Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1267/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Quliyeva Zenfira Murad qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdeh Quliyeva Zenfira Murad qızına qarşı iddia qaldıraraq, cavabdeh Quliyeva Zenfira Murad qızı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2019-cu il 06 iyul tarixli bina 738-12/133 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdeh Quliyeva Zenfira Murad qızı ailə üzvləri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 12-ci mikrorayon, X5ndə yerləşən 12 nömrəli evin 113 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək və Quliyeva Zenfira Murad qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cavabdeh qismində qoyaraq cavabdeh Quliyeva Zenfira Murad qızı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2019-cu il 06 iyul tarixli bina 738-12/133 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Quliyeva Zenfira Murad qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 12-ci mikrorayon, X5ndə yerləşən 12 nömrəli evin 113 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2019-cu il 06 iyul tarixli 738- 12/113 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün Quliyeva Zenfira Murad qızı ailə üzvləri ilə birlikdə Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Sumqayıt şəhəri, 12-ci mikrorayon X5ndə yerləşən 12 nömrəli evin 113 nömrəli mənzili ilə təmin edilmişdir. Dövlət Proqramı çərçivəsində və ünvan 1 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 377 kodlu evə köçmək üçün Quliyeva Zenfira Murad qızına Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Sumqayıt şəhəri, 12-ci mikrorayon X5ndə yerləşən 12 nömrəli evin 113 nömrəli mənzili təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Quliyeva Zenfira Murad qızının nümayəndəsi və Cavabdeh1 izahatında bildirdi ki, evinin vəziyyətinin yaxşı olmaması ilə bağlı prezidentə məktub ünvanlamışdır. Prezident Aparatı tərəfindən məsələ ilə bağlı maraqlanmaq üçün Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə məktub ünvanlanmışdır. Belə ki, Laçın rayonunda inşa edilən evin kanalizasiya sistemi yoxdur. 4 otaqlı evin 2 otağı iç-içədir. Mətbəxin pəncərəsi yataq otağına açılır. Kanalizasiya sisteminin düzəldilməsini, mətbəx ilə sanitar qovşağın həyətə keçirilməsini və 4 otağın tam şəkildə verilməsini tələb edir. Laçın rayonunda verilən mənzil qənaətbəxş olmadığı üçün hazırda yaşadıqları evdən köçmək istəmir. Rayon ərazisində heç bir iş görülməmişdir. Evdən mərkəzə qədər 3 km məsafə var. Şəhid ailəsidir. Qardaşı şəhid olmuşdur. Prezidentin qərarına əsasən şəhid ailələri evlə təmin edilməlidir. Şəhid ailəsi olmağı ilə əlaqədar başqa mənzil ayrılmamışdır. Anasına şəhid ailəsi olduğu üçün başqa otaq, ona isə başqa otaq verilmişdir. Anası 113 nömrəli mənzildə yaşayır. Laçın rayonunda verilən ev atasının evidir. Həmin ev sadəcə təmir edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, Laçın rayonunda verilən ev iki mərtəbədən, 3 otaqdan ibarətdir. Mətbəxin pəncərəsi yoxdur. Evin şəraiti qənaətbəxş deyildir. Həmçinin şəhid ailəsidirlər. Şəhid ailəsi olmağı ilə əlaqədar başqa mənzil ayrılmamışdır.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
8. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru X1 ilə Quliyeva Zenfira Murad qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, kirayəyə verən Sumqayıt şəhəri, 12-ci mikrorayon, X5 1005, Koroğlu küçəsi, 12 nömrəli ev, 113 nömrəli mənzildə yerləşən, xüsusi təyinatlı mənzil fonduna aid 1 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
9. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Sumqayıt şəhər və Şabran rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Laçın şəhərindən məcburi köçkün düşmüş Cavabdeh2 bina 12 (738), mənzil 113 ünvanında yerləşən Sumqayıt şəhəri, 12-ci mikrorayon, “1005 ailəlik” X5 məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır.
10. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ona ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaqları üçün verilmiş dövlətə məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 12 nömrəli evin, 113 nömrəli mənzilin boşaldaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təhvil verilməsi təklif olunmuşdur.
Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı:
Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
16. İş materialları ilə müəyyən olunur ki, Quliyeva Zenfira Murad qızı və onun ailəsi Laçın rayonundan məcburi köçkün olduğundan onunla xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə verilməsi barədə müqavilə bağlanılmışdır. Hazırda cavabdeh Quliyeva Zenfira Murad qızı Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Yeni yaşayış” kompleksi ünvanında yerləşən 12 nömrəli evin, 113 nömrəli mənzilində yaşayır.
17. İddiaçı xx.xx.2023-cü ildə cavabdehə bildiriş göndərməklə, Laçın rayonu, Laçın şəhəri ünvanında yerləşən 377 kodlu mənzilə köçürülməsini və kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün ona verilmiş Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Yeni yaşayış” kompleksi ünvanında yerləşən 12 nömrəli evin, 113 nömrəli mənzilinin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir.
18. Məhkəmə iddia tələbinin “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə təmin edilməsinin əsası tərəflər arasında bağlanılmış müqavilənin 5.7.3-cü maddəsidir.
19. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi dövlət tərəfindən bərpa edilərək, cavabdeh Quliyeva Zenfira Murad qızına ayrılmışdır.
20. Müqavilənin 5.7.3-cü maddəsinə nəzər yetirdikdə görünür ki, kirayəçi və ailə üzvlərinin ayrıca yaşayış sahəsi əldə etməsi xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə əsasdır.
21. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə əsasən Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur.
22. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi həyata keçirir.
23. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Yeni yaşayış” kompleksi ünvanında yerləşən 12 nömrəli evin, 113 nömrəli mənzilinin kirayə verilməsi barədə müqavilə 2019-cu ildə bağlanılmışdır.
24. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanmasından sonra Ermənistan Azərbaycan münaqişəsinə son qoyulmuş və Azərbaycan münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuşdur.
25. Ərazilərin işğaldan azad edilməsi yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun həyata keçirməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmiş və məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması prosesi başlanılmışdır.
26. 2019-cu ildə kirayə müqaviləsi bağlanan zaman həmin müqavilənin məhkəmə qaydasında ləğv edilməsi üçün şərtlərindən biri olan kirayəçinin şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsinin əldə edilməsi onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq da yaşayış sahəsi ilə təmin edilməsini özündə ehtiva edir.
27. Cavabdehhlər Cavabdeh1 və Cavabdeh3 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yararsız vəziyyətdə layihələndirildiyini bildirsələr də, bu halı inzibati icraat qaydasında mübahisələndirməmişdirlər.
28. Hazırkı məhkəmə araşdırması zamanı isə xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları mövcud olmuşdur.
29. Odur ki, cavabdeh dövlət hesabına ayrıca yaşayış sahəsi əldə etdiyindən tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir.
30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Yeni yaşayış” kompleksi ünvanında yerləşən 12 nömrəli evin, 113 nömrəli mənzilinə dair xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında ləğv edildiyindən və mənzildə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşamaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan Quliyeva Zenfira Murad qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmalı və mənzili boşaldaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verməlidir.
Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Quliyeva Zenfira Murad qızı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 06 iyul 2019cu il tarixli, bina 738-12/113 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Quliyeva Zenfira Murad qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Yeni yaşayış” kompleksi ünvanında yerləşən 12 nömrəli evin, 113 nömrəli mənzili boşaldılsın. Cavabdehlər Quliyeva Zenfira Murad qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Yeni yaşayış” kompleksi ünvanında yerləşən 12 nömrəli evin, 113 nömrəli mənzilindən çıxarılsınlar. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva