli şəhər xəstəxanasının PŞ-nin psixiatrik kabinetində xx.xx.1982-ci ildən epilepsiya nəticəsində əmələ gələn ağıl zəifliyi xəstəliyi ilə bağlı qeydiyyatdadır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 xx.xx.2025-ci il tarixli, 486 №-li rəyindən görünür ki, X2 epilepsiya nəticəsində ağıl zəifliyi (F02.8) aşkar olunur. Bunu anamnestik məlumatlar - uşaq yaşlarından nevroloji əlamətlərin və qıcolma tutmalarının qeyd edilməsi, erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, 2 saylı Uşaq Klinik Xəstəxanasında, Sumqayıt Psixiatriya Xəstəxanasında müalicədə olması, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının psixiatrik kabinetində “Epilepsiya nəticəsində əmələ gələn ağıl zəifliyi” diaqnozu ilə qeydiyyatda olması, TSEK-in tərəfindən “Epilepsiya nəticəsində əmələ gələn ağıl zəifliyi” diaqnozu ilə İİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, əhavliruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – X2 epilepsiya nəticəsində ağıl zəifliyi davranış pozuntuları ilə aşkar olunur. İİ – X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİİ– X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1975-ci il təvəllüdlü X3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

13. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

17. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar