Məhkəmə qərarları › İş №2(060)-1175/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1175/2022

06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1175/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 157 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər tələbini onunla əsaslandırmışdırlar ki, Sumqayıt şəhəri, məhəllə 3, ev 27/10, mənzil 33 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Ona və ailə üzvlərinə Masallı şəhəri, Heydər Əliyev prospektində yaşayış məqsədi ilə 0.085 ha torpaq sahəsi verilmişdir. Çıxarışda onun və digər ailə üzvlərinin ad, soyad və ata adları səhv yazılmışdır. Belə ki, Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 Feyzulla oğlu, Ərizəçi2 əvəzinə səhvən Ərizəçi2d Ədalət oğlu və Ərizəçi3 əvəzinə səhvən Ərizəçi3 Ədalət qızı yazılmışdır. Hazırda mülkiyyətçilərdən Ərizəçi1 Feyzulla oğlu rəhmətə getdiyindən onlar torpağa dair vərəsəlik qaydasında adlarına yeni çıxarış ala bilmirlər. Yol verilmiş bu səhvlər onların mülkiyyət hüquqlarını pozur. Belə ki, bu çıxarışın onlara məxsus olmasını şübhə altına alır. Bu səhvlərin aradan qaldırılması ilə bağlı maraqlı şəxsə müraciət edilsə də məhkəməyə müraciət edilməli olması ilə bağlı onlara imtina verilmişdir. Çıxarışda adlarında və ata adlarında olan səhvlərin aradan qaldırılması və bu çıxarışın onlara məxsus olması faktının müəyyən olunması zəruridir. Sənədlərdə həqiqətən uyğunsuzluq olması aşkardır və bu məhkəmə qaydasında aradan qaldırıla bilər. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ərizəçilər Ərizəçi1 və Ərizəçi3, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə Ərizəçi1 və Ərizəçi3 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Ərizəçi2 dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Ərizəçi1 Feyzulla oğlu, X1, Ərizəçi3 Ədalət qızı və Ərizəçi2d Ədalət oğlunun ümumi birgə mülkiyyətinə Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 130 saylı 0.065 ha həyətyanı torpaq sahəsi verilmiş və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 02.08.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - 10 dekabr 1990-cı il tarixli, XV-ЖГ seriyalı, 447429 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi1 soyadı, adı və ata adı düzgün olaraq “Ərizəçi1” kimi qeyd edilmişdir. - 30 sentyabr 1963-cü il tarixli, A3 seriyalı, 467795 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi3 soyadı, adı və ata adı düzgün olaraq “Ərizəçi3” kimi qeyd edilmişdir. - 07 dekabr 1991-ci il tarixli, XVİ-ЖГ seriyalı, 291858 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi2 soyadı, adı və ata adı düzgün olaraq “Ərizəçi2” kimi qeyd edilmişdir. - Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ərizəçilərin adları müvafiq olaraq Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 kimi qeydə alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 27 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 157 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 14 saylı Mənzil Kommunal Səhəsi tərəfindən verilmiş 818, 819 və 820 nömrəli arayışlardan görünür ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ünvan 2 ünvanda yaşayırlar. - Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən, 02.08.2021-ci il tarixdə Ərizəçi1 Feyzulla oğlu, X1, Ərizəçi3 Ədalət qızı və Ərizəçi2d Ədalət oğlunun adına verilmiş, hüquqmüəyyənedici sənəd olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 157 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində ərizəçilərin adları səhv qeyd olunmuşdur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun 12.04.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, qeyd olunan hüquqmüəyyənedici sənəd olan çıxarışda yanlışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Ona görə də ərizə təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən, 02.08.2021-ci il tarixdə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 adına verilmiş, hüquqmüəyyənedici sənəd olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 157 nömrəli reyestr kitabının 32 nömrəli vərəqinin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 307, 311, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi 02.08.2021-ci il tarixli çıxarışa əsasən Ərizəçi1 Feyzulla oğlu, X1, Ərizəçi3 Ədalət qızı və Ərizəçi2d Ədalət oğlunun birgə mülkiyyətlərinə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 157 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 aid hissədə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar