Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1203/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 13 mart 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mənzilinə qanunsuz şəkildə hesablanmış 397 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili o, xx.xx.2002-ci ildə almış və bu barədə ona çıxarış verilmişdir. Həmin tarixdən bu günə qədərsayğacın göstəricilərinə əsasən ödənişlər etmişdir. Amma illər öncə ona Barmek tərəfindən qanunsuz olaraq 397 manat borc hesablanmışdır. Halbuki o, sayğaca uyğun ödənişləri həmişə vaxtında ödəmişdir. Hesab edir ki, bu borc ona gələcəkdə problemlər yarada bilər. Ona görə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, ödənişlərini vaxtında edir. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, "xxxx" ASC-nin fəaliyyəti dövründə istifadə olunmuş “ETAİS” proqram təminatından “ORACLE” proqram təminatına keçirilmiş 396.13 manat borc məbləği xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən ödənişləri tələb olunmayan borclar qrafasına keçirilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçının borcu var. Ona görə də nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, ünvan 1 ünvanına quraşdırılmış sayğaca əsasən 396.13 manat borc ETAİS-dən gələn xx.xx.2015-ci il tarixə yaranmış borcdur. İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən evə elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixə qədər hesablanmış 396.13 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 3 İddiaçı mülkiyyətindədir. Sözügedən mənzilə elektrik enerjisindən istifadəyə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2007ci il tarixdə həyata keçirilmişdır. İddiaçının 396.13 manat məbləğində borcu xx.xx.2015-ci il tarixə qədərki dövrdə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ona Azərişıq ASC tərəfindən hesablanmış 397 manat borcun silinməsini tələb etsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli abunə haqqında saldoya əsasən iddiaçıya 396.13 manat borc hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbetmə müddəti keçdiyinə görə cavabdeh tərəfindən iddiaçıya 2015-ci ilin iyul ayına qədər olan dövrə aid elektrik enejisindən istifadəyə görə hesablanmış 396.13 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanına (abunə kodu: **********00392) elektirik enerjisindən istifadəyə görə hesablanmış 396,13 (üç yüz doxsan altı manat on üç qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1203/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1203/2023
13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver