Məhkəmə qərarları › İş №2(060)-1399/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1399/2023

12.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1399/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ünvan 1 ünvanında yaşayır. Yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin xaricində - hasarın çöl tərəfində "xxxx" İB tərəfindən öncədən ödənişli G-6 markalı (Smart kart tipli), abonent kodu **********820 olan 1805AZ**********24 nömrəli sayğac quraşdırılmışdır ki, onlar təbii qazdan həmin sayğac vasitəsi ilə istifadə etmişlər. Bir müddət əvvəl "xxxx" İB-nin əməkdaşları tərəfindən sayğaca texniki baxış keçirilən zaman onlara bildirmişlər ki, köhnə qaz sayğacı yenilənmək üçün sökülüb aparılmalıdır. Eyni zamanda köhnə sayğacın zavod plombu olmadığından onu yoxlamaya göndərəcəkdilər. Beləliklə, xx.xx.2022-ci ildə sayğac sökülüb aparılmış və xx.xx.2022-ci ildə 29/1710-03321- 1 saylı akta əsasən yoxlamaya göndərilmişdir. Daha sonra isə ona xx.xx.2022-ci ildə 01/02VF-06-890 nömrəli bildiriş “bildiriş-xəbərdarlıq” gəlmişdir. Bildirişdə deyilmişdir ki, yoxlama zamanı müəyyən edilmişdir ki, guya sayğac kənar müdaxilə vasitəsilə hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri sındırılmışdır. Buna uyğun olaraq verilmiş rəyə əsasən istifadə olunmuş təbii qaz hesablanmış, 1555 manat məbləğində dəymiş ziyan müəyyən edilmişdir. Daha sonra hesablanmış həmin borc onun abonent saldosunda borc kimi qeyd edilmişdir. Bunu əsassız və qanunsuz hesab edir. Çünki qaz sayğacı onun fərdi yaşayış evinin daxilində deyil, xaricində quraşdırılmışdır. Qaz sayğacı quraşdırıldıqdan sonra ona heç bir müdaxilə etməmişdir. Əgər qaza kənar müdaxilə edilibsə də, bunun cavabdehi deyildir. Çünki yaşayış evindən xaricdə, küçədə onun nəzarətindən kənar bir yerdə olan sayğaca müdaxilənin kim tərəfindən edildiyini sübuta yetirmək onun vəzifəsi deyildir. Qeyd edilənlərə əsasən məhkəmədən, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 36-da yerləşən 2 saylı mənzilə (abonent kodu 01**********820) cavabdeh "xxxx" ASC tərəfindən ona qanunsuz olaraq hesablanmış 1555 manat məbləğində borcun silinməsi və mediasiyaya görə ödənilmiş 55 manat rüsumun əvəzinin cavabdeh "xxxx" İB-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" İB tərəfindən qanunsuz olaraq hesablanmış 1555 manat məbləğində borcun silinməsi və mediasiaya görə ödənilmiş 50 manat rüsumun əvəzinin cavabdeh "xxxx" İB-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfdən sayğaca baxış keçirilmiş, sayğaca kənar müdaxilə aşkar olunmuş və cərimə yazılmışdır. Bunu qəbul etmirlər. Çünki həmin zaman onların iştirakı təmin olunmamışdır. Əlavə olaraq bununla bağlı Nazirlər Kabinetinin 80 saylı qərarı vardır. Həmin qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin faktiki hallarından məlum olur ki, sayğac evdən kənarda yerləşir. Təqsiri sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Onlar heç bir halda müdaxiləni qəbul etmirlər. Məhkəmə iclasında cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Nazirlər Kabinetinin 80 saylı qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Laborotoriya rəyindən görünür ki, zavod plombları aşkar olunmamışdır. Saldonun ən axırıncı qrafası sonuncu göstəricidir. Bu sayğacda da laborotoriya rəyi birmənalı şəkildə bildirir ki, sayğaca müdaxilə olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 13 avqust 2022-ci il tarixli, AERA/21-0341 nömrəli aktın xüsusi rəy və qeydlər bölməsindən görünür ki, qaz ististmarçı şirkət tərəfindən ona tərtib edilmiş 475744 nömrəli aktda sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs kimi göstərilmişdir. Bu şərt isə Nazirlər Kabinetinin 80 saylı qərarına ziddir. Fotoşəkillərdən görünür ki, qaz sayğacı həqiqətən hasarın çöl hissəsində yerləşir. Sumqayıt QİS-nin rəis müavini Fərhad Vəzirov tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildiriş-xəbərarlıqdan görünür ki, mənzilə quraşdırılmış G-6 markalı, 1805AZ**********24 nömrəli qaz sayğacı xx.xx.2022 yeni G-6 markalı, 40381548 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Ünvandan çıxarılmış 1805AZ**********24 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasının verdiyi xx.xx.2022-ci il tarixli 29/1710-03321-1 aktına 12358150 nömrəli plomb kəsilərək G-4 SM/0412 saylı qutu açılmışdır. Sayğaca baxış keçirilmişdir. Hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plombları aşkar olunmamışdır. Hesablama mexanizmini keçən qazın həcmini qeyd etmir. Daxilinə baxış keçirilmiş, məlum olmuşdur ki, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmişdir. Yaddaş arxivi oxunmuşdur. xx.xx.2021-ci il tarixdə çarxın dişləri kənar təsir nəticəsində kəsilmişdir. Yaddaş arxivi oxunmuşdur. xx.xx.2021-ci il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. Verilmiş rəyə əsasən itirilmiş qazın bərpası məqsədilə 1555.20 manat dəymiş ziyan hesablanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesablanmış 1555.20 manat dəymiş ziyanın 10 gün müddətinə ödənilməsini təmin etməyi xahiş etmişlər. Əks təqdirdə borcun ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı və əlavə məhkəmə xərclərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 31 avqust 2022-ci il tarixli, 29/1710-03320-1 saylı aktın surətindən görünür ki, dövlət yoxlamasının verdiyi xx.xx.2022-ci il tarixli 29/1710-03321-1 aktına 12358150 nömrəli plomb kəsilərək G- 4 SM/0412 saylı qutu açılmışdır. Sayğaca baxış keçirilmişdir. Hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plombları aşkar olunmamışdır. Hesablama mexanizmini keçən qazın həcmini qeyd etmir. Daxilinə baxış keçirilmiş, məlum olmuşdur ki, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmişdir. Yaddaş arxivi oxunmuşdur. xx.xx.2021-ci il tarixdə çarxın dişləri kənar təsir nəticəsində kəsilmişdir. Yaddaş arxivi oxunmuşdur. xx.xx.2021-ci il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. EN-ÇM-01-E-2831/16.9/22 nömrəli, xx.xx.2022-ci il tarixli müraciətin araşdırılması barədə məlumatdan görünür ki, qaz sayğacının dövlət yoxlamasından keçirilməsində iştirak etmək tövsiyyə olunmuşdur. MŞB/xx/xx-01440 nömrəli, xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, "xxxx" İB ilkin mediasiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. "xxxx" İB tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş sorğuya cavab olaraq bildirilmişdir ki, tərtib olunmuş akt əsasında hesablama yolu ilə itirilmiş qazın bərpasının təmin edilməsi məqsədi ilə 1555.20 manat olduğu müəyyənləşdirilərək abonentin koduna işlənmişdir. Müraciətə əsasən zəruri sənədlər təqdim olunmuşdur. 31 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 31 avqust 2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 12960 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 31 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 29/1710-03321-1 aktına 12358150 nömrəli plomb kəsilərək G-4 SM/0412 saylı qutu açılmışdır. Sayğaca baxış keçirilmişdir. Hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plombları aşkar olunmamışdır. Hesablama mexanizmini keçən qazın həcmini qeyd etmir. Daxilinə baxış keçirilmiş, məlum olmuşdur ki, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu 01**********820) İddiaçı məxsus ünvan 3 ünvanında xx.xx.2019-cu il tarixdə Smart G-6 İTRON DİAFRAQMA tipli, 1805AZ**********24 nömrəli sayğac quraşdırılmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 29/1710-03321-1 aktına 12358150 nömrəli plomb kəsilərək G-4 SM/0412 saylı qutu açılmışdır. Sayğaca baxış keçirilmişdir. Hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plombları aşkar olunmamışdır. Hesablama mexanizmini keçən qazın həcmini qeyd etmir. Daxilinə baxış keçirilmiş, məlum olmuşdur ki, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmişdir. Yaddaş arxivi oxunmuşdur. xx.xx.2021-ci il tarixdə çarxın dişləri kənar təsir nəticəsində kəsilmişdir. Yaddaş arxivi oxunmuşdur. xx.xx.2021-ci il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1555 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 31 avqust 2022-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 1555 manat borc abonentin hesabından (abonent kodu 01**********820) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 50 manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus mənzildə cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 31 avqust 2022-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 1555 manat borc abonentin hesabından (abonent kodu 01**********820) silinsin. Cavabdeh "xxxx" İstehsalat Birliyindən 50 (əlli) manat mediasiya xərci tutulub İddiaçı verilsin. Cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar