Məhkəmə qərarları › İş №2(060)-1345/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1345/2023

11.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1345/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun tələb olunmasının əsassız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 6-ya əsassız olaraq hesablanmış 574.72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdeh təşkilat tərəfindən hesablanmış 461.17 manat məbləğində borcun ondan tələb olunmasının əsassız hesab edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 6 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Qeyd olunan mənzil üzrə əvvəlki dövrə aid barmek borcu qalmışdır. Hesab edir ki, borc əsassızdır və silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 41A məhəllədə yerləşən 4V saylı evin 49 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. - ******* №-li, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bilalov Aqşin Ziyəddin oğlu Sumqayıt şəhəri, 41A məhəllədə yerləşən 4V saylı evin 49 saylı mənzilini İddiaçı 68.000 manata satmışdır. - Abunə haqqında çıxarışdan görünür ki, iddiaçının 461.17 manat borcu vardır və həmin borc xx.xx.2015-ci ilədək olan dövrü əhatə edir. - "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********00535 saylı kodla xx.xx.2000-ci il tarixindən Bilalova adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2007-ci il tarixində sayğac quraşdırılaraq istismara verilmişdir. Mənzilin xx.xx.2023-cü il tarixinə enerjitəchizatçı təşkilata olan 515.28 manat borcdan, "xxxx" ASC dövründə yaranmış 461.17 manat, "xxxx" ASC dövründə yaranmış 54.11 manat sayğac borcu vardır. Borcun yaranma səbəbi abonentin istehlak etdiyi enerjinin dəyərini tam həcmdə və mütəmadi ödəməməsidir. - ******* №-li, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bilalov Aqşin Ziyəddin oğlu Sumqayıt şəhəri, 41A saylı məhəllədə yerləşən 4V saylı evin 49 saylı mənzilini İddiaçı 68.000 manata satmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 6-ya aid keçmiş mülkiyyətçi Bilalovanın adına olan abonent koduna 461.17 manat borc hesablanmışdır. İddiaçı mənzili xx.xx.2022-ci ildə almışdır. Borcun 461.17 manat hissəsi bu tarixədək yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı sözügedən mənzili xx.xx.2022-ci ildə əldə etdiyindən və həmin tarixdən etibarən orada yaşadığından bu dövrədək elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun ondan tələb edilməsi əsassızdır. Belə ki, iddiaçı cavabdeh qarşısında istifadə etmədiyi elektrik enerjisinin dəyərini ödəmək öhdəliyini daşımır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 6-ya aid **********00535 saylı abonent koduna hesablanmış 461.17 manat borcun İddiaçı tələb olunması əsassız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar