Məhkəmə qərarları › İş №2(060)-1340/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1340/2023

03.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1340/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 03 aprel 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri 20-ci məhəllədə yerləşən evimə qanunsuz və əsassız olaraq hesablanmış 2767,56 manat məbləğində borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən evinə (abunə kodu **********00185) "Azərenerji” ASC dövründən qalan ETAİS-dən gələn 2767,56 manat məbləğində borc hesablanmışdır. Bildirmək istəyir ki, həmin borcun silinməsini cavabdeh təşkilatdan tələb etsə də, borcun silinməsinin onların səlahiyyətində olmadığını və borcun yalnız məhkəmə qaydasında silinməli olduğunu ona bildirdilər. "xxxx" ASC dövründə X1 zamanı bütün ödənişləri vaxtı-vaxtında ödəmişdir. Lakin, həmin borc "xxxx" dövrünə aid olduğu üçün hesab edir ki, silinməlidir. Bu səbəbdən də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırkı borc Barmekden qalan borcdur. Bir dəfə də borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş və ona borcun silindiyini bildirsələr də, borc yenə silinməmişdir. Mübahisəli mənzil hazırda onun mülkiyyətindədir və onun adına çıxarış verilib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də (məhkəmə bildirişinə imza etməklə), nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək ona məxsus Sumqayıt şəhəri 20ci məhəllədə yerləşən evinə qanunsuz və əsassız olaraq hesablanmış 2767,56 manat məbləğində "xxxx" borcunun silinməsinə dair" qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2005-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2015-ci il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 5293.55 manat elektrik enerjisindən isdifadə olunmuşdur. Lakin abonent bu dövürdə 2311,20 manat ödəniş etmiş və hal-hazırda iddiaçının 2982,35 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın (E.E.İ.Q) 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Cavabdeh yuxarıda göstərilənləri və "EEİQ"-nı nəzərə alaraq, Azərbaycan Respublikası MM- nin 425, 551.2.1, 560.3.2, MPM-nin 77.1, 81, 154.1 və 217.4 maddələrini rəhbər tutaraq, İddiaçı ona məxsus Sumqayıt şəhəri 20-ci məhəllədə yerləşən evimə qanunsuz və əsassız olaraq hesablanmış 2767,56 manat məbləğində "xxxx" borcunun silinməsi tələbinə dair" iddiasının əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, ünvan 1 ünvanına quraşdırılmış sayğaca əsasən 2765.56 manat borc ETAİS-dən gələn xx.xx.2015-ci il tarixə yaranmış borcdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ünvan 1 ünvanına X1yə görə xx.xx.2015-ci il tarixə qədər hesablanmış 2765.56 məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 İddiaçı istifadəsindədir. Sözügedən mənzilə X1yə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2015-ci il tarixdə həyata keçirilmişdır. İddiaçının 2767.56 manat məbləğində borcu xx.xx.2015-ci il tarixə qədərki dövrdə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbetmə müddəti keçdiyinə görə cavabdeh tərəfindən iddiaçıya 2015-ci ilin iyul ayına qədər olan dövrə aid elektrik enejisindən istifadəyə görə hesablanmış 2767.56 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanına (abunə kodu: **********00185) elektirik enerjisindən istifadəyə görə hesablanmış 2767,56 (iki min yeddi yüz altmış yeddi manat əlli altı qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar