Məhkəmə qərarları › İş №2(060)-1249/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1249/2025

19.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1249/2025 19.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3rşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3rşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına məxsus olan işlək su sayğacını 18.*9.2*24 tarixində "xxxx" ASC Sumqayıt Şəhər Sukanal İdarəsinin əməkdaşları iddiaçının xəbəri olmadan dəyişərək yenisi ilə əvəz ediblər və akt tərtib olunub. Halbuki, qanunvericilikdə deyilir ki, sayğac dəyişilərkən ev sahibi akt ilə tanış olmalı və imza atmalıdır. Bundan sonra isə yeni sayğacı oxudan "xxxx" ASC Sumqayıt Şəhər Sukanal İdarəsinin əməkdaşı İmanov Dilsuz adlı şəxs 345 manatlıq borc çekini təqdim edərək bildirdi ki, sistemdə yanlışlıq var və idarəyə gedərək məsələni həll edə bilərsiniz. Lakin məsələ öz həllini tam olaraq tapmayıb. Belə ki, iddiaçı sözügedən mənzili *3.*7.2*24 tarixində notarial qaydada almış və alqı-satqı zamanı həmin ünvana aid kommunal borc və ya qeydiyyatda heç kimin olmadığı öz sübutunu tapmışdır. Daha sonra isə sentyabr ayının 18-dən əvvəl (yeni sayğac qoyulan tarixdən əvvəl) suya minimal borc çeki gəlib və həmin borcu tam ödəyərək borcu sıfır halına gətirmişdir. Daha sonra həmin 345 manatın silinməsi ilə əlaqədar "xxxx" ASC-dən ödənişlərlə bağlı çıxarışı "xxxx" ASC Sumqayıt Şəhər Sukanal İdarəsinə təqdim etmişdir ki, uzlaşma aparılıb silinsin. Proses davam edən ərəfədə isə yeni borc çeki 357 manat təqdim olundu. Bir müddətdən sonra isə məlumat almışdır ki, ümumi məbləğdən cəmi 2*7 manat silinmə olub, yerdə qalan 15* manat isə borc olaraq qalır və iddiaçı tərəfindən ödənməli olduğunu deyirlər. Səbəb olaraq isə gah evi almamışdan qabaq həmin ünvanda 2 nəfər qeydiyyatda olduğuna görə borc yazılıb, gah sistem xətası olduğunu deyirlər, gah da sayğacda problem olub sizdən əvvəlki ev sahibi sudan istifadə edib amma borc yazılmayıb deyirlər və buna müdaxilə edə bilmədiklərini bildirirlər. Onu da qeyd edir ki, həmin ünvanda heç vaxt yaşayış olmayıb və cəmi 2 ay təmir işləri getdikdən sonra alqı-satqıya çıxarılıb. Əgər elə olubsa birincisi bu iddiaçı həmin mənzili almamışdan qabaq baş verib və alqı-satqı zamanı heç bir borc olmayıb, ikincisi isə əgər elə bir hadisə baş veribsə bu vətəndaşın deyil, birbaşa "xxxx" ASC Sumqayıt Şəhər Sukanal İdarəsinin öz günahıdır. Ona görə ki "xxxx" ASC Sumqayıt Şəhər Sukanal İdarəsinin əməkdaşı hər ay ən azı bir dəfə sayğaca nəzarət etdikdən sonra çek oxudaraq borcu abunəçinin qapısına buraxır və problem olubsa yerində müdaxilə etməli idi. Lakin əməkdaş bu sayğacın uzun zaman nasaz olduğunu bildirir. 15* manat iddiaçının köhnə və yeni sayğacındakı su sərfiyatı ilə heç uyğun gəlmir. Göstərilənlərə əsasən içməli su və kanalizasiya xidmətlərinə görə cavabdeh "xxxx" ASC Sumqayıt Şəhər Sukanal İdarəsi tərəfindən hesablanmış 138 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, iddia tələbində qeyd etdiyi 138 manat borcun 5 manat hissəsi ona aiddir. Qeyd olunanlara əsasən 133 manat əsassız hesablanmış borcun silinməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 nümayəndəsi X2 izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarından görünür ki, 18.*9.2*24-cü il tarixdə 61732* nömrəli su sayğacı işləmədiyindən 24153*87 nömrəli su sayğacı ilə dəyişdirilmişdir.

7. İş materiallarında olan *1.11.2*24-cü il tarixli abonent kartından görünür ki, Fərmal Hacıyevin *1.*6.2**9-cu il tarixli müqaviləyə əsasən (ünvan ünvan 3-yə 2*22-ci il üzrə 11 manat, 2*24-cü il üzrə 334 manat, ümumilikdə 345 manat məbləğində borcu vardır. Ünvanda 2 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır.

8. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 89,2* m2 olan Sumqayıt şəhəri, 3-cü mkr., ev 25, mənzil 7 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və 11.*7.2*24-cü il tarixdə, 1424*18595 nömrə ilə qeydiyyat aparılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 İddiaçı məxsusdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən həmin ünvana su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Hazırda iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb edir.

a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 1*. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

12. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

14. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

15. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2*14-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

17. Həmin Qərarın 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.

18. Həmin Qərarın 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2*. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. İş materiallarından göründüyü kimi ünvan 4 *3.*7.2*23-cü il tarixdə iddiaçı tərəfindən alqı-satqı yolu ilə alınmışdır. Həmin ünvanda yerləşən sayğac işləmədiyindən 18.*9.2*24-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. Həmin vaxtadək ünvan üzrə (17.*8.2*22ci il-16.*9.2*22-ci il tarixə) 11 manat borc mövcud olmuş, yeni sayğac quraşdırıldıqdan sonra 16.1*.2*24-15.11.2*24-cü il tarixə 34* manat borc yazılmışdır. Sonradan həmin borcdan cavabdeh tərəfindən silinmələr aparılmış, nəticədə 138 manat borc qalmışdır ki, həmin borcun da 5 manat hissəsinin iddiaçı ona aid olduğunu qəbul edir.

22. Məhkəmə belə nəticə gəlir ki, ünvan 4 ünvanına hesablanmış borcun 133 manat hissəsi abonent hesabından silinməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı 133 manat borcun hansı qaydada və nəyə əsasən hesablandığı və əsaslı olması sübuta yetirilməmişdir.

24. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

25. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

26. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

27. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanına hesablanmış 133 (bir yüz otuz üç) manat borc abonent hesabından (abonent kodu 151*3*25***7*) silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 3*. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanına hesablanmış 133 (bir yüz otuz üç) manat borc abonent hesabından (abonent kodu 151*3*25***7*) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar