Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1387/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbuletmə müddətinin uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə ölmüş X1 miras qalmış Sumqayıt şəhəri, 9-cu mkr, 47 saylı evin 26 saylı mənzilinin 19.8 kvm-dən ibarət olan 1 otaqlı yaşayış sahəsinin 7/8 hissəsinə dair vəsiyyətnamə üzrə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X.M.Paşayev xx.xx.2008-ci il tarixində vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnaməyə əsasən Sumqayıt şəhəri, 9-cu mkr, 47 saylı evin 26 saylı mənzilini ona vəsiyyət etmişdir. 2015-ci il tarixdə X5 ona qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakının qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-6835/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Sumqayıt şəhəri, 9-cu mkr, 47 saylı binada yerləşən 1 otaqlı 26 saylı mənzilə dair məcburi pay hüququ olan X2 1/8 hissə müəyyən edilməsi, həmin paya onun mülkiyyət hüququnun tanınması, qeyd olunan paya mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin AR ƏMDK-i yanında DƏDRX-nin 2 saylı Ərazi idarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X6 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə X1 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə ona ünvanlanmış imtina məktubunda qeyd olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə ölmüş X1 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair xx.xx.2022-ci il tarixində ərizəsi qeydə alınmışdır. Lakin qanunla müəyyənləşdirilmiş müddəti (AR MM-nin 1246-cı maddəsinə əsasən) ötürdüyünə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, müddətin bərpası üçün Məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Zənn etmişdir ki, vəsiyyət üzrə miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin 2022-ci ildə Cavabdehnə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan AZ-İ № 527503 saylı, 27 mart 2012-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 15 mart 2012-ci il tarixdə ölmüşdür. İşə əlavə olan xx.xx.2008-ci il tarixli “Vəsiyyətnamə”nin surətindən görünür ki, X7 ölən günədək ona məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 47 saylı evin 26-cı mənzilini İddiaçı vəsiyyət edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 47, mənzil 26 xüsusi mülkiyyət hüququ əsasında 7/8 hissəsi X7, 1/8 hissədə X3 adına qeydə alınmışdır. İşdə olan Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 15 mart 2012-ci il tarixində ölmüş X.M.Paşayevdən miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair xx.xx.2022-ci il tarixində ərizəsi qeydə alınmış, lakin qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyünə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6835/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 47 saylı binada yerləşən 1 (bir) otaqlı 26 saylı mənzilə dair məcburi pay hüququ olan X2 1/8 hissə müəyyən edilərək, həmin paya onun mülkiyyət hüququ tanınması, qeyd olunan paya mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDRX-nin 2 saylı Ərazi idarəsinə həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş İddiaçı ərizəsinin surətindən görünür ki, 15 mart 2012-ci ildə ünvan 2 ünvanında yerləşən 26 saylı mənzildə yaşamış X7 ölmüşdür. Ondan irs qalmış əmlakı qəbul edir. Mirasın tərkibinə daxil olan yaşayış sahəsindən (ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəhadətnamənin verilməsini xahiş edir. İnsan Hüquqlarının və X8 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X8 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X4 15 mart 2012-ci ildə vəfat etməsi ilə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2-də yerləşən 26 nömrəli mənzilə dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum xx.xx.2012-ci il tarixdə ölmüş X1 miras qalmış Sumqayıt şəhəri, 9cu mikrorayon, 47 saylı evin 26 saylı mənzilinin 19.8 kvm-dən ibarət olan 1 otaqlı yaşayış sahəsinin 7/8 hissəsinə dair vəsiyyətnamə üzrə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilərək müddətin uzadılması bərpa edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-1387/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1387/2023
10.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver