Məhkəmə qərarları › İş №2(060)-1308/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1308/2022

16.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1308/2022 16.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Сavabdeh Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «birgə mülkiyyətdə olan əmlakdan payın kompensasiya ilə əvəzləşdirilməsi tələbinə» dair iddia ərizəsinə açıq hazırlıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehlə birgə mülkiyyətdə olan Sumqayıt şəhəri, 9-сu m/rayon, ev 27-də yerləşən 24 saylı mənzildən ona çatası 1/3 payın əvəzi olaraq 30 000 (otuz min) manat məbləğində kompensasiyanın сavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırlıq iсlası baxılması üçün 16.03.2022-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə iddiaçı və сavabdeh üzürsüz səbəbdən məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunveriсiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təсrübəsi haqqında» Azərbayсan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-сi il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1. 2-сi bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbayсan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-сü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iсlasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iсlasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbayсan Respublikası MPM-nin 259.0.11-сi maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məсəllənin 170-сi maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman сavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «birgə mülkiyyətdə olan əmlakdan payın kompensasiya ilə əvəzləşdirilməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar