Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1393/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı mirasın qəbulu müddətinin uzadılması tələbınə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbınə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polad” BY 951 ünvanında yerləşən 0.054 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 31 avqust 1988-ci il tarixdə anadan olub. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Atası - X12, anası - Nümayəndədır. X17 13 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Qeyd edir ki, valideynləri 2002-ci il tarixdə rəsmi olaraq boşanmış və nikah pozulduqdan sonra anası ilə birlikdə yaşayıblar. Aralarındakı nikah pozulduqdan sonra atası ilə davamlı münasibətləri olmamışdır. Qeyd edir ki, hazırda atasından qalan miras əmlakı Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polad” BY 951 ünvanında yerləşən 0.054 ha torpaq sahəsidir. Bildirmək istəyir ki, belə bir torpaq sahəsinin mövcudluğundan qəti olaraq xəbəri olmamış, təzəliklə bibisi bu barədə ona məlumat vermişdir. Belə ki, bibisi atasından qalan miras əmlakı öz adına keçirmək istəmiş, lakin birinci dərəcəli vərəsə sayılmadığı üçün mümkün olmamış və nəticədə məcbur qalaraq bu barədə ona məlumat vermiş, sənədləri ona təqdim etmişdir. O, isə həmin əmlakın qəbulu ilə əlaqədar cavabdeh notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin mirasın qəbul müddətini ötürdüyü üçün imtina edilmişdir. Yuxarıda qeyd olunan hallardan da göründüyü kimi müddətin ötürülməsi ondan asılı olmamışdır. Bu barədə məlumat əldə etdikdən dərhal sonra notariat orqanına müraciət edib. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bildirmək istəyir ki, daha əvvəl də hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1347/2024 saylı mülki iş üzrə 16 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizəçi X4 maraqlı şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofısinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi X10 mirasın qəbulu üçün istənilən vaxt notariat orqanına müraciət edə bilər, bu zaman notariat orqanının mirasın qəbulu üçün müəyyən edilmiş müddətin keçməsi əsası ilə müvafiq notarial hərəkətlərin aparılmasından imtina etməsi yolverilməzdir. Məhkəmənin sözügedən qərardadını əsas götürərək müvafıq notariat orqanına müraciət etsə də, yenə də müraciətinin icrasından imtina edilmiş, məhkəmənin qətnaməsi tələb edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edir və məhkəmədən işi icraata qəbul edərək hazırki iddia tələbi üzrə müvafiq qətnamə çıxararaq mənə köməklik edilməsini xahiş edir. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 bildirdi ki, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan AZ-İİ 268200 saylı ölüm haqqında şəhadətnamin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 252 nömrə ilə qeyd edilmişdir.
8. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polad” BY 951 ünvanında yerləşən 0.054 ha torpaq sahəsi X7 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. 9.İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 4144 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müddətin bərpası üçün İddiaçı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. 10.İşdə olan AB 008438 saylı boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında 160 nömrə ilə qeyd edilmişdir. 11.İşdə olan XİV-291065 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X5r. 12.İşdə olan XV–JQ 321079 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X5r.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ondan Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polad” BY 951 ünvanında yerləşən 0.054 ha torpaq sahəsi miras əmlak kimi qalmışdır. Mərhumun birinci növbə vərəsələri İddiaçı və X8r. Hazırda İddiaçı miras əmlakın onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş edir. Digər vərəsə X11 iddia tələbinin təmin edilməsinə etiraz etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 16.Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 18.Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 20.Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 21.Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 23.Məhkəmə işin hallarını, İddiaçı mərhum X7 birinci növbə və mirası qəbul etmək istəyən yeganə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X3 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir.
Nəticə hissəsi: 24.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə ölmüş X3 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polad” BY 951 ünvanında yerləşən 0.054 ha torpaq sahəsinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva