Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1138/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1976-cı ildə anadan olmuş, X9 onun bacısıdır. Bunu hər ikisinə məxsus olan doğum haqqında şəhadətnamələr təsdiq edir. Ona məxsus “Doğum haqqında şəhadətnamə”də anasının atasının adı səhvən Məcid kimi göstərilmişdir. Bacısı Təranənin doğum haqqında şəhadətnaməsində isə anasının atasının adı Məjnum kimi göstərilmişdir. Hal-hazırda doğum haqqında şəhadətnamənin ana qrafasında anasının atasının adının Məjnum kimi yazılması barədə Sumqayıt Şəhər Məhkəməsində mülki işə baxılır. Bacısı anadangəlmə “Paranoy Şizofreniya” xəstəsidir. Bunu AR Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi Psixatriya Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 01 №-li aktı təsdiq edir. Həmin aktda qeyd olunur ki, bacısına psixi vəziyyətinə görə qəyyum təyin oluna bilər. Bacısına o baxır, qulluğunda durur. Bacısı daimi nəzarət altında saxlanmalıdır. Öz hərəkətlərinin mənasını dərk etmir, özünü idarə edə bilmir. Qeyd olunanlara əsasən xx.xx.1962-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi X11 iş üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizasının rəyini nəzərə alaraq, ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin xüsusi icraat qaydasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən baxdığı işlərdən biridə 305.1.3-cü maddəsində göstərilən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1976-cı il tarixdə doğulmuş, atası Atlıxan Qardaşxan oğlu, anası X8r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxx 1962-ci il tarixdə doğulmuş, atası X12, anası X5r. İş materiallarında olan Sumqat şəhər 6 saylı MKS tərəfindən verilmiş xx.xx.2019cu il tarixli arayışdan görünür ki, Ərizəçi və bacısı X2 şəhəri, 2-ci mikrorayon, 8/11 saylı evin, 25 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi Psixiatriya Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 01 №-li aktından görünür ki, X9 “Paranoid Şizofreniya” xəstəsidir və psixi vəziyyətinə görə qəyyumluq təyin oluna bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 295 saylı rəyi ilə ekspert komissiyası X4 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik müəyyən edir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X9 onda müəyyən edilən Şizofreniya paranoid forma formasında xroniki psixi xəstəliklə əlaqədar tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, həmçinin onun hazırkı psixi vəziyyəti, yəni düçar olduğu xroniki ruhi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, Ərizəçinın bacısı xx xxxxxx 1962-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1962-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1138/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1138/2021
26.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver