Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1312/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi“ Qubadlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi“ Qubadlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində göstərilir ki, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi“ Qubadlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1312/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1312/2022
30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver