Məhkəmə qərarları › İş №2(060)-1229/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1229/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1229/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə götürülmüş öhdəliyin yerinə yetirilməsi tələbinə (3-cü şəxs: Bakı şəhəri 9 saylı Notariat Ofisi) dair, Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə götürülmüş öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri 9 saylı Notariat Ofisinin bankda olan depozid hesabına 30.000 manat ödənilməklə ona Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin İİ blokunun 13-cü mərtəbəsinin yerləşən, 49 saylı, 2 otaqlı, sahəsi 75.1 kv.m olan mənzilin alqı-satqı müqaviləsinin hüquqi qaydada rəsmiləşdirilməsi öhdəliyinin həvalə edilməsi, 92 manat notariat haqqının və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb iddiaçıya verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.07.2021-ci il tarixli ilkin alqısatqı müqaviləsinin ləğv edilməsinə, Cavabdeh dəymiş zərər olaraq 10000 (on min) manat pulun və məhkəməyə iddia vermək üçün 120 (yüz iyirmi) məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı məhkəməyə verilmiş müqavilə üzrə götürülmüş öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsinin qaytarılması və bu mülki işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Qiyas qızı notarial təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı qarşı məhkəməyə verdiyi müqavilənin ləğv edilməsi və pulun geri qaytarılmasına dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması və qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X2 məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı müqavilə üzrə götürülmüş öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və cavabdeh iddia ərizəsinin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiklərindən iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, analoji münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə götürülmüş öhdəliyin yerinə yetirilməsi tələbinə (3-cü şəxs: Bakı şəhəri 9 saylı Notariat Ofisi) dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar