Məhkəmə qərarları › İş №2(060)-117/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-117/2024

01.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-117/2024 01.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2, onun və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "miras əmlakının qiymətləndirilməsi, miras qoyanın sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi, idarə edilməsi və digər xərclərin ümumi miras payından çıxılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "miras əmlakının qiymətləndirilməsi, miras qoyanın sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi, idarə edilməsi və digər xərclərin ümumi miras payından çıxılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 həyat yoldaşı İsmayılov Rasim Şirin oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı1 oğlanları İddiaçı2, X2 oğlu və cavabdehlər - mərhumun əvvəlki nikahından doğulmuş uşaqları - Cavabdeh1 və Cavabdeh2 mərhumun qanun üzrə vərəsələridirlər. Miras əmlak - “Mersedes A-160” minik markalı, 2003-cü il buraxılışlı, **-CL-*** dövlət nömrə nişanlı və “BMW X-5” minik markalı, 2005-ci il buraxılışlı, **-NK-*** dövlət nömrə nişanlı iki ədəd nəqliyyat vasitəsindən ibarətdir. Oğlu Fəxrəddin miras əmlakdan imtina etmişdir. Hər iki əmlakda 1/2 və 1/8 hissədə iddiaçının və 1/8 hissədə oğlu Nazimin payı vardır. Miras əmlak bu günə kimi onlar tərəfindən qorunub saxlanmışdır. Bundan başqa, mərhumun sonuncu xəstəliyi zamanı onlar daim ona qulluq etmişlər, 4194 manat məbləğində müalicə xərclərini ödəmişlər, dəfn və yas məclislərinə, məzar daşının və məzarüstü abidənin qoyulmasına və s. çəkilən 5000 manat məbləğində xərcləri də ödəmişlər. Cəmi 9194 manat məbləğində vəsait sərf etmişlər və həmin vəsaitin ümumi miras payından çıxılmasını istəyirlər. Cavabdehlərlə öz aralarında razılığa gələ bilmədiklərinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə əsasən miras əmlakın - “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət nömrə nişanlı və “BMW X-5” minik markalı, **-NK-*** dövlət nömrə nişanlı iki ədəd nəqliyyat vasitəsinin qiymətləndirilərək, miras şərikləri arasında paylarına uyğun bölünməsi, hər iki nəqliyyat vasitəsinin qorunub saxlanması, mərhumun sonuncu xəstəliyi zamanı onun müalicəsinə, dəfn və yas məclislərinə, məzar daşının və məzarüstü abidənin qoyulmasına tərəflərindən çəkilən xərclərin əvəzinin - cəmi 9194 manat məbləğində pul vəsaitinin ümumi miras payından çıxılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, həyat yoldaşı vəfat edən zaman onun adında iki avtomobil, bir ev və yoldaşının 3 aylıq əmək haqqı olmuşdur. Öldüyü günə qədər ev onun adında qeydiyyatda olmuşdur. Yoldaşı vəfat edəndən sonra onun birinci ailəsindən olan oğlu Cavabdeh2 evi qeyri-qanuni şəkildə öz adına özəlləşdirmişdir. Özəlləşdirdikdən sonra avtomobillərdən və 3 aylıq əmək haqqından pay almaq üçün ərizə ilə müraciət etmişlər. Həyat yoldaşı sağlığında evin digər ailədən olan uşaqların, avtomobilin isə onların olmasını bildirmişdir. Belə ki, bu sadəcə öz aralarında deyilən söz idi. Yoldaşının birinci nikahdan iki uşağı, ikinci nikahdan da iki uşağı vardır. İddiaçının böyük oğlu payının ona birləşdirilməsi məqsədilə öz payından imtina etdi. Digər oğlu isə azyaşlı olduğu üçün onun payı onda idi. Sadəcə olaraq, “ASAN xidmət” mərkəzində xanımın səhvi nəticəsində payın ananın payına birləşdirilməsi sözü qeyd olunmamışdır. Bu səbəbdən də, mirasdan məhrum olunmuşdur. Məhkəməyə müraciət etmiş, lakin onun miras payını bərpa edə bilmədilər. Mirasın şərikləri digər oğlu, iddiaçı və həyat yoldaşının əvvəlki nikahdan olan uşaqlarıdır. Avtomobillər ilə həyat yoldaşının sağlığında qəza keçirilmişdir. Hər iki avtomobil yararsız vəziyyətdədir. Yoldaşı vəfat edəndən sonra onu öz ata yurdunda dəfn etmişlər və yas mərasimi də atasının evində verilmişdir. Bütün dəfn və yas mərasimlərinin xərclərini özü çəkmişdir. Yoldaşının bacıqardaşı yoldaşı vəfat edən zaman yanlarında olmuşlar. Həyat yoldaşı vəfat edənə qədər 510 manat məbləğində Cavabdeh2 uşaqlarının alimentini ödəmişdir. Qanuna uyğun olaraq, mərhumun sonuncu xəstəliyi zamanı ona çəkilən bütün xərclər miras payından çıxılmalı və daha sonra miras bölünməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı2 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbin qismən qəbul edərək, bildirmişdir ki, İddiaçı1 tanıyandan onun yeniləmə ilə bank kreditləri olmuşdur. Kreditlərin hansı səbəbdən götürüldüyünü çox yaxşı bilir. Atası əməliyyatdan sonra vəfat etməmişdən əvvəl son 4 ay yataq xəstəsi olub. O, əmək haqqı kartını ona vermişdi və əmək haqqını o alıb atasına gətirirdi. 3000 manatdan çox əmək haqqı var idi və təxminən 1420 manat pensiya alırdı. Həmin pulları o, kart hesabından çəkib atasına gətirirdi, bu pullar yığılırdı. Bundan da əlavə atası hər zaman vəzifəli adam olub. İddiaçı1 nə qədər əmək haqqı aldığını da dəqiq bilir. O, atasına nəyəsə görə kömək etməmişdir. Atası xəstə olan zaman onun qayğısına qalmışdır. Bundan əlavə atasının yeddi mərasimi verildi. Qohumları ona uşaqlara nəzarət etməyini dedilər. Pandemiya dövrü idi. Atasının hüzr mərasimi üçün evdə hazırlıq görməyə başladılar. Atasının ölümünün 8-ci günü iddiaçı tərəf vərəsəlik məsələləri ilə bağlı “ASAN xidmət” mərkəzinə getmişlər. İddiaçı tərəfindən qeyd edilən ev dövlət evi olmuşdur. Atasının ölümündən təxminən 3-4 ay keçdikdən sonra rəsmi olaraq ailə üzvlərinin razılığı ilə ev onun adına qeydiyyatdan keçmişdir. Məhkəmə prosesləri başladı və mübahisə iki il uzandı. Avtomobillər məhkəmənin qətnaməsi ilə satılacaq, ona və bacısına düşən payları götürəcəkdir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək, iki ədəd nəqliyyat vasitəsinin qiymətləndirilərək miras şərikləri arasında paylara uyğun bölünməsi hissəsinində təmin edilməsini, qalan hissədə iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən «Mülkiyyət hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun sağ qalmış əri(arvadı) İddiaçı1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan “Mercedes A160 minik” markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı “Mercedes A160 minik” markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir.

9. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən «Mülkiyyət hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun sağ qalmış əri(arvadı) İddiaçı1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD333586 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA91006LD78031, mühərrikin nömrəsi 52153478 və buraxılış ili 2005-ci il olan “BMW X-5 minik” markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı “BMW X-5 minik” markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir.

10. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun vərəsələri: İddiaçı1, İddiaçı2 və onların hər biri miras əmlakdan 1/8 irs almaldır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan “Mercedes A160 minik” markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakda 2/8 hissədə paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

11. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun vərəsələri: İddiaçı1, İddiaçı2 və onların hər biri miras əmlakdan 1/8 irs almaldır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD333586 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA91006LD78031, mühərrikin nömrəsi 52153478 və buraxılış ili 2005-ci il olan “BMW X-5 minik” markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakda 2/8 hissədə paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

12. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun vərəsələri: Cavabdeh2, Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/8 irs almaldır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan “Mercedes A160 minik” markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakda 2/8 hissədə paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakda 1/2 hissədə paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

13. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun vərəsələri: Cavabdeh2, Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/8 irs almaldır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD333586 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA91006LD78031, mühərrikin nömrəsi 52153478 və buraxılış ili 2005-ci il olan “BMW X-5 minik” markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakda 2/8 hissədə paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakda 1/2 hissədə paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin İcra Aparatı tərəfindən 19 avqust 2021-ci il tarixdə verilmiş 770 nömrəli arayışdan görünür ki, İddiaçı1 həyat yoldaşı İsmayılov Rasim Şirin oğlu ünvan 1 ünvanında onunla birgə yaşamışdır. 16 fevral 2021-ci il tarixdə baş bronxların xərçəngi xəstəliyi nəticəsində vəfat etmişdir. Onun dəfn xərci həyat yoldaşı İddiaçı1 tərəfindən ödənilmişdir. Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxs 1 saylı regional ərazi filialına təqdim etmək üçün verilir.

15. İş materiallarında olan “Liman” klinikası tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, verilir 1946-cı il təvəllüdlü İsmayılov Rasim Şirin oğluna ondan ötəri ki, o, həqiqətən xx.xx.2020-ci il tarixində Liman klinikasına “sağ bud sümüyü boynunun kistası” diaqnozu ilə daxil olmuş və həmin tarixdə “sağ bud sümüyünün endoprotezi” əməliyyatı icra olunmuşdur. Əməliyyatın klinikaya olan ödənişi 380 manat, əməliyyatöncəsi analizlərin ödənişi 55 manat və qan köçürülməsinə 80 manat ödəniş olmuşdur.

16. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Neft qaz avadanlığı” kafedrasının müdiri İsmayılov Rasim Şirin oğlu 16 fevral 2021-ci ildə vəfat etmişdir. Bununla əlaqədar, onun vərəsəsinə ödəniləcək dəfn müavinatı 5400 manat təşkil edir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7484 saylı ekspert rəyinə əsasən, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Turbo.az) məlumatlarından və Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, ekspert baxışına təqdim edilmiş hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan 2003-cü il buraxılışlı “Mercedes A-160” markalı, (**-CL-*** dövlət qeydiyyat nişanlı) təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 5000 manat olan avtomobilə “FMSMOTORS” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən çəkiləcək xərclərin miqdarının təxminən 2500 manat olması nəzərə alınmaqla hazırki qalıq dəyəri təxminən 2000 manat müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Turbo.az) məlumatlarından və Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, ekspert baxışına təqdim edilmiş hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan 2005-ci il buraxılışlı “BMW X-5” markalı, (**-NK-*** dövlət qeydiyyat nişanlı) təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 24000 manat olan avtomobilə “FMSMOTORS” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən çəkiləcək xərclərin miqdarının təxminən 14060 manat olması nəzərə alınmaqla hazırki qalıq dəyəri təxminən 9000 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

18. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2252 saylı ekspert rəyinə əsasən, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Turbo.az) məlumatlarından və Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan 2003-cü il buraxılışlı “Mercedes A- 160” markalı, (**-CL-*** dövlət qeydiyyat nişanlı) təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 5000 manat olan avtomobilə “FMSMOTORS” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən çəkiləcək xərclərin miqdarının təxminən 2500 manat olması nəzərə alınmaqla hazırki qalıq dəyəri təxminən 2000 manat müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Turbo.az) məlumatlarından və Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan 2005-ci il buraxılışlı “BMW X-5” markalı, (**-NK-*** dövlət qeydiyyat nişanlı) təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 24000 manat olan avtomobilə “FMSMOTORS” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən çəkiləcək xərclərin miqdarının təxminən 14060 manat olması nəzərə alınmaqla hazırki qalıq dəyəri təxminən 9000 manat müəyyən edilir. Beləliklə, xx.xx.2024-cü il tarixdə verilmiş 9/7484 saylı ekspertiza rəyinin nəticəsi təsdiq edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, 1946-cı il təvəllüdlü İsmayılov Rasim Şirin oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh2, Cavabdeh1dır. Miras qalan əmlak isə “BMW X-5 minik” markalı, **-NK-*** dövlət nömrə nişanlı və “Mercedes A160 minik” markalı, **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələridir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən tərəflərin həmin əmlaklara payları müəyyən edilmişdir. Hazırda iddiaçılar sözügedən əmlakların qiymətləndirilərək, paylara uyğun bölünməsini, həmçinin mərhumə çəkilən xərclərin əvəzinin miras payından çıxılmasını tələb edirlər, cavabdehlər isə sözügedən əmlakların qiymətləndirilərək, paylara uyğun bölünməsini, qalan hissədə iddianın rədd edilməsini tələb edirlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakları qeyd etməyi zəruri hesab edir.

21. İlk növbədə qeyd edilməlidir ki, mərhumdan miras qalmış sözügedən nəqliyyat vasitələrinə tərəflərin paylarının müəyyən edilməsi, tərəflərin miras şərikləri olması işin mübahisəsiz halıdır.

22. Məhkəmə iddia tələbinin “miras əmlakın - “Mersedes A-160” minik markalı, **- CL-*** dövlət nömrə nişanlı və “BMW X-5” minik markalı, **-NK-*** dövlət nömrə nişanlı iki ədəd nəqliyyat vasitəsinin qiymətləndirilərək, miras şərikləri arasında paylarına uyğun bölünməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

24. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

25. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

26. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə predmeti olan avtomobillər paylı mülkiyyət olsa da, onun naturada bölünməsi faktiki olaraq mümkün deyildir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin.

29. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi sözügedən əmlakların qiymətləndirilərək tərəflər arasında bölünməsi olduğundan iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, ekspert rəyinə əsasən 2003-cü il buraxılışlı “Mercedes A-160” markalı, (**-CL-*** dövlət qeydiyyat nişanlı) avtomobilin orta bazar qiyməti təxminən 5000 manat, çəkiləcək xərclərin miqdarı təxminən 2500 manat, 2005-ci il buraxılışlı “BMW X-5” markalı, (**-NK-*** dövlət qeydiyyat nişanlı) avtomobilin orta bazar qiyməti təxminən 24000 manat, çəkiləcək xərclərin miqdarının təxminən 14060 manat olması müəyyən edilmişdir.

30. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan nəqliyyat vasitələri tərəflərin paylı mülkiyyəti olduğundan, iddiaçılar həmin əmlakların qiymətləndirilməklə paylarına uyğun bölünməsini tələb etməkdə haqlı olmuşlar.

31. Belə olan halda, məhkəmə hesab edir ki, “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil 5000 (beş min) manat, “BMW X-5” minik markalı, **-NK- *** dövlət qeydiyyat nişanlı avtomobil 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilərinin paylarına uyğun – İddiaçı1 5/8 hissədə, X4 oğluna 1/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə olmaqla aralarında bölünməlidir.

32. Məhkəmə iddia tələbinin “hər iki nəqliyyat vasitəsinin qorunub saxlanması, mərhumun sonuncu xəstəliyi zamanı onun müalicəsinə, dəfn və yas məclislərinə, məzar daşının və məzarüstü abidənin qoyulmasına tərəflərindən çəkilən xərclərin əvəzinin - cəmi 9194 manat məbləğində pul vəsaitinin ümumi miras payından çıxılması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum İsmayılov Rasim Şirin oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, o, mühit mexanikası, istilik fizikası və hidromexanika sahəsində alim, professor olmuşdur. Tərəflərin izahatlarından, iş materiallarından da görünür ki, mərhumun yüksək əmək haqqı və pensiya təminatı olmuşdur.

35. Bununla əlaqədar məhkəmə qeyd edir ki, mərhumun xəstəliyi ilə əlaqədar çəkilən xərclərin öz hesabına həyata keçirilməsi təkzib oluna bilməz.

36. İddiaçıların təqdim etdikləri sübutlar - İddiaçı1 adına götürülmüş kreditlər, mərhumun qəbirüstü abidəsinin fotosu, mərhumun vəfatından sonra əldə edilmiş tibbi arayış, habelə mərhumun müayinələri ilə bağlı məlumatlardır ki, həmin sübutlar iddia tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən yetərli sübutlar hesab edilə bilməz.

37. Göründüyü kimi iddiaçılar tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər.

38. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

39. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

40. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

41. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

42. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

43. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

44. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

45. Beləliklə, məhkəmə hesab edir edir ki, iddia tələbi qismən təmin edilməli, “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil 5000 (beş min) manat, “BMW X-5” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə açıq hərracda satılsın. Satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilərinin paylarına uyğun – İddiaçı1 5/8 hissədə, X4 oğluna 1/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə olmaqlara aralarında bölünməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

48. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat tərəflərdən müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Nəticə hissəsi:

49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil 5000 (beş min) manat, “BMW X-5” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə açıq hərracda satılsın. Satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilərinin paylarına uyğun – İddiaçı1 5/8 hissədə, X4 oğluna 1/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə olmaqla aralarında bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar