Məhkəmə qərarları › İş №2(060)-1246/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1246/2021

07.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1246/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və himayəçilik orqanının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 14.12.2001-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, oğlu X4 14.12.2001-ci il tarixdə anadan olmuş, hal-hazırda onunla birlikdə Sumqayıt şəhər, 3-cü məhəllə, ev 23a/5, mənzil 41-də yaşayır. Uzun illər oğlu mərkəzi sinir sisteminin digər dəqiqləşdirilmiş degenerativ xəstəlikləri, mərkəzi sinir sisteminin proqressivləşən degenerativ xəstəliyi, yarımkəskin skeleroz panensefalit, ətrafların tetraparezi, kiçik çanaq orqanlarının funskiya pozğunluğu, mator sensor afaziya, xoşsahəli kəllədaxili hipertenziya, dəmir defisti, anemiya xəstəliyindən əziyyət çəkməklə 03.04.2010-cu il tarixdən uşaqlıqdan əlillik təyin olunmuşdur. X1 faəliyyət qabiliyyəti olmayan hesab edilməsi, ona onun qəyyumu kimi mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək lazımdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X8 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirdi və ekspert rəyini əsas götürərək, rəyə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 14.12.2001-ci ildə anadan olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli poliklinikasının HMK tərəfindən verilmiş 122 nömrəli, 30.07.2020-ci il tarixli arayışdan görünür ki, X4 birinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxs tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, 592 saylı rəydən görünür ki, X3 X9 qeyd olunur. Bunu anamnestik məlumatlar, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: zahirən gərgin olması, bir yerdə qərar tuta bilməməsi, xarici görünüşünün səliqəsizliyi, ünsiyyətə çətinliklə daxil olması, nitqinin dizartrikliyi, verilən suallara qırıq-qırıq səslərlə, anlaşılmaz sözlərlə, səhv cavablar verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, sadə, primitiv sualları cavablandırmaması, əhvali-ruhiyyə fonunun dəyişkənliyi, səbəbsiz olaraq aqressivləşməsi, yersiz olaraq gülməsi və sair əlamətlər sübut edir. Ekspert mülki iş materiallarının həmin materialda olan tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək hesab edilmişdir ki, 14.12.2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, 14.12.2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, 14.12.2001-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.12.2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən 14.12.2001-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar