Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1349/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Səfərov Əlmurad Ağabala oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Sumqayıt şəhəri, Yeni yaşayış Massivi 8-ci məhəllə ev 1024-ə dair qaz sayğacına görə tərtib olunmuş ******* №-li xx.xx.2022-ci il tarixli akt əsasında yaranmış 2073 (iki min yetmiş üç) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yeni yaşayış Massivi 8-ci məhəllə ev 1024 onun istifadəsindədir. Həmin evə dair **********01024 nömrəli abonent kodu onun adına qeydiyyata alınmışdır. Yaşadığı gündən bu günə kimi kommunal ödənişlərində bağlı heç bir problem yaranmamışdır. Belə ki, Azeriqaz İB-nin əməkdaşları onun xəbəri olmadan sayğaca görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* № li, xx.xx.2022-ci il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda sayğacların giriş çıxış borularının tərs quraşdırılması qeyd olunub. Bunun nəticəsi olaraq həmin akt əsasında sayğaca görə 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) məbləğində borc yaranmışdır. Qeyd edir ki, nə o, nə ailə üzvləri tərəfindən sayğaca və ya qaz borularına heç bir müdaxilə olunmamışdır. Belə ki, sayğac 2022-ci ilin avqust ayında çıxarılmışdır. Heç vaxt da aylıq ödənişlərində gecikmə etməmiş, ödənişləri vaxtı vaxtında etmişdir. Əməkdaşlar tərəfindən sayğacın şəkli çəkilmiş olsa da o sadəcə fərziyədir. Çünki sayğacın quraşdırılması onun səlahiyyətində olmayan bir şeydir. Bu səbəbdən də həmin aktdan tərtib edilərkən imza çəkməkdən imtina edərək aktla razılaşmamışdır. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacı həyətdən kənarda, çöldə quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalıyır. Bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Ə.A.Səfərov iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və bildirdi ki, müxtəlif vaxtlarda ünvan 1 ünvanına əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfndən yerinə ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilərək dövlətə vurduğu ziyan müəyyən edilmişdir. ******* saylı, xx.xx.2022-ci il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi 2073,60 manat borc akt əsasında hesablanmış cərimə borcu deyil, istifadə etdiyi təbii qazın dəyərinə görə yaranmışdır. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşkarı İddiaçı Əlimurad oğluna məxsus ünvan 2 ünvanında yerləşən qaz sayğacına istifadə etdiyi təbii qazın dəyərinə görə 17280 kub metr qaz sərfiyyatı yazılmışdır. İddiaçının ünvanına qanunsuz istifadə etdiyi qaz sərfiyyatına görə yazılmış 17280 kub metr borc hesablanmışdır, lakin bu günədək iddiaçı tərəfindən ödəniş olunmamışdır. İddiaçı sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmamaqla Dövlət əmlakının talanması nəticəsində itirilmiş qazın dəyərinin ödənilməsi üçün abonentin saldosunda qeyd olunmuş 2073,60 manat məbləğində borc yaranmışdır. Məhkəmə tərəflərin nümayəndələrin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan “Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının QİS-nin görəcəyi işlər barədə tələblər” adlı sənəddən görünür ki, ******* №li xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 17280 m3. İşdə olan “Azəriqaz” İB-nin əməkdaşları Y.Gülməmmədov, A.Musayev və Q.Aslanovun iştirakları ilə ünvan 3 ünvana dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, sayğacın giriş-çıxış boruları tərs quraşdırılması halı aşkar olunduğu qeyd olunmuşdur. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı məxsus ünvan 3-ə akta əsasən 2073,60 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. İşdə olan Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış massivinin 9-cu məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhər Yeni Yaşayış Massivi 8, ev 1024-də qeydiyyatsız yaşayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq kommersiya münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 18 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2023-cü il tarixdə, saat 12:00-də təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdehin nümayəndəsi həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X6 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İddiaçıya məxsus mənzilin sayğacı küçədə, yəni ictimai yerdə yerləşdiyinə görə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxilə oluna bilərdi. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş cərimənin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 2073 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı yaşadığı ünvan 2-ə aid “Azəriqaz” İstahsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta görə hesablanmış 2073 (iki min yetmiş üç) manat məbləğində borcun silinməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 2-ə aid “Azəriqaz” İstahsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta görə hesablanmış 2073 (iki min yetmiş üç) manat məbləğində borc silinsin. İş üzrə ödənilmiş mediasiya xərci İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-1349/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1349/2023
05.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver