Məhkəmə qərarları › İş №2(060)-1388/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1388/2025

14.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1388/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması və miras əmlakın qəbul edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması və miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X3 qanun üzrə vərəsəsi kimi tanınmağı, miras əmlakın - Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y, 334 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlaka onun payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum X3 arvadı və qanunvericiliyin tələbinə uyğun olaraq birinci növbə vərəsəsidir. Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” BA' 334 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi uzun illərdir mərhum əri və onun istifadəsində olmuş, həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evində yaşayıblar. Həmin torpaq sahəsi üzərində mərhum ərinin xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına **********8 reyestr nömrəli çıxarış verilmişdir. Əri xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həyat yoldaşından miras qalmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y 334 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əldə etmək üçün 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdi. Müraciətinə cavab olaraq bildirilmişdir ki, 04.01,2023-cü il tarixində vəfat etmiş X2 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş (Mülki Məcəllənin 1246-cı maddəsi) müddəti ötürdüyünüz üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Feyzulla Qasımovun ondan başqa birinci növbə vərəsəsi qızları Cavabdeh1 və Cavabdeh2dır. Onlar miras əmlaka bütövlükdə onun payının tanınmasına etiraz etmirlər. Bu baxımdan, hesab edir ki, onun X3 qanun üzrə vərəsəsi kimi tanınmağı, miras əmlakın - Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y 334 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlaka mənim payımın tanınması barədə qətnamə çıxarılmalıdır. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mərhumun ölümü ani olması səbəbilə vaxtında mirasın qəbulu üçün müraciət etməmiş və qanunla nəzərdə tutulmuş 6 ay müddəti ötürmüşdür. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Hazırda torpağın anasının adına keçməsinə razıdır. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Hazırda torpağın anasının adına keçməsinə razıdır. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 2908 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müddətin bərpası üçün məhkəməyə müraciət olunması üçün İddiaçı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. 9.İş materiallarında olan AZ-İİ 324624 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 50 nömrə ilə qeyd edilmişdir. 10.İş materiallarında olan İ-JQ 482867 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 və X5 xx.xx.1978-ci il tarixdə Sumqayıt Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 393 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Qasımova soyadı verilmişdir. 11.İşdə olan RX seriyalı, ******* çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y, 334 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X1 ilə xx.xx.1978-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun birinci növbə vərəsələri arvadı İddiaçı və övladları Cavabdeh1 və Cavabdeh2dır. Hazırda İddiaçı qanun üzrə vərəsəsi kimi tanınmağı, miras əmlakın - Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y, 334 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlaka onun payının tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Digər vərəsələr Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin təmin edilməsinə etiraz etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 15.Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 17.Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 19.Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 20.Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 22.Məhkəmə işin hallarını, İddiaçı mərhum ərinin birinci növbə və mirası qəbul etmək istəyən yeganə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, əri X2 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməli, İddiaçı qanun üzrə vərəsə kimi miras əmlaka payı tanınmalıdır.

Nəticə hissəsi:

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdə ölmüş X2 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y, 334 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın, İddiaçı mərhum X3 qanun üzrə vərəsəsi kimi miras əmlaka payı tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar