Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-126/2025 05.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi qanuni nümayəndəsi Nümayəndə və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X5 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt şəhər İcra Hakimiyyəti olmaqla) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizə tələbi:
1. Ərizəçi maraqlı şəxs qismində «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X5 2 saylı Sumqayıt Ərazi İdarəsini qoymaqla ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağları 3116J ünvanında yerləşən bağ sahəsinə dair “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi” üçün olan 2760 nömrəli, 01 oktyabr 1990-cı il tarixli müqavilənin və həmin bağ sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №123410 saylı torpaq sahəsinin planı və ölçüsünün Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Nümayəndə Sumqayıt şəhəri, Saray bağları 3116J ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin qurum ona imtina məktubu vermişdir. İmtina məktubunu belə əsaslandırmışdırlar: “Təqdim etdiyiniz sənədlərin araşdırılması zamanı Ərizəçi ata adında uyğunsuzluq aşkar olunmuşdur. Belə ki, “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləsi”ndə ata adı “Firaddin” kimi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”ndə “Firuddin” kimi, şəxsiyyət vəsiqəsində isə “Firiddin” kimi qeyd edilmişdir. Bildirmişdirlər ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll edilməlidir”. Qeyd olunan sənəddəki şəxs onun qardaşıdır. Onun qanuni nümayəndəsidir. Qardaşı fəaliyyət qabiliyyətli olmadığı üçün o, ərizə ilə Sumqayıt şəhəri, Saray bağları 3116J ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi müraciətinə imtina cavabı verilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi qanuni nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X4 ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, məhkəməyə təqdim etdiyi çıxarışda mənzilin kimə verilməsi qeyd olunmuşdur. Orada həmin şəxsin yaşadığı ünvan da öz əksini tapmışdır. İcarə müqaviləsində həmin ünvan göstərilmişdir. Arayışları da sübut qismində məhkəməyə təqdim etmişdir. 2017-ci il tarixinə qədər orada yaşamışdırlar. Arayışlardan biri ərizəçinin atasının vəfatı ilə, digər arayış isə ərizəçi ilə bağlıdır. Həmin sənədlərdə ailə üzvləri ilə bağlı məlumatlar da vardır. Bunlar doğum haqqında şəhadətnamədən də görünür. Ərizəçinin anasının adı X2r. Atasının adı isə Mirzəyev Firiddin Sərtib oğlu olmuşdur. Nümayəndə ərizəçinin qardaşıdır. Eyni zamanda ərizəçinin qanuni nümayəndəsidir.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə anadan olmuşdur.
7. AZ-T 243784 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə anadan olmuşdur. Atası Mirzəyev Firiddin Sərtib oğlu, anası isə X2r.
8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçsının xx.xx.2024-cü il tarixli, 07 nömrəli Sərəncamından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Nümayəndə qardaşı – xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi üzərində qəyyum təyin edilmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi qəyyumu Nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2- 1547/2024 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişdən görünür ki, “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”də ata adı “Firaddin” kimi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”ndə “Firuddin” kimi, şəxsiyyət vəsiqəsində isə “Firiddin” kimi qeyd edilməsi səbəbindən Sumqayıt şəhəri, Saray bağları 3116J ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir.
10. Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə Ərizəçi Firaddin oğlu arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi”nə dair 01 oktyabr 1990-cı il tarixli müqavilənin əslindən görünür ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən sahəsi 0,12 ha olan 3116 saylı torpaq sahəsi Ərizəçi Firaddin oğluna icarəyə verilmişdir.
11. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 123410 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhər İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1988-ci il tarixli, 26 saylı protokolu ilə Sumqayıt şəhəri, Saray bağ massivində 3116J saylı bağ evinin tikintisi üçün verilmiş 1200 kv.m torpaq sahəsinə dair Ərizəçi Firudin oğlunun adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X6 kitabında xx.xx.2009-cu il tarixdə 2468 nömrə ilə uçota alınmışdır. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 1.6-cı bəndinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçinin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ərizə təmin edilməlidir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə Ərizəçi Firaddin oğlu arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi”nə dair 01 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən sahəsi 0,12 ha olan 3116J saylı torpaq sahəsini Ərizəçi Firaddin oğlunun icarəsinə vermişdir. Həmin Sumqayıt şəhər İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1988-ci il tarixli, 26 saylı protokolu ilə Sumqayıt şəhəri, Saray bağ massivində 3116J saylı bağ evinin tikintisi üçün verilmiş 1200 kv.m torpaq sahəsinə dair Ərizəçi Firudin oğlunun adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X6 kitabında xx.xx.2009-cu il tarixdə 2468 nömrə ilə uçota alınmışdır.
17. Ərizəçinin qanuni nümayəndəsi qeyd edilən torpaq sahəsi üzərində ərizəçinin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyya alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”də ata adı “Firaddin” kimi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”ndə “Firuddin” kimi, şəxsiyyət vəsiqəsində isə “Firiddin” kimi qeyd edilməsi səbəbindən Sumqayıt şəhəri, Saray bağları 3116J ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir.
18. Ərizəçinin qanuni nümayəndəsi məhkəməyə müraciət edərək “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi” üçün olan 2760 nömrəli, 01 oktyabr 1990-cı il tarixli müqavilənin və həmin bağ sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №123410 saylı torpaq sahəsinin planı və ölçüsünün Ərizəçi məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
19. Yuxarıda qeyd edilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərti vardır ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.
20. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş icarə müqaviləsinə və Torpaq sahəsinin planı və ölçüsü sənədinə başqa qaydada düzəliş edilməsi və yaxud ərizəçiyə məxsus olmasının müəyyən edilməsi mümkün olmamışdır.
21. Beləliklə ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur və ərizəçinin MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
22. Ərizəçinin ona məxsus olması faktının müəyyən edilməsini istədiyi sənədlərə gəldikdə isə məhkəmə qeyd edir ki, hər iki sənəddə hüquq sahibinin ata adı ərizəçinin ata adından fərqli olaraq “Firaddin” və “Firudin” kimi qeyd edilmişdir.
23. Məhkəmə ilk növbədə “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi”nə dair 2760 nömrəli, 01 oktyabr 1990-cı il tarixli müqavilənin ərizəçiyə məxsus olması ilə bağlı qeyd edir ki, həmin müqavilədə bağ sahəsini icarəyə götürən şəxsin ailə üzvlərinin adlarının baş hərfləri qeyd edilmişdir. Ailə üzvü olaraq ana adı kimi qısa formada N.A, ata adı kimi qısa formada F.S qeyd olunmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsində ana adı X3 və ata adı Mirzəyev Firiddin Sərtib oğlu qeyd edilmişdir. Göründüyü kimi sözügedən icarə müqaviləsində ərizəçinin ata və ana adının qısa formada yazılışı ilə qeyd edilmiş hərflər doğum haqqında şəhadətnamədə ərizəçinin ana və ata adının və atasının “ata” adının baş hərfləri ilə uyğun gəlir. Ərizəçinin anasının ata adı “Əziz” olsa da həmin müqavilədəki yazıların kiril əlifbası ilə yazıldığı nəzərə alınaraq məhkəmə hesab edir ki, kiril əlifbasında “Ə” hərfi olmadığına görə həmin hərfin əvəzinə “A” hərfi yazılmışdır.
24. Bundan əlavə həmin icarə müqaviləsində ərizəçinin yaşayış yeri kimi Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 19, mənzil 51 qeyd olunmuşdur ki, məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı Mənzil-Kommunal sahəsinin 329 saylı, 03 iyun 2024-cü il tarixli və 53 saylı, 16 yanvar 2025-ci il tarixli arayışlarından görünür ki, icarə müqaviləsində ərizəçinin yaşayış yeri kimi qeyd edilmiş Sumqayıt şəhəri, 11-ci mikrorayon, 19 saylı evin 51 saylı mənzili ərizəçinin atası Mirzəyev Firiddin Sərtib oğluna məxsus olmuş və ərizəçi və atası 2017-ci il tarixdə mənzil satılan günədək həmin mənzildə yaşamışlar. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən hallar sözügedən icarə müqaviləsinin ərizəçiyə məxsus olması qənaətinə gəlməyə əsas verir.
25. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №123410 saylı torpaq sahəsinin planı və ölçüsününün ərizəçiyə məxsus olub-olmaması ilə bağı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin sənəddə Sumqayıt şəhəri, Saray bağ massivində yerləşən 3116j saylı, sahəsi 1200 kv.m olan torpaq sahəsinin hüquq sahibinə verilməsinin əsası kimi Sumqayıt şəhər İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1988-ci il tarixli, 26 saylı protokolu göstərilmişdir ki, yuxarıda adı qeyd edilən icarə müqaviləsində də həmin müqavilənin bağlanmasına əsas olan sənəd kimi həmin protokol göstərilmiş və eyni zamanda icarə müqaviləsi də məhz eyni saylı torpaq sahəsi ilə bağlı verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №123410 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində də ərizəçinin ata adı səhv olaraq Firiddin əvəzinə Firudin kimi qeyd olunmuşdur.
26. Qeyd olunan yanlışlıqlara görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Faktın müəyyən olunması ərizəçiyə əmlakla bağlı rəsmiləşdirmə işlərinin aparılması üçün lazımdır.
27. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhəri, Saray bağları 3116J ünvanında yerləşən bağ sahəsinə dair “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi” üçün olan 2760 nömrəli, 01 oktyabr 1990-cı il tarixli müqavilənin və həmin bağ sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №123410 saylı torpaq sahəsinin planı və ölçüsünün Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
Məhkəmə xərcləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Sumqayıt şəhəri, Saray bağları 3116J ünvanında yerləşən bağ sahəsi ilə bağlı “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi”nə dair 2760 nömrəli, 01 oktyabr 1990-cı il tarixli müqavilənin və həmin bağ sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 123410 saylı, X6 kitabında 29 yanvar 2009-cu il tarixdə 2468 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva