Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1173/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə oğlu, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 29.11.2021ci il tarixli, ******* saylı akta əsasən abonent saldosunda qeyd edilən 432 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına 11.01.2022-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası 09.02.2022-ci il tarixə, saat 10:50-ə təyin edilmiş, məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə baxış iclasları isə 09.03.2022-ci il tarixə, saat 10:20-ə və 06.04.2022-ci il tarixə, saat 10:10-a təyin olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliy tələbinə əsasən iş üzrə bütün sübutlar, o cümlədən iddia ərizəsinə düzəlişlər məhkəmənin hazırlıq iclasında təqdim olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı onun dostudur.Sayğac evdən kənarda yerləşir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən onlar evdə olmayan zaman akt tərtib edilmiş və həmin akta əsasən 432 manat cərimə hesablanmışdır. Bundan başqa sayğac dəyəri olan 64,67 manat pul da ondan tələb edilir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X3 izahatında göstərdi ki, abonentin mənzilində olan sayğac çıxarılmış yerinə yeni sayğac quraşdırılmışdır. Mənzildən çıxarılmış sayğac laboratoriyaya göndərilmiş, laboratoriyanın rəyinə əsasən abonentdən itirilmiş qazın bərpası məqsədilə 432 manat məbləğində cərimə və 64,67 manat sayğac dəyərinə görə vəsait tələb olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 29.11.2021-ci il tarixli akt, «Azəriqaz» İB-nin Sumqayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış məktub, 29.11.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə, Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 30.11.2021-ci il tarixli, MSK-29/1710-04803-1 saylı akt, «Azəriqaz» İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 08.10.2021-ci il tarixli, ******* nömrəli aktı, abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı **********00490 abonent kodu ilə İddiaçı adına qeydə alınmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, 29.11.2021-ci il tarixdə sayğac istismara yararsız kimi qiymətləndirilmiş, abonent İddiaçı istehlakçı olduğu mənzilə akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı mənzilin 27.02.2020-ci il tarixdən etibarən mülkiyyətçisi olmuşdur. İş materiallarında olan AR-İİ № 343447 saylı etibarnamədən görünür ki, İddiaçı öz hüquqlarını Nümayəndə etibar etmişdir. Məhkəmə hesab edir ki, tələb hüququ İddiaçı məxsus olmaqla,onun səlahiyyətlərini yaxın qohumu və ya vəkili təmsil edə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində iştirak edən Nümayəndə iddiaçının dostu olduğunu bildirmişdir. Ona görə də hazırki halda Nümayəndə həmin hüquqa məxsus olmadığından, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən məhkəmə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 150.1.3-ci maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il qərarında məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4 –cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1173/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1173/2022
06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver