Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1194/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi X1 İddiaçı cavabdeh Azəriqaz İB-nin Sumqayıt QİS-nə qarşı «borcun silinməsi tələbi» barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İB-nin Sumqayıt QİS-nin aidiyyəti rəhbər əməkdaşlarının günahları ucbatından 2013-cü ilin mart ayından 2015-ci ilin aprel ayına kimi məcburi köçkünlərə ayrılmış qaz limitlərin (6 nəfər) hesablanaraq Sumqayıt QİS-nin hesabından ona ödənilməsi, əvvəlcə quraşdırılmış və onların müdaxiləsi olmadan xarab olmuş sayğacın üzərində qalmış təxminən 39 manat pulun Sumqayıt QİS-si tərəfindən ona qaytarılması, əvvəllər ona məlum olmayan səbəblərdən onun ödəniş hesabından hissə-hissə tutulmuş 27 manat pulun ona qaytarılması, əvvəlki, sonrakı qeyriqanuni yollarla ondan hər dəfə sayğacına pul köçürülərkən həmin məbləğin 10%nin tutularaq (162 manat cərimə) onun pullarından tutduqları pulları Sumqayıt QİSsi tərəfindən ona ödənilməsi, onun iştirakı və xəbəri olmadan aktlara, hansısa sənədlərə saxta imza atmış aidiyyəti şəxslər barəsində müvafiq görülməsi barədə qətnamə qət edilməsi xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə tərtib edilmişdir. Bundan əlavə İddiaçı məhkəmədən nə xahiş etdiyini konkret göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİM: İddiaçı cavabdeh Azəriqaz İB-nin Sumqayıt QİS-nə qarşı «borcun silinməsi tələbi» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: Gülnarə Tagızadə
Məhkəmə qərarları › İş №2(060)-1194/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1194/2023
17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver