Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1264/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı məhkəməyə müraciət edərək, abunə kodu **********02277 olan ünvan 1 ünvan ünvan 2) ünvanına dair hesablanmış 1800 manat 92 qəpik dondurulmuş köhnə borcunun və keçmişə doğru M-K sərfiyyatı ilə bağlı 109 manat borcun eləcə də akt əsasında hesablanmış 1968 manat 54 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Paşayev X5 rayonundan məcburi köçkündür. Faktiki olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi, ev 3, mənzil 4/7 (cavabdeh tərəfindən ünvan ünvan 3 ünvanında yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən həmin mənzilə dair 1800 manat 92 qəpik məbləğində qaçqın borcunun və keçmişə dair M-K sərfiyyatı ilə bağlı 109 manat borcun hesablanması ilə bağlıdır. Bu borclar silinməli olduğu halda bu günə qədər silinməmiş, borc kimi göstərilir. Belə ki, cavabdehə bir neçə dəfə həmin borcun silinməsi ilə bağlı dövlət tərəfindən göstəriş olduğunu və silmələrini tələb etsəm də bu günə kimi həmin borc silinməmişdir. Bu isə iddiaçının mənzil ilə bağlı bir sıra hüquqlarını həyata keçirməyə mane olur. Eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan ünvana dair əsassız olaraq 1968 maanat 54 qəpik məbləğində borc hesablanmışdır. Ünvana dair abonentin saldosunda bu borcla bağlı heç bir rəqəm qeyd edilməmişdir. Lakin cavabdeh iddia edir ki, akt tərtib edilmiş və 1968 manat 54 qəpik məbləğində borc hesablanmışdır. Qəti olaraq bununla razı deyildir. Yazılmış aktın və borcun heç bir əsası yoxdur. Hesab edir ki, bu hallar məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılacaqdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə araşdırması ilə 1800 manat 92 qəpik məbləğində köhnə qaçqın borcu və keçmişə doğru M-K sərfriyyatı ilə bağlı 109 manat məbləğində borc, eləcə də akt əsasında hesablanmış 1968 manat 54 qəpik məbləğində borc silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın üst qapaq örtüyü ilə gövdənin sağ tərəfdə birləşmə hissəsinə vurulmuş holloqramın kəsik vəziyyətdə olması, sayğacın üst qapaq örtüyünü gövdəyə bərkidən soi vintin üzərində olan qurğuşun möhür yerində olmaması və sağ tərəfdə vintin üzərində olan qurğuşun möhürdə müdaxilə izlərinin olması faktı aşkar edilmişdir. 03 mart 2023-cü il tarixdə sayğacın üzərində olan göstərici 56089 olmuşdur.Lakin hal-hazırda sayğacın üzərində olan göstərici 55315-dir. Ölçmə zamanı xətdən axan yük 8.5 Amper, Pfak=1.87 kvt-dır.Sayğaca müdaxilələr olunan vaxt sayğacın enrerji sərfiyyatı göstəricisi 6-8 manat təşkil etdiyi halda yeni sayğac quraşdırıldıqdan sonra sərfıyyat arasında kəskin fərqlər vardır.xx.xx.2023-cü il tarixdə pozuntu faktı aşkar edilir.Pozuntu faktı aradan qaldırıldıqdan sonra sayğac xx.xx.2023-cü il tarixdə yoxlanılır.Sayğacın enerji sərfiyyatı göstəricisinə əsasən 368 kvt saat miqdarında 29.44 manat dəyərində elektrik enerjisi istehlak olunması aşkarlanır. Yəni bu da onu göstərir ki abonent davamlı olaraq sayğaca müdaxilə etmişdir. İddiaçı aparılmış 2071,20 manat hesabatdan 127,14 manat ödəmişdir. Hal- hazırda iddiaçının 1944,06 manat borcu qalmışdır. Aşkar edilmiş pozuntu faktının video çəkilişlə qeydiyyatı aparılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - "xxxx" ASC-nin 031610 saylı, xx.xx.2023-cü il tarixli aktından görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın üst qapaq örtüyü ilə gövdənin sağ tərəfdə birləşmə hissəsinə vurulmuş holloqramın kəsik vəziyyətdə olması, sayğacın üst qapaq örtüyünü gövdəyə bərkidən soi vintin üzərində olan qurğuşun möhür yerində olmaması və sağ tərəfdə vintin üzərində olan qurğuşun möhürdə müdaxilə izlərinin olması faktı aşkar edilmişdir. - etirazdan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın üst qapaq örtüyü ilə gövdənin sağ tərəfdə birləşmə hissəsinə vurulmuş holloqramın kəsik vəziyyətdə olması, sayğacın üst qapaq örtüyünü gövdəyə bərkidən soi vintin üzərində olan qurğuşun möhür yerində olmaması və sağ tərəfdə vintin üzərində olan qurğuşun möhürdə müdaxilə izlərinin olması faktı aşkar edilmişdir. 03 mart 2023-cü il tarixdə sayğacın üzərində olan göstərici 56089 olmuşdur.Lakin hal-hazırda sayğacın üzərində olan göstərici 55315-dir. Ölçmə zamanı xətdən axan yük 8.5 Amper, Pfak=1.87 kvt-dır.Sayğaca müdaxilələr olunan vaxt sayğacın enrerji sərfiyyatı göstəricisi 6-8 manat təşkil etdiyi halda yeni sayğac quraşdırıldıqdan sonra sərfıyyat arasında kəskin fərqlər vardır. xx.xx.2023-cü il tarixdə pozuntu faktı aşkar edilir.Pozuntu faktı aradan qaldırıldıqdan sonra sayğac xx.xx.2023-cü il tarixdə yoxlanılır. Sayğacın enerji sərfiyyatı göstəricisinə əsasən 368 kvt saat miqdarında 29.44 manat dəyərində elektrik enerjisi istehlak olunması aşkarlanır. Yəni bu da onu göstərir ki, abonent davamlı olaraq sayğaca müdaxilə etmişdir. İddiaçı aparılmış 2071,20 manat hesabatdan 127,14 manat ödəmişdir. Hal- hazırda iddiaçının 1944,06 manat borcu qalmışdır. Aşkar edilmiş pozuntu faktının video çəkilişlə qeydiyyatı aparılmışdır. - abunə haqqında çıxarışdan görünür ki, X1 edildiyi üçün iddiaçıya 1800,92 manat məbləğində cərimə hesablanmışdır. - diskdə olan videoçəkilişdən görünür ki, iddiaçıya məxsus elektrik hesabat sayğacına kənar müdaxilə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən ona məxsus evdə elektrik sayğacına kənar müdaxilə edilmişdir. Buna görə də cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Ona görə də iddia tələbi akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin 109 manat hissəsi sərfiyyat borcu olduğu üçün həmin borcun silinməsi hissəsində iddia rədd edilməlidir. İddia tələbinin 1800 manat 92 qəpik qaçqın borcunun silinməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin borc ETAİSdən qalan borcdur və cavabdeh tərəfindən dondurularaq ödənilməsi tələb edilmir. Qeyd edilən borcun tələb müddəti keçdiyindən iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış 548,83 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 548,83 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sir küçəsi, ev 3, mənzil 4/7-ə görə **********02277 nömrəli abunə koduna hesablanmış 1800,92 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1800,92 manat olduğundan 38,01 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sir küçəsi, ev 3, mənzil 4/7 ünvanında **********02277 nömrəli abunə koduna hesablanmış 1800,92 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 38,01 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1264/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1264/2024
12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver