Məhkəmə qərarları › İş №2(060)-127/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-127/2022

17.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-127/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş 02.07.1940-cı il təvəllüdlü anası X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmənin icraatına 15.07.2021-ci il tarixdə daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(060)-6579/2021 saylı qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2(060)-6579/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(060)-6579/2021 saylı qərardadı ləğv edilərək mülki işin hazırlıq iclası 09.09.2021-ci il tarixə, saat 09:55-ə təyin edilmiş, məhkəmə hazırlıq iclasında tərəflər iştirak etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2(060)-6579/2021 saylı qərardadı ilə məhkəməpsixiatrik ekspertizasının rəyinin alınması ilə bağlı ekspertiza təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X2” X7 həvalə edilmiş, iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. 28.12.2021-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X2” X5 16.12.2021-ci il tarixli məktubu və mülki iş məhkəməyə daxil olmuş, mülki işin icraatı təzələnərək baxış iclası 17.01.2022-ci il tarixə saat 10:20-ə təyin edilmişdir. Lakin tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar