Məhkəmə qərarları › İş №2(060)-1326/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1326/2021

05.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1326/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X15 İddiaçı1 nümayəndəsi və İddiaçı2 və Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydiyyatın ləvği” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməsi və bu şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməsi və bu şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014cü il tarixli qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahələrinə onların vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 nümayəndəsi və İddiaçı2 iddianı müdafiə edərək göstərdi ki, ataları X20 16 avqust 2012-ci ildə vəfat etmişdir. Onlar atası ölənə kimi Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində qeydiyyatda olduqları ünvanda onunla birlikdə yaşamışlar. Atası öləndə onlar azyaşlı olmuşlar və onun harada, hansı daşınmaz əmlakının olmasından xəbərləri olmamışdır. Bu yaxınlarda onlara bəlli olmuşdur ki, atalarının adına Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində 3 yerdə torpaq sahəsi olmuş və həmin torpaqları atasının bacısı Cavabdeh1 öz adına rəsmiləşdirmişdir. Bununla əlaqədar sorğularına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi cavabda qeyd edilmişdir ki, ataları X13 adına Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 20.12.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0.08 ha, ********** qeydiyyat nömrəsi ilə 21.12.2011-ci il tarixində 0.08 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır. Habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0.12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir, lakin Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontorunun 30.09.2014-cü il tarixli 2V- 602, 2V-601, 2V/826 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 adına 17.10.14-cü il tarixində qeydiyyata alınmışdır. Alınmış cavab məktubuna aydınlıq gətirmək üçün Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinə ərizə ilə müraciət etmişlər və Cavabdeh1 verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərini istəmişlər. Onlara bildirilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən “Notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir”. Eyni zamanda vərəsələrə miras şərikləri arasında mübahisə olduğu halda məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməsi və bu şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahələrinə onların vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, həqiqətən o, qardaşı Zəfər Məmmədovdan qalmış miras əmlakını o qəbul etmişdir. Həmin miras əmlakları iki ədəd torpaq sahələrindən ibarət olmuşdur. Sözügedən torpaq sahələrini o, vərəsə kimi qəbul etdikdən sonra maddi durumunda yaranmış çətinliklərə görə həmin iki ədəd torpaq sahəsini hər biri 1500 manat olmaqla başqa bir şəxsə satmışdır. Hazırda o, satdığı və iddiaçıların atalarına məxsus olan torpaq sahələrinə görə əldə etdiyi 3000 manat pulu hissə-hissə olmaqla iddiaçılara qaytara bilər. Buna görə o, vaxt verilməsini istəyir. Lakin iddiaçılar ona bir neçə dəfə müraciət edərək sözügedən torpaq sahələrinin dəyərinin 10000 manat olduğu bildirərək həmin məbləği ondan tələb etmişlər. Belə olan halda o, həmin məbləği qəbul etmir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmiş və cavabdeh tərəfindən daxil olmuş məktubda məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 nümayəndəsi və İddiaçı2 və Cavabdeh1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2020-ci il tarixli məktubundan görünür ki, X10 adına Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 20.12.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0.08 ha, ********** qeydiyyat nömrəsi ilə 21.12.2011-ci il tarixində 0.08 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır, habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0.12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir, lakin Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontorunun 30.09.2014-cü il tarixli, 2V- 602, 2V-601, 2V/826 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında bacısı Cavabdeh1 adına 17.10.2014-cü il tarixində qeydiyyata alınmışdır. X13 adına Azərbaycan Respublikasının digər ərazilərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan AZ-İİ № 128194 saylı, 04.10.2008-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 xx.xx.1998-ci il tarixdə Ağstafa rayonunda anadan olmuşdur. Ata qrafasında-X20, ana qrafasında X26 qeyd edilmişdir. İş materiallarında olan İ-AZ № 129859 saylı, 14.12.2000-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı2 xx.xx.1999-cu il tarixdə Ağstafa rayonu, A.Kəsəmən kəndində anadan olmuşdur. Ata qrafasında-X20, ana qrafasında X26 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Aşağı Kəsəmən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14.11.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı1 Aşağı Kəsəmən kəndində qeydiyyatdadır, anası: X26, bacısı: İddiaçı2dır. İş materiallarında olan AZ-İ № 856953 saylı, 08.04.2017-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 16.08.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 30.09.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 16.08.2012-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanda yaşamış X13 vərəsəsi ünvan 323, mənzil 30-da qeydiyyatda olan bacısı- Cavabdeh1 miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 21.12.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, MA ******* seriyalı nömrəli, 6 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi-ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 30.09.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 16.08.2012-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanda yaşamış X13 vərəsəsi ünvan 323, mənzil 30-da qeydiyyatda olan bacısı- Cavabdeh1 miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 21.12.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, MA ******* seriyalı nömrəli, 6 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi-ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 21.12.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 16.08.2012-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanda yaşamış X13 vərəsəsi ünvan 323, mənzil 30-da qeydiyyatda olan bacısı- Cavabdeh1 miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Torpağın Mülkiyyətə verilməsinə dair 26.12.2005-ciil tarixli JN-310 F Kod 50205018 nömrəli şəhadətnaməyə əsasən ünvan 5 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən müəyyən edilir ki, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən müəyyən edilir ki, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 27.11.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 16.08.2012-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanda yaşamış X13 vərəsəsi ünvan 323, mənzil 30-da qeydiyyatda olan bacısı- Cavabdeh1 miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, RQİŞ1 tərəfindən 03.01.2005-ci ildə verilmiş AA №484557 seriya nömrəli, ** BN *** qeydiyyat nişanlı, 320 yük markalı, sisterna tipli, 1988-ci il buraxılışlı, kab497952 ban, açıq boz rəngli avtomaşından ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 27.11.2013-cü il tarixli arayışının surətindən görünür ki, X13 Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində nikah aktı qeydiyyatı tapılmamışdır. İş materiallarında olan Cavabdeh1 “ASAN Xidmət” mərkəzi notariat kontoruna ünvanladığı 30.09.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, X11 qalmış mirası əmlakını qəbul edir və başqa X13 başqa vərəsələrinin olmadığın qeyd etmişdir. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu X16 məktubunun surətindən görünür ki, X7nun bacısı-Cavabdeh1 vərəsə kimi tanınmışdır. Mərhum X2 rayon NK-da reyestr nömrəsi 4Ə/77 olan 14.04.2011-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən Ağstafa rayon A.Kəsəmən kəndində yerləşən 0.08 ha torpaq sahəsinə və 14.04.2011-ci il tarixdə həmin NK-da reyestr nömrəsi 4Ə/78 olan bağlanmış alqı-satqı müqaviləsinə əsasən Ağstafa rayon A.Kəsəmən kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair həmin əmlaka sahiblik hüququ əldə etmişdir. İş materiallarında olan AZ-İ №397557 saylı, 13.11.2020-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 xx.xx.1999-cu il tarixdə X17 doğulmuş X24 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ №397556 saylı, 13.11.2020-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 xx.xx.1998-ci il tarixdə X17 doğulmuş X19 atası hesab edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 15.05.2013-cü il tarixli, 2(105)-444/2013 saylı qətnaməsinin surətindən görünür ki, X12, X5 və Cavabdeh1 ataları mərhum X3 qalmış mirasdan imtina qəbul edilmiş, ərizəçi X14 mərhum X6 1-ci növbəli vərəsəsi kimi tanınması və mərhum X3 miras qalmış Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində 1145 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 otaqlı, ümumi sahəsi 163,8 kv.m yaşayış sahəsi 46.8 kv. olan yaşayış evinə və 0,74 hektar pay torpaq sahəsinə X9 vərəsəlik şəhadətnaməsi verilməsi, Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yerləşən mərhum X8 məxsus mirasın ərizəçi X14 tərəfindən qəbul edilməsi faktı müəyyən edilərək, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 1145 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 otaqlı, ümumi sahəsi 163,8 kv.m yaşayış sahəsi, 46,8 kvm olan mərhum X8 məxsus miras mülkə və 0,74 ha pay torpaq sahəsinə mülkiyyət hüququ ərizəçi X9 verilməsi və qətnamənin icrası Ağstafa rayon Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Qazax rayonu, Yenikənd kəndində yerləşən 2 otaqlı ümumi sahəsi 163,8 kv.m, o cümlədən yaşayış sahəsi 46,8 kv.m ibarət olan yaşayış evi X6 adına qeydə alınmışdır. İş materiallarında olan AN-İ №0772810 saylı, 23.08.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini 1500 (bir min beş yüz) manata X1. İş materiallarında olan AN-İ №0772809 saylı, 23.08.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini 1500 (bir min beş yüz) manata X1. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar. “Notariat haqqında” AR Qanununun 58-ci maddəsinin 3-cü abzasına əsasən Notarius yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Həmin Qanunun 59-cu maddəsinin 1-ci abzasına görə Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı maddəsinin 2-ci abzasına əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər. Həmin Təlimatın 100-ci maddəsinə görə mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu şəxslərin adından müvafiq ərizələr onları təmsil edən həmin şəxslər tərəfindən yazılır və notariat qaydasında təsdiq edilir. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir). Həmin Təlimatın 110-cu maddəsinin 10-cu abzasına görə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin adından ərizə valideynləri, yaxud qəyyumları (himayəçiləri) tərəfindən verilir. Ərizədə onun yetkinlik yaşına çatmayanın (yaxud fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsin) adından fəaliyyət göstərməsi, eləcə də ərizə verənin və vərəsənin soyadı, adı, atasının adı, vərəsənin doğum tarixi qeyd edilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçılarının ataları miras qoyan X13 16.08.2012-ci il tarixdə ölümündən sonra onun birinci növbəli vərəsələri onun övladları İddiaçı1 və İddiaçı2dır. Notarius yetkinlik yaşına çatmamış vərəsələr İddiaçı1 və İddiaçı2 adlarına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onun əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməli olduğu halda, bu haqda heç bir məlumat vermədən vərəsəlik işi üzrə notariat hərəkətləri aparmış, miras əmlaka miras qoyan Zəfər Məmmədovun birinci növbə üzrə bacısı Cavabdeh1 vərəsəlik hüququ tanınmışdır. Digər vərəsə, hazırki iddiaçı Anar Mirzəyev yetkinlik yaşına çatmamış olduğuna görə (o vaxt onun 13 yaşı olmuşdu) vərəsə kimi tanınmamışdır. Halbuki yuxarıda qeyd olunan Təlimata əsasən yetkinlik yaşına çatmayan iddiaçıların adından da onların valideyni Y.Əliyeva tərəfindən müvafiq ərizə verilə bilərdi (verilməli idi). Ancaq vaxtında hüquqları izah olunmadığına görə, yetkinlik yaşına çatmayan iddiaçıların valideyni müvafiq ərizə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 49.4-cü maddəsinə görə on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Məhkəmə bu normalardan çıxış edərək hesab edirki, hazırki iddia tələbi üzrə iddiaçıların iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməli və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014-cü il tarixli qeydiyyat ləğv edilməli, həmin torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınmalı və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin

152. 157, 220-221-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilsin və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014-cü il tarixli qeydiyyat ləğv edilməklə, həmin torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar