Məhkəmə qərarları › İş №2(060)-1273/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1273/2022

11.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1273/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə 2019-cu ilin yanvar ayından mülkiyyətində olan - ünvan 1 ünvanında yaşayır. İstifadə etdikləri təbii qazın dəyərini həmişə vaxtında və istifadələrində olan G-4 markalı, ******* №-li sayğacın göstəricilərinə uyğun ödəmişdir. “Azəriqaz” İstehsalat Birliyinin ünvan 3qayıt QİS-nin nəzarətçiləri gəlib yoxlama apararaq sayğacın nasaz olduğunu bildirmişlər. Onlar 2021-ci ilin yay aylarında həmin məişət qaz sayğacını çıxarıb “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib etmişlər. Nəzarətçilər tərəfindən G-4 markalı ********** №-li yeni sayğac quraşdırmış, köhnə sayğac yenisi ilə əvəz edilmişdir. Daha sonra köhnə sayğac dövlət yoxlamasına göndərilmiş, “Azəriqaz” İstehsalat Birliyinin 27.12.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsində sənaye və məişət qaz sayğaclarının kalibrləşmə laboratoriyasının qaz sayğacının yoxlanması barədə 21.12.2021-ci il tarixli aktına əsasən G-4 markalı ******* №-li sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki plastmas plombundan biri aşkar olunmadığından, yəni plombun biri kəsildiyindən və iki plastmas plombdan biri aşkar olunmadığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Buna görə də ünvan 3qayıt QİS-nin nümayəndələri tərəfindən 27.12.2021-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 028065 №-li akt tərtib edilmişdir. Akt “Azəriqaz” İB-nin qaza nəzarət şöbəsinə göndərilmiş və sayğaca hesablama yolu ilə itirilmiş qazın bərpasının təmin edilməsi məqsədilə 4320 kub metr sərfiyyat hesablanmışdır. Cavabdehin fərziyyəsinə görə guya sayğaca onun tərəfindən müdaxilə olunmuşdur. Həmçinin ona bildiriş göndərilmişdir ki, müdaxilə edilmiş sayğacın dəyəri olan 64,67 manat məbləğində pulu “Azəriqaz” İB-nin ABB-nın ünvan 3qayıt filialında olan hesabına ödəməlidir. Həmçinin kombi və ya digər elektrik enerjisi sərf edən avadanlıq işlətmədiyi halda hesablama aparılarkən itirilmiş qazın kub metri şişirdilmişdir. Bundan başqa blokda yerləşən sayğaca müdaxilənin necə yarandığı, onun və ailə üzvləri tərəfindən edilib-edilməməsi aydınlaşdırılmamışdır. İtirilmiş qaza görə heç bir təqsiri yoxdur, sayğaca onlar tərəfindən müdaxilə edilməmişdir. Akt da onun tərəfindən imzalanmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən, “Azəriqaz” İstehsalat Birliyinin ünvan 3qayıt QİS tərəfindən 27 dekabr 2021-ci il tarixdə tərtib edilmiş ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktın ləğv edilməsi, 432 manat sərfiyyat məbləğinin **********00590 №-li hesabından silinməsi və sayğacın dəyəri olan 64.67 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, “Azəriqaz” İstehsalat Birliyinin ünvan 3qayıt QİS tərəfindən 27 dekabr 2021-ci il tarixdə tərtib edilmiş ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt əsasında hesablanmış 432 manat borcun və sayğacın dəyəri olan 64.67 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 15.01.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 27.12.2021-ci il tarixli aktın surətindən görünür ki, 21.12.2021-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş G-4 markalı ******* nömrəli sayğac metrologiya departamentinin rəyinə görə 20213997 №-li plomb kəsilərək G-4 SM/6625 saylı qutu açılaraq sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan birinin kəsilməsi aşkar edilmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan 27.12.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 27.12.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4320 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin ünvan 3qayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış məktubundan görünür ki, abonentə ünvan 3qayıt QİS-i bildirmişdir ki, ünvanda olan G-4 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsildiyindən və iki plastmas plombdan biri aşkar olunmadığından sayğac istismara yarasız kimi qiymətləndirilmiş, müdaxilə edilmiş sayğacın dəyəri 64.67 manat ABB ünvan 3qayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməli olduğu və ödəniş qəbzinin surətinin isə ünvan 3qayıt QİS-nə təqdim edilməli olduğu bildirilmişdir. Əks təqdirdə ünvan 3qayıt QİS-si tərəfindən X1 müraciət olunması qeyd olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00590) İddiaçı məxsus 5-ci mikrorayon, ev 1/13, mənzil 59 ünvanına akta görə 432 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 24.12.2021-ci il tarixli, MSK-29/1710-04502-1 saylı aktın surətindən görünür ki, ünvandan çıxarılmış sayğacın sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan birinin kəsilməsi aşkar olunduğundan sayğac istismara yarasız kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğaca baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan birinin kəsildiyi və iki plastmas plombdan biri aşkar olunmadığı müəyyən edilmişdir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 432 manat cərimə qismində hesablanmış borc və 64.67 manat sayğac borcu tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 432 manat borc və sayğac dəyərinə görə hesablanmış 64.67 manat məbləğində pulun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 27.12.2021-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 432 manat borc və sayğac dəyərinə görə hesablanmış 64.67 manat borc abonentin hesabından (abonent kodu **********00590) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüünvan 3u, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüünvan 3unun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüünvan 3u alınmalıdır. Belə ki, «Dövlət rüünvan 3u haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüünvan 3u ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüünvan 3unu ödəməkdən azad edilmişsə, dövlət rüünvan 3u iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 27.12.2021-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat borc və sayğac dəyərinə görə hesablanmış 64.67 (altmış dörd manat altmış yeddi qəpik) manat borc abonentin hesabından (abonent kodu **********00590) silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüünvan 3u alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 3qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 3qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar