Məhkəmə qərarları › İş №2(060)-1364/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1364/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1364/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair”ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1971-ci il tarixdə Ermənistan, Sisyan rayonu Şəki kəndində doğulmasına dair doğum haqqında akt qeydinin qeyd edilmə faktının müəyyən olunması, atasının X7, anasının isə X3 olmasına dair doğum haqqında akt qeydinin bərpa olumması və akt qeydinin uşaq qrafasına aid hissədə atasının adının “Təbriz” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan, Sisyan rayonu, Şəki kəndində anadan olmuşdur. X1, anası isə X2r. Valideynlərinin hər ikisi vəfat edib. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır və Ermənistanla müharibə şəraitində yaşayırlar. Bununla əlaqədar olaraq Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından xahişinin təmin olunması mümkün deyil. Ona görə də ona izah olunmuşdur ki, akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Həmçinin qeyd edim ki, ona məxsus şəxsiyyət vəsiqəsində atasınının adı səhvən “Tərbiz” yazılıb. Əslində isə atasının adı “Təbriz”dir. Bu iddia ərizəsinə əlavə etdiyi sənədlərdə də öz təsdiqini tapır. Ona görə də hesab edir ki, akt qeydi bərpa olunarkən atasının adı“Tərbiz” yox, “Təbriz” kimi qeyd olunmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 və X6 hər biri ayrı-ayrılıqda eyni məzmunlu ifadə verərək göstərdilər ki, ərizəçi doğma qardaşlardır. Onlar ailədə beş uşaqdırlar. Qardaşı Əliyar dördüncü uşaqdır. Əliyar xx xxxxxx 1971-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonu, Şəki kəndində anadan olub. X1, anası X3 olub. Valideynləri hər ikisi vəfat ediblər. Atalarının adı Təbriz olub. Qardaşı Əliyarın sənədlərində texniki səfv olaraq ata adı Tərbiz göstərilib. Məhkəmə ərizçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Sisiyan rayonu, Şəki kəndində anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-7073/2020 saylı sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Sisiyan rayonu, Şəki kəndində anadan olmuş, atası Nəcəfov Tərbiz Bəbir oğlu, anası X2r. İİİ-JQ seriyalı 479351 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1989-cu ildə ölmüşdür. AZ seriyalı 078793 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2001-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Ərizəçi xx xxxxxx 1971-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonu, Şəki kəndində doğulması və doğumunun qeydə alınması tədqiq olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1971-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonu, Şəki kəndində doğulması və doğumun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən ata qrafasında X7, ana qrafasında X3, milliyəti azərbaycanlı göstərilməlidir. Doğum akt qeydində düzəliş edilərək uşaq qrafasında ata adı «Tərbiz» sözləri «Təbriz» kimi göstərilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1971-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonu, Şəki kəndində doğulması və doğumun qeydə alınması faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən ata qrafasında X7, ana qrafasında X3, milliyəti azərbaycanlı göstərilsin. Doğum akt qeydində düzəliş edilərək uşaq qrafasında ata adı «Tərbiz» sözləri «Təbriz» kimi göstərilsin. Qətnamə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar