Məhkəmə qərarları › İş №2(060)-1185/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1185/2023

07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1185/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, Sumqayıt y/s, st.Sumqayıt y/s, , ev(bina) 0660, mənzil 5866-a görə **********05866 nömrəli abunə kodu əsasında hesablanmış 437 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü il tarixində Qubadlı rayonundan məcburi köçkün olaraq Sumqayıt şəhərində məskunlaşmışdır. İstifadəsində olan "xxxx" ASC-nə məxsus elektrik sayğacı ( abunə kodu **********05866) mövcuddur və uzun illərdir istifadə edir. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin fərmanına və Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına əsaən "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər “ tərəfindən istifadə edilən kommunal xidmətlərə görə aylıq istifadə haqqları 01 yanvar 2017-ci il tarixinədək dövlət tərəfindən qarşılanırdı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarına əsasən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər “ üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq ödəniş müavinəti müəyyən edilmiş və “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ istifadə etdikləri elektrik və digər kommunal ödənişlərə görə xx.xx.2017-ci il tarixindən etibarən ödəniş etməli oldular. Belə ki, iddiaçının istifadəsində olan elektrik enerjisi sayğacında xx.xx.2017-ci il tarixindən əvvəl qondurulmuş borc olaraq 437 manat borc Azərişığın sistemində qalmışdır. İdiaçı tərəfindən Azərişıq ASC-nə bir neçə dəfə yaxınlaşmağına və şifahi müraciət etməyinə baxmayaraq həmin borcun silinməsini tələb etsədə bunun yalnız məhkəmə qaydasında şilinə biləcəyini bildirmişlər. Hal-hazırda, yəni 2017-ci il tarixindən sonrakı dövr ərzində istifadə etdiyi elektrik enerjisinə görə aylıq ödənişlər iddiaçı tərəfindən yerinə yetirilmişdir. İş materiallarına əlavə edilmiş onlayn hesablardan çıxarışdanda göründüyü kimi, abonent kodunu yazdıqda qeyd olunan 437 manatlıq borc öz əksini tapmır və aylıq X1yə görə Azərişıq tərəfindən iddiaçının ünvanına göndərilən bildirişdə də 437 manatlıq borc öz əksini tapmır və indiyədək bir dəfə də olsun qeyd olunan borcu iddiaçıdan tələb etməmişlər. İş materiallarına əlavə edilmiş elektrik enerjisi ilə bağlı Azərişıqdan aldığı hesabdan çıxarışda da borcun 2017-ci ildən öncəki tarixə yarandığı, hesabdan çıxarışda borcun silinməsi yazısı olsa da borc silinməmiş və bugünədək Azərişıq ASC-nin sistemində dondurulmuş borc kimi qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2007-ci il tarixində Virtual tipli elektik sayğacı quraşdırılaraq iddiaçının istifadəsinə verilmişdir. Abunə haqqında çıxarışdan da göründüyü kimi xx.xx.2007-ci ildən xx.xx.2015-ci il tarixinə qədər olan müddət ərzində dəyəri 591,36 manat olan elektrik enerjisi istehlak edilmişdir. xx.xx.2016-cı il tarixdə isə prezident fərmanına əsasən 591,36 manatdan 437,32 manat borc dondurulmuşdur. Belə ki, hazırda 437,32 manat "xxxx" ASC tərəfindən tələb olunmur, “Asan Xidmət” Mərkəzinə müraciət etdikdə həmin borc abunə kodunda göstərildiyindən alqı-satqı və addəyişmə zamanı onun silinməsi tələb olunur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, iddiaçının cavabdehə 437 manat borcu vardır. Həmin borc ETAİS-dən (enerji təhcizatı və istismar sahəsi) qalan borcdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Sumqayıt y/s, st.Sumqayıt y/s, , ev(bina) 0660, mənzil 5866-a görə **********05866 nömrəli abunə kodu əsasında hesablanmış 437 manat borcun tələb müddəti keçmişdir. Belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt y/s, st.Sumqayıt y/s, ev(bina) 0660, mənzil 5866-də yerləşən **********05866 nömrəli abunə koduna hesablanmış 437 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıt y/s, st.Sumqayıt y/s, ev(bina) 0660, mənzil 5866-də yerləşən **********05866 nömrəli abunə koduna hesablanmış 437 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar