Məhkəmə qərarları › İş №2(060)-1399/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1399/2021

21.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1399/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Bahadur oğlunun cavabdeh «xxxx» ASC-nə qarşı «199609 saylı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 547,03 manat və əsassız hesablanmış 162,65 manat borcun silinməsi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Bahadur oğlu iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evinə qanunsuz və əsassız olaraq yazılmış 19.10.2020-ci il tarixli, 199609 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasən hesablanmış 547,03 manat borcunun və 2010-cu ildə heç bir əsası olmadan hesablanan 162,65 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 21.06.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayçan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı Bahadur oğlunun cavabdeh «xxxx» ASC-nə qarşı «199609 saylı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 547,03 manat və əsassız hesablanmış 162,65 manat borcun silinməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar