Məhkəmə qərarları › İş №2(060)-1420/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1420/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1420/2022 03.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 11/16, mənzil 8 ünvanında yerləşən mənzilə əsassız olaraq hesablanmış 190,26 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 11/16, mənzil 8 ünvanında yerləşən mənzil hal-hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehin nümayəndələri tərəfindən mülkiyyətində olan mənzilə “su təchizatı və kanalizasiya xidmətləri”nə görə 10.01.2022-ci il tarixə 190,26 manat borcun olması bildirilmişdir. Qeyd edilən ünvana “su təchizatı və kanalizasiya xidmətlərinə görə” “Sumqayıt Sukanal” İdarəsi ilə 01.01.2002-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdehin nümayəndələri borcunun olduğunu və həmin borc məbləğinin ödənilməsini tələb etmişlər. Hesablanmış borc əsassızdır və cavabdehin həmin borcu tələb etmək hüququ yoxdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, hazırda yaşadıqları mənzili 2022-ci il tarixdə almışlar. İddiaçı həmin mənzilə 2015-ci il tarixdə qeydiyyata düşmüşdür. Hazırda mənzilə ondan başqa dörd nəfər də qeydiyyatdadır ki, onların üçü 2016-cı ildə biri isə 2017-ci ildə həmin ünvana qeydiyyata düşmüşlər. Cavabdeh tərəfindən hesablanan borc məbləğini əsassız hesab edir. Çünki həmin borc məbləği ünvanda yaşamadıqları halda tələb olunur. Odur ki, iddia tələbinin təmin edilməsini, borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 11/16, mənzil 8 ünvanına 01.01.2002-ci il tarixdən Rəhimli Nailə Şirin qızının adına bağlanmış müqavilə ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda 16.02.2022-ci il tarixə həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 208 manat 26 qəpik borcu qalmışdır. Qeyd olunan ünvanda 01.01.2002-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. Abonentin 2011-ci il tarixdən 2022-ci il tarixədək illər üzrə hesabatı barədə cədvəl təqdim edilən etiraz ərizəsində qeyd olunmuşdur. İddia tələbi əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçınının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-kommunal X1 2 saylı Mənzil-Kommunal Sahəsinin 08 saylı, 05 yanvar 2022-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 11/16, 8 saylı mənzil iddiaçı Rəhimova Nailə Şirin qızının adınadır və hazırda qeydiyyatda olan 5 nəfərdir: İddiaçı, X2, X4, Axundova mədinə Mustafa qızı və X5. - abonent kartından görünür ki, sayğac göstərciləri əks olunana yəni, 2016-cı ildən 2021-ci ilədək 190,26 manat borc hesablanmışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-kommunal X1 2 saylı Mənzil-Kommunal Sahəsinin 3030 saylı, 01.01.2013-cü il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 11/16, mənzil 8-in sahibidir, lakin həmin mənzilə qeydiyyatı yoxdur. - İş materiallarında olan etiraza əlavə edilmiş cədvəldən görünür ki, abonentə 2011ci ildən 2017-ci ilədək 112,02 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 29cu məhəllə, ev 11/16, mənzil 8 ünvanında yerləşən mənzil hal-hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehin nümayəndələri tərəfindən mülkiyyətində olan mənzilə “su təchizatı və kanalizasiya xidmətləri”nə görə 10.01.2022-ci il tarixə 190,26 manat borcun olması bildirilmişdir. Qeyd edilən ünvana “su təchizatı və kanalizasiya xidmətlərinə görə” “Sumqayıt Sukanal” İdarəsi ilə 01.01.2002-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı və ailə üzvləri həmin mənzildə 2015-ci ildən qeydiyyatdadırlar. Lakin hesablanmış borc məbləği 2011-ci ildən hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq ası, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Su təchizatı və tullantı suları haqqında” 28.10.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.Həmin Qanununun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının 13.05.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək hesab edir ki, istifadə edilən suyun dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. İddia 19 yanvar 2022-ci il tarixdə irəli sürülmüşdür, belə olan halda iddia tələbi 2017-ci ilin yanvar ayından iddia irəli sürülən tarixədək olan müddəti əhatə etməlidir, həmin müddətədək olan 112,02 manat ödənişin tələb etmə müddəti keçdiyindən tələb qüvvəsini itirmişdir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, “Azərsu" ASC və onun Sumqayıt Sukanal idarəsi tərəfindən Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 11/16, mənzil 8-ə gələrək su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə (müqavilə nömrə 30920601, abonent kodu **********0080) 2017-ci il tarixinə kimi hesablanmış 112,02 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1000 manatadək olduğundan qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. “Azərsu" ASC tərəfindən ünvan 2 ünvanına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə (müqavilə nömrə 30920601, abonent kodu **********0080) 2017-ci il tarixinə kimi hesablanmış 112,02 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar