Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1270/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, eləcə də ərizə ilə müraciət edərək, iddia tələbinin təminatlığını təmin etmək məqsədilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-yə məxsus olan 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA525704 ban, 0207 mühərrik nömrəli, ağ rəngli avtomobilin üzərinə həbs qoyularaq cavabdehə və digər şəxslər tərəfindən idarə olunmasının qadağan edilməsi və avtmobilin İddiaçı MMC-nin müvəqqəti saxlama meydançasında yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6948/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, lizinq obyekti olan 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA525704 ban, 0207 mühərrik nömrəli, ağ rəngli avtomaşın üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitəsinin istifadəsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Mülki iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, eləcə də iddianı təmin etmək tədbirinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6948/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmək tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6948/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə lizinq obyekti olan 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA525704 ban, 0207 mühərrik nömrəli, ağ rəngli avtomaşın üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitəsinin istifadəsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi növündə iddianı təmin etmək tədbiri növündə görülmüş tədbirlər ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1270/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1270/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver