Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1272/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağlar zonasında yerləşən fərdi yaşayış evi, həyətyanı sahə və 1078 saylı bağ sahəsinin mülkiyyətə verilməsinə dair JN 2230B, 30800118 kod olan şəhadətnamədə olan “X14”na aid məlumatların AZE ******** olan, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsindəki “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni onunla əsaslandırdı ki, o, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İstər 273046 saylı, xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnamədə, istərsə də AZE № ******** olan, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsində onun soyadı soyad qrafasında “Surxaybəyli” kimi qeyd edilmişdir. Bundan əlavə xarici pasport və hərbi bileti də ad soyadı Ərizəçi kimi yazılmışdır. Lakin 2005-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2000-ci il tarixli, 06 nömrəli qərarı və xx.xx.2000-ci il tarixli, 1958 nömrəli icarə müqaviləsi ilə Novxanı bağlar zonasında yerləşən fərdi yaşayış evi, həyətyanı sahə və 1078 saylı bağ sahəsi onun və ailə üzvləri olan X5, X6 və X4 mülkiyyətinə verilməsinə dair JN 2230B, 30800118 kod nömrəli şəhadətnamə ilə torpaq sahəsi ayrılmışdır. Həmin aktda onun soyadı səhv olaraq “Surxaylı” kimi yazılmışdır. Hal-hazırda vərəsəliklə bağlı məsələlərdə, həmçinin həmin torpaq sahəsinin ada keçirilməsində, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi, habelə texniki pasportun verilməsi üçün cavabdeh təşkilata müraciət etdiyi zaman bu problem ortaya çıxmışdır. Onun həmin şəhadətnamədə qeyd olunan şəxslə eyni şəxs olmağının müəyyən edilməsi lazımdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt Regional “Asan Xidmət” X9 ərizə ilə məhkəməyə müraciət edərək, işlərin sıxlığının nəzərə alınaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, XVİİİ-JQ 273046 nömrəli doğum haqqında şəhadətnamənin, AO ******* nömrəli hərbi biletin və AZE P5234938 nömrəli pasportun notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ərizəçinin soyadı “Surxaybəyli” kimi qeyd edilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-2230B, KOD 30800118 nömrəli şəhadətnamədən görünür ki, Suqmayıt şəhər İH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2000-ci il tarixli, 06 saylı qərarına əsasən Sumqayıt şəhəri, Novxanı bağlar zonasında yerləşən 1078 saylı bağ sahəsi X2, X3, X4 və X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” X13 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-1823/76 nömrəli məktubdan görünür ki, Sumqayıt “Asan Xidmət” X10 torpaq haqqında şəhadətnamədə ərizəçinin soyadının səhv yazılması səbəbindən sənədlərdə göstərilən şəxslərin eyniləşdirilməsi ilə bağlı müraciətinə baxılmış, bildirlmişdir ki, şəxsin eyniləşdirilməsi Sumqayıt “Asan Xidmət” X1vericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid olmadığı üçün müraciətin təmin edilməsi qanunvericiliklə mümkün olmamışdır. Bununla bağlı ərizəçiyə yaşayış yeri üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarından göründüyü kimi Ərizəçi soyadı bütün sənədlərdə “Surxaybəyli” kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-2230B, KOD 30800118 nömrəli şəhadətnamədən görünür ki, həmin şəhadətnamədə ərizəçinin soyadı “Surxaylı” kimi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-2230B, KOD 30800118 nömrəli şəhadətnamədə olan məlumatların Ərizəçi məxsus olması faktı məyyən edilməlidir. Bundan başqa, işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağlar zonasında yerləşən 1078 saylı bağ sahəsinin mülkiyyətə verilməsinə dair JN 2230B, 30800118 kod olan şəhadətnamədə olan “X14”na aid məlumatların AZE ******** olan, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsindəki “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1272/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1272/2021
16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver