Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1278/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi Ərizəçi vəkili və nümayəndəsi Məmmədov Naim Vasif oğlunun, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X7 onunla birgə yaşayır. Anası mərhum atası dünyasını dəyişdiyi zaman onun nəşini ilk dəfə görəndə dərin psixoloji sarsıntı keçirmiş və həmin hadisədən sonra anasının ruhi sağlamlıq vəziyyəti pisləşməyə başlamışdır. Bu hallar son 2-3 il ərzində daha da artmağa başlamış bu vəziyyət onda yaddaş pozğunluğu, çox kəskin aqressiya, həddindən artıq xəstəlik dərəcəsində titizlik kimi vəziyyətlərin yaranmasına səbəb olmuşdur. X1 qeyri-anormal hərəkətləri özünü əsassız yerə qarşısına çıxan hər kəslə mübahisə, dava etməsində, öz hərəkətlərinin mahiyyətini qavramamaqda, özünə heç kimi yaxın buraxmayaraq kiminsə ona toxunacağı təqdirdə başına nəsə gələcəyini düşünməsində və s. bu kimi özünə və ətrafındakı digər şəxslərə zərər yetirə biləcək vəziyyətlərdə büruzə verir. Bütün bu hallara görə anasının səhhətində olan problemlərin mahiyyətini öyrənmək, onları aradan qaldırmaq üçün Sumqayıt şəhər 1 nömrəli Poliklinikasına müraciət etmiş və Sumqayıt Psixiatriya Xəstəxanasında anasına paranoid şizofreniya, fasiləsiz gedişli, davamlı hallüsinatorparanoid sindromları fizrə diaqnoz qoyulmuş və anası həmin diaqnozalar üzrə xx.xx.2019xx.xx.2019 və xx.xx.2020-xx.xx.2020-ci il tarixlər arasında 2 dəfə Sumqayıt Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdır. Lakin həmin stasionar müalicələr də anasının səhhətində müsbət dəyişikliklərə səbəb olmamışdır və hazırda da yuxarıda qeyd olunan diaqnozlar üzrə səhhətində olan problemlər davam etməkdədir. O, yenə də özünü idarə edə bilmir və xəstəlik səbəbindən öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsə çevrilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında göstərdi ki, ərizənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: Xİ-JQ seriyalı 440744 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası X4r. AA1115461 saylı Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. LCG Vəkil Bürosunun xx.xx.2020-ci il tarixli 59/20 saylı sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 1 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 833 saylı məktubdan görünür ki, X7 “paranoid şizofreniya fasiləsiz gedişli davamlı hallüsinator-paranoid sindrom” diaqnozu ilə poliklinikada dispanser qeydiyyatındadır. O, xx.xx.2019-xx.xx.2019-ci il və xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə qeyd edilən diaqnozla stasionar müalicə almışdır. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə X3 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 297 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, X5 şizofreniya paranoid forma, psixili qüsur halı xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar- təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişiklər təxminən iyirmi il əvvəl büruzə verməsi, onda əsəbilik, şübhələrin olmasını, beynində “səslər”in olması, vəziyyəti ilə əlaqədar psixiatrik qeydiyyatda düşməklə Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında “paranoid şizofreniya, fasiləsiz gedişli, davamlı hüllasinator-paranoid sindromla” diaqnozu ilə müalcələrdə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, ayrı-ayrı münasibət sayıqlama ideyalarının büruzə verməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri qeyd olunması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixo-nevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi X3 qızıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Odur ki, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1964-cü il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1278/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1278/2021
30.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver