Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1157/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı nümayəndəsi X9 oğlunun və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktlara əsasən hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.08.2016-cı il tarixdə tərtib edilmiş 037639 saylı, akta əsasən hesablanmış 139,68 manat və 05.11.2019-cu il tarixli akta əsasən 682,03 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X9 oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsində yerləşən fərdi yaşayış evində abunə kodu **********00021 saylı ünvanında yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edirlər. Tərəflərindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyirdi. Həmin ünvan 28.10.2010-cu il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış, **********00021 saylı abunə hesabı açılmışdır. 23.08.2016-ci il, tarixində və 05.11,2019-cu il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən iddiaçıya məxsus olan qeyd etdiyi ünvandakı evində quraşdırılmış elektrik hesabat sayğacın qısa qapanmadan yararsız hala düşdüyündən 23.08.2016-cı il tarixli ,037639 saylı akt tərtib edilərək həmin akta əsasən ona 139,68 manat, 05.11,2019cu il tarixli, SQUN 000732 saylı akta əsasən isə 682,03 manat əlavə sərfiyyat hesablanmışdır. Ondan qanunsuz olaraq aktlara əsasən hesablanmış məbləğ tələb olunduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək iddiaçıya bildiriş təqdim edirlər və sayğac mənzilindən kənarda yerləşdiyindən sayğacın qorunması cavabdehlik təşkilatın üzərinə düşür. 02.11.2019-cu il tarixli, SQUN 000732 saylı aktı almaq üçün dəfələrlə müraciət etməyinə baxmayaraq həmin akt iddiaçıya verilməmişdir. Göstərilənləri nəzərə alaraq, 23.08.2016-cı il tarixdə tərtib edilmiş 037639 saylı, akta əsasən hesablanmış 139,68 manat və 05.11.2019-cu il tarixli akta əsasən 682,03 manat borcunun silinməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, 23.08.2016-cı il və 23.10.2019-cu il tarixlərində "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik hesabat sayğacının qızmadan yanması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın [EEİQ} 8.15-ci bəndinin tələblərinə uyğun olaraq 23.08.2016-ci il tarixli, 037639 saylı akt əsasında 139,68 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. 23.10.2019-cu il tarixdə yuxarda qeyd edilən mənzilin elektrik hesabat şayğacına yenidən baxış keçirilən zaman "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentin sayğaca gələn giriş faza və "0" xətlərini zədələyərək kənar xətt çəkməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nm (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 23.10.2019-cu il tarixli, SQUN № 000732 saylı akt əsasında 682,03 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə i təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.32ci bəndinin tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdliyi nəzərə alınaraq, akt əsasında 682,03 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. İddiaçıya 2 (iki) akt əsasında 821,71 manat hesablaşma aparılmışdır. Hal-hazırda abonentin " Azərişıq” ASC-yə 715,10 manat borcu vardır. Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X1 qaydalarını pozduğuna görə 23.08.2016-ci il tarixli, 037639 saylı akta əsaəsn 139,68 manat və 05.11.2019-cu il tarixli aikta əsasən 682,03 manat borcun silinməsinə dair iddia tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X9 oğlunun və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 17.12.2021-ci il tarixli Abunə haqqında saldodan görünür ki, ünvan 1 ünvanına sayğac dəyişiminə və akta görə 594,31 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları M.Quliyev və Sadıxov tərəfindən tərtib edilmiş 23 avqust 2016-cı il tarixli R seriyalı 037639 №li aktdan görünür ki, Mehdiyev Barat Mehti oğluna məxsus Sumqayıt şəhəri, məhəllə 76B-də yerləşən fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacına baxış zamanı məlum oldu ki, elektrik hesabat sayğacı qısa qapanmadan yanaraq sıradan çıxmışdır. Yararsız hala düşmüşdür, parametrlər oxunmur. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 24-cü məhəllə, ev 3a nömrəli evin bir hissəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları İ.Abbasov və A.Ağayev tərəfindən tərtib edilmiş 23 oktyabr 2019-cu il tarixli SQUN seriyalı 000732 №li aktdan görünür ki, Mehdiyev Barat Mehti oğluna məxsus Sumqayıt şəhəri, məhəllə 76B-də yerləşən fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacın giriş faza və xətlərin zədələyib kənar xətt çəkmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 76-cı məhəllə üzrə 5 saylı məhəllə komitəsinin 18.12.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 5 saylı məhəllə, Sülh küçəsi, fərdi evdə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Mübahisələndirilən aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələbləri pozularaq abonentə məxsus elektrik hesabat sayğacının bütövlüyünün pozulması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən Qaydaların qeyd olunan tələbləri nəzərə alınmamış, akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakı təmin olunmamış və iddiaçı aktın doğruluğu barəsində məlumat verilməmişdir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsində yerləşən fərdi yaşayış evinə dair "xxxx" ASC tərəfindən 23.08.2016-ci il tarixdə tərtib olunmuş R 037639 №li akta əsasən əsassız olaraq hesablanmış 139 (bir yüz otuz doqquz) manat 68 (altmış səkkiz) qəpik və 05.11.2019-cu il tarixli akta əsasən hesablanmış 682 (altı yüz səksən iki) manat 03 (üç) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsində yerləşən fərdi yaşayış evinə dair "xxxx" ASC tərəfindən 23.08.2016-ci il tarixdə tərtib olunmuş R 037639 №li akta əsasən əsassız olaraq hesablanmış 139 (bir yüz otuz doqquz) manat 68 (altmış səkkiz) qəpik və 05.11.2019-cu il tarixli akta əsasən hesablanmış 682 (altı yüz səksən iki) manat 03 (üç) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1157/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1157/2022
04.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver