Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1122/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 17.10.2018-ci il tarixli ******* nömrəli akt və 17.12.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış cəmi 300 manat 60 qəpik məbləğində cərimənin silinməsi və sayğacın dəyərinin 185 manat 73 qəpik pulun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27/69B-də yerləşən 61 saylı mənzildə ailə üzvlərilə yaşayır. Həmin mənzil üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla adına 03.05.2013-cü ildə çıxarış verilmişdir. Həmin mənzilə qaz sayğacı quraşdırılmışdır. O, sayğac göstəricisi əsasında bütün ödənişləri vaxtlı-vaxtında yerinə yetirmişdir. Lakin yaşadığı ünvana cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq məktubunu alandan sonra ona məlum olmuşdur ki, yaşadığı ünvana quraşdırılmış sayğac yararsız hesab olunaraq dəyişdirilmiş və o, da həmin sayğacın dəyərini, yəni 185,73 manat məbləğində pulu cavabdeh təşkilata ödəməlidir. O, cavabdeh təşkilatda olmuş və həmin sayğacın kimin günahı üzündən yararsız hala düşməsi və nə üçün sayğacın dəyərinin ondan tutulması ilə maraqlanmış və ona məlum olmuşdur ki, cavabdeh təşkilat 17.10.2018-ci il tarixdə onun iştirakı olmadan ******* nömrəli akt və 17.12.2019-cu il tarixli ******* saylı akt tərtib etmiş və birinci akt əsasında 864 kub.m,yəni 84 manat 60 qəpik,2-ci akt əsasında isə 2160 kub.metr sərfiyyat hesablanaraq 216 manat məbləğində cərimə hesablanmış, dəyişdirilmiş sayğacın dəyəri isə 185,73 manat məbləğində qiymətləndirilməklə onun dəyəri də ondan tələb olunmuşdur. Cavabdehin bu müdaxilənin onun tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən tərtib edilmiş 17.10.2018-ci il tarixli ******* nömrəli akt və 17.12.2019cu il tarixli ******* saylı akt əsasında hesablanmış 300 manat 60 qəpik məbləğində cərimə silinməli və saycağın dəyərinin ondan tələb olunmasına son qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclaslarında iştiak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini, abonentə məxsus sayğaca müdaxilə olunduğunun müəyyən edildiyini və bu səbəbdən itirilmiş qaza görə hesablanmanın həyata keçirildiyini bildirdi, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17.10.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, İddiaçı məxsus mənzilə aid qaz sayğacının yoxlanılması zamanı G-4 markalı ******* №li qaz sayğacında xətalar normaya uyğun olmadağı, sayğac istismara yarasız hesab edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17.12.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, İddiaçı məxsus mənzilə aid qaz sayğacının yoxlanılması zamanı G-4 markalı 1802AZ**********19 №li qaz sayğacına baxış keçirilmiş, sayğacın klapanının işlək olmadığı, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ metrologiya plomb yuvasının ətrafı zədələndiyi aşkar edilmişdir. 12.08.2021-ci il tarixli “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” arayışdan görünür ki, G-4 markalı 1802AZ**********19 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ metrologiya plomb yuvasının ətrafı zədəli olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Sayğacın dəyəri 185,73 manatın abonent tərəfindən ödənilməsi tələb olunur. 12.08.2021-ci il tarixdə verilmiş Abonentin Saldosundan görünür ki, İddiaçı məxsus Abşeron, Sumqayıt, 12-ci mikrorayon, ev 27/69B-də yerləşən 61 saylı mənzilə (abonent kodu **********00610) akta görə (2018-ci il üzrə 86,40 manat, 2019-cu il üzrə 216 manat) 302,40 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi vəquraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mənzili qaz ilə təhciz edilib, qazdan istifadəsi üçün sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Məhkəmə hesab edir ki, mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyn tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması ilə bağlı qanunun göstərişini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, sayğacın dəyəri olaraq hesablanmış 185 manat 73 qəpik, akta görə hesablanmış cəmi 300,60 manat borc **********00610 saylı abonent hesabından silinməlidir. MPM-nin 119-cu maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27/69B-də yerləşən 61 saylı mənzilə akta görə hesablanmış cəmi 300,6 (üç yüz manat, altmış qəpik) manat cərimə və sayğacın dəyəri olaraq tələb olunan 185,73 (bir yüz səksən beş manat, yetmiş üç qəpik) **********00610 saylı abonent hesabından silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1122/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1122/2022
10.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver