Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1149/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3, Cavabdeh «Azəriqaz» İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 09 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və cavabdeh X6 tərəfindən hesablanmış 172 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X6 tərəfindən xx.xx.2022-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş ******* nömrəli aktı etibarsız hesab edir. Bildirir ki, ünvan 1 ünvanında yerləşən bağ evi X7 məxsus olmuş, vərəsəlik yolu ilə ona keçmişdir. Abonent kodu **********00953 olan Smart kart tipli sayğac işlək olduğu halda Qaz İdarəsi onlara həmin sayğacın istismar müddəti bitdiyi üçün məcburi qaydada dəyişdirilməli olduğunu bildirmiş və nəticədə həmin sayğac xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə əsassız olaraq aktla bağlı oan 172 mnat borc yazılmışdır. Belə ki, aktda sayğaca müdaxilə edildiyi göstərilmişdir. Halbuki bu mümkünsüzdür. Çünki onlar bağda daimi yaşamırlar. Onlar bağda adətən yay aylarında yaşayırlar, qışda isə həftənin şənbə bazar günləri yaşayırlar. Qaz sərfiyyatı il ərzində 400- 500 m3 olur. Onların daimi ünvanı isə ünvan 2 adı səhv olaraq Qaz İdarəsi tərəfindən “Süleymanov Ə” göstərilmişdir. Qeyd edir ki, faktiki olaraq həmin ünvanda belə bir şəxs yaşamır. Akt da tərtib edilərkən guya akt “Süleymanov Ə” tərəfindən imzalanmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən bağ evi onlara qaynatasından qalmışdır. Bağ evində daimi yaşayış yoxdur. Azəriqaz İB-nin əməkdaşları həmin evdə olan sayğacı dəyişdirərək onu yenisi ilə əvəz etmiş və köhnə sayğacı laboratoriyaya göndərmişdirlər. Nəticədə sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Halbuki onlar sayğaca heç bir müdaxilə etməmişdirlər. Sayğac onların mənzilindən kənarda yerləşir. Ona heç bir müdaxilə edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Azəriqaz» İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbi əassızdır. Sayğaca baxış keçirilmiş və müdaxilə olunduğu müəyyən edilmiş və hətta müvafiq rəy də verilmişdir. Bundan başqa bildirir ki, iyul ayından noyabr ayına kimi iddiaçı tərəfindən qazdan sitifadəyə görə 1.79 manat ödəniş edilmişdir. Bu hal saldoda qeyd edilmişdir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbininn rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Sumqayıt şəhəri, Bağlar 1, ev 3595-də “Ə. Süleymanova” adına açılmış G-4 markalı, 1002AQ**********6 nömrəli sayğac **********870 nömrəli sayğacla əvəzlənmişdir. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 3595B mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında xx.xx.2022-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 172.80 manat borc hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ünvan 3 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 1440 m3 (172,80 manat) müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, ünvan 3 ünvanında Ə.Süleymanovun adına açılmış G-4 markalı 1002AQ**********6 nömrəli sayğacın klopanının işlək olmadığı, yivli birləşmələrin korroziyaya uğradığı, qayka plomb üçün nəzərdə tutulmuş qulaqcığın qırıldığı, sayğacın hesablama mexanizminin keçən qaz sərfiyyatını qeyd etmədiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK-29/1710-03044-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x03044 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən xx.xx.2022-ci il tarixdə Sumqayıt QİSdən Dövlət Yoxlamasına gətirilmiş və xx.xx.2022-ci il tarixində iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonent saldosuna əsasən iddiaçıya təbii qazdan istifadəyə görə 172.80 manat borc hesablansa da, iddiaçı 172 manat məbləğində borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ünvan 4 ünvanın əsassız olaraq hesablanmış 172 manat məbləğində borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin ləğvi üçün hər hansı əsas olmadığından həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 5 ünvanına (abonent kodu: **********00953) hesablanmış 172 (bir yüz yetmiş iki) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1149/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1149/2023
09.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver