Məhkəmə qərarları › İş №2(060)-140/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-140/2024

15.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-140/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, uşaqlıqdan 1-ci qrup əlil olan oğlu, xx.xx.2003-cü il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyətsiz elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Cəbrayıl rayonu, Quycaq kəndində qeydiyyatda olan ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2003-cü il təvəllüdlü X14 onun doğma oğludur. O, anadangəlmə “Serebral iflic 72.1 ” diaqnozu ilə Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və stasionar müalicədədir. Anadan gəlmə ümumi səbəbdən 1-ci qrup əlildir. Başqasının köməyinə ehtiyacı vardır. Özünü idarə edə bilmir. O, öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Ona görə də məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyətsiz elan edilməsini və özünün ona qəyyum təyin edilməsini istəyir. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X7 ərizəsinə uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SX014178241AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Hazırda X1 buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ-İ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2003-cü ildə Cəbrayıl rayonu, Quycaq kəndində doğulmuşdur. X5, anası X4r. İşdə olan Sumqayıt şəhər X6 Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X11 ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekpert Kommisiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X14 ümumi xəstəlik əsası ilə ömürlük birinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3044 saylı rəyinə əsasən, X10 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsin anası hamiləlik zamanı sarılıq xəstəliyi keçirməsi, Yoxlanılan şəxsin atasının deməsinə görə oğlu doğuş travması ilə anadan olmuş, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi və eşitmə qabiliyyəti inkişaf etməməsi, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı şəhər X8 müayinədə olması, Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında həkim psixiatr komissiyasından keçərək “Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları” diaqnozunun müəyyən edilməsi, əqli geriliyi, narahatlığı, qışqırması, fizioloji ifrazatları ilə natəmiz olması, sərbəst yeriyə bilməməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, “Keçirilmiş uşaq serebral iflicinin davamlr qalıq əlamətləri. Spastik tetraplegiya” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə X10 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. 2-ci sual üzrə X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X14 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X14 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X14 vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3044 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar