Məhkəmə qərarları › İş №2(060)-1350/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1350/2021

29.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1350/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «akta əsasən yazılmış əlavə borc məbləğinin silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 qaydalarının pozulması haqqında 25.09.2020-ci il tarixli, 038113 saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 1821,24 manat sərfiyyatın **********6 abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin obyekt 01.07.2001-ci il tarixdən abonent qeydiyyatındadır. Həmin tarixə qədər və həmin tarixdən sonrada obyektdə istifadə olunan elektrik enerji sərfiyyatının dəyəri vaxtında cavabdehə ödənilmişdir. 25 sentyabr 2020-ci il tarixdə cavabdeh işçiləri tərəfindən ona məxsus olan qeyd etdiyi ünvandakı obyektdə quraşdırılmış elektrik hesabat sayğacının axan yükü qeyd etməməsi halı aşkar edilmiş və buna görə 038113 saylı akt tərtib edilərək həmin akta əsasən ona 365 gün müddətinə 1821,24 manat əlavə sərfiyyat hesablanmışdır. Cavabdehin nümayəndələri isə 25.09.2020-ci il tarixdə obyektə akt yazaraq 365-günlük sərfiyyat vermişlər. Abunə haqqında çıxarışdanda müəyyən olunur ki, obyekt 365 günə 1821,24 manat məbləğində enerji sərf edə bilməz. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin nümayəndələri hər ay obyektin işlədicilərinə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirərək istifadə olunmuş enerjinin dəyəri barədə ona məlumat verirlər. Buna baxmayaraq enerjitəchizatı müəssisəsi aşkar olunmuş faktla əlaqədar 365 günlük yenidən sərfiyyat hesablamışdır. Bütün bunlar cavabdehin əməllərinin həqiqətə uyğun olmadığını göstərir. İşçilərinin bu özbaşına və qanunsuz əməlləri ilə əlaqədar xxxx ASC-nin Sumqayıt RETSİ-nə gedərək məsələyə aydınlıq gətirmək istəmişdir. Orada isə həmin qanunsuz tərtib edilmiş akta görə hesablanmış məbləğin ödənilməsi ondan tələb edilmiş və ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin dayandırılacağı bildirilmişdir. Buna görə də bir istehlakçı kimi hüquqlarının müdafiəsinin və bərpa olunmasının yalnız məhkəmə yolu ilə mümkün olacağı qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən cavabdehin 25.09.2020-ci il tarixli 038113 saylı aktı qanunsuz olduğundan ləğv edilməli və həmin akta əsasən hesablanmış 1821,24 manat sərfiyyat silinməlidir. Əvvəla qeyd olunan obyektin abunə kodundan çıxarışdan görünür ki, cavabdehin ərazi üzrə nümayəndələri hər ay həmin sayğaca baxış keçirir əgər sayğac axan yükü qeyd etmirdisə niyə həmin vaxt tədbir görməyərək, ona qanunsuz olaraq 365 gün hesabat aparılmışdır. Bu isə o deməkdir ki, əgər sayğac axan yükü qeyd etmirdisə və buna görə ona əlavə sərfiyyat hesablamış olsalar bu hesabat 1 ay üçün aparılmalı idi. Belə bir hal varsa niyə akta əsasən 1 aylıq yox 365 gün müddətində hesabat aparılıb. Bütün bunlar cavabdeh təşkilatın qərəzli olduğunu bir daha müəyyən edir. Göstərilənləri nəzərə alaraq, X1 qaydalarının pozulması haqqında 25.09.2020-ci il tarixli, 038113 saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 1821,24 manat sərfiyyatın **********6 abunə hesabından silinməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmədə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, 25.09.2020-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində iddiaçıya məxsus abunə kodu **********6 olan, qeyri-yaşayış sahəsinə elektrik hesabat sayğacına baxış keçirərkən sayğacın axan yükü qeyd etməməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq 25.09.2020-ci il tarixli, 038113 saylı akt tərtib edilərək 1821,24 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.16-cı bəndinin İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Göründüyü kimi istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı 25.09.2020-ci il tarixli 038113 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1821,24 manat borcun silinməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin 16.10.2020-ci il tarixli qeyri əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri və Texniki sahələr üzrə tələblərinin surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 2ci mikrorayonda yerləşən qeyri-yaşayış sahəsinə aid sayğaca olan müdaxiləyə görə 1822 manat borc hesablanmışdır. iş materiallarında olan “xxxx” ASC-nin əməkdaşları H.İsmayılzadə, İ.Səfiyarov və T.Əlizadə tərəfindən tərtib edilmiş 25 sentyabr 2020-ci il tarixli R seriyalı 038113 №li aktdan görünür ki, Ceyhun-89 (İddiaçı) aid Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinə aid elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacının sxemindən cərəyan axmasına baxmayaraq, sayğac axan yükü qeyd etmir, işləmir. İş materiallarında olan 26.11.2020-ci il tarixli Abunə haqqında saldodan görünür ki, İddiaçı, Ş.Ceyhun-89 Dönər evinə məxsus Sumqayıt şəhəri, Sumqayıt T.Aeia:0140, İyicee:0566-ya akt əsasında 1821,24 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi, sahə 1 olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə “Ceyhun-89” fermer təsərrüfatının adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 24.04.2012-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 11k olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 04.03.2014-cü il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 11H olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 182 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASC-nin hesabına X1yə görə 84 manat ödəniş etmişdir. İş materiallarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 03.03.2021-ci il tarixli uçota dair arayışından görünür ki, “Ceyhun-89” fermer təsərrüfatının sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 18.01.2018-ci il tarixdən 18.01.2023-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyətləri dayandırılmış vəziyyətdədir. İş materiallarında olan AZE seriyalı, №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 61, mənzil 11-də qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun olaraq aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik, şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindəki istehlakçının işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə, hazırkı halda iddiaçının fəaliyyət göstərdiyi obyektdə elektrik enerjisi uçotunun abonentin təqsiri olmadan pozulması müəyyən edilərək elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq ola bilməz. Abunə haqqında saldodan da müəyyən olunur ki, iddiaçının qeyri-yaşayış sahəsi üzrə orta aylıq elektrik sərfiyyatı 84 manat təşkil edir və belə olan halda akta əsasən iddiaçıya məxsus obyektə 84 manat borc hesablanmalı idi. Bundan əlavə, məhkəm hesab edir ki, hazırki akt üzrə hesablanmış borcdan 84 manat iddiaçıya borc kimi hesablanmalı və akta görə hesablanmış qalan 1737 manat borc silinməlidir. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Göstərilənləri nəzərə alaraq məhkəmə, hazırkı halda iddiaçının fəaliyyət göstərdiyi obyektdə elektrik enerjisi uçotunun abonentin təqsiri olmadan pozulması müəyyən edilərək elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq ola bilməz. Abunə haqqında saldodan da müəyyən olunur ki, iddiaçının qeyri-yaşayış sahəsi üzrə orta aylıq elektrik sərfiyyatı 84 manat təşkil edir və belə olan halda akta əsasən iddiaçıya məxsus obyektə 84 manat borc hesablanmalı idi. Bundan əlavə, məhkəm hesab edir ki, hazırki akt üzrə hesablanmış borcdan 84 manat iddiaçıya borc kimi hesablanmalı və akta görə hesablanmış qalan 1737 manat borc silinməlidir. Əlavə olaraq, mübahisələndirilən aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələbləri pozularaq abonentə məxsus elektrik hesabat sayğacının bütövlüyünün pozulması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən Qaydaların qeyd olunan tələbləri nəzərə alınmamış, akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakı təmin olunmamış və iddiaçı aktın doğruluğu barəsində məlumat verilməmişdir. Məhkəmə iddia tələbinin tərtib edilmiş 25 sentyabr 2020-ci il tarixli, 038113 saylı aktın ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təstiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Həmçinin iddiaçı fəaliyyətini dayandırdığını və bununla əlaqədar vergi orqanına məlumat verdiyini bildirmiş və bu fakt iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 03.03.2021-ci il tarixli uçota dair arayışında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən qeyriyaşayış sahəsinə (**********6 saylı abunə hesabı) dair “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 1737 (bir min yeddi yüz otuz yeddi) manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən qeyriyaşayış sahəsinə (**********6 saylı abunə hesabı) dair “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 1737 (bir min yeddi yüz otuz yeddi) manat məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar