Məhkəmə qərarları › İş №2(060)-1454/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1454/2021

01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1454/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olmasına” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olmasına” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən X1 verilmiş xx xxxx 2018-ci il tarixli AZ-T № 067221 akt qeydinə dair doğum şəhadətnaməsinin xx.xx.2013-cü ildə ASAN_SUMQAYlT-dan verilmiş Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinqə aparılmış qeyddə göstərilən şəxs xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X6 məhkəmə iclasında ərizəni əsaslı hesab edərək göstərdi ki, ərizəçi X5 xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, AZ-T №067221 doğum şəhadətnaməsində ərizəçinin soyadı Bəşirova, adı Şəlalə, ata adı Əzizxan qeyd edilmişdir. 2007-ci ilədək "Bəşirova" soyadını daşımışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə "Bəşirova" soyadını " Əzizxan" soyadına dəyişmiş və həmin qətnamə əsasında xx.xx.2007-ci ildə Sumqayıt şəhər Pİ tərəfindən ərizəçiyə şəxsiyyət vəsiqəsi vermişlər. Ərizəçi 2009-cu ildə Əfqan Qədəşov adlı şəxslə nikaha daxil olmuş, nikaha daxil olarkən "Əzizxan" soyadından ”Qədəşova"soyadına keçmişdir. xx.xx.2013-cü ildə ASAN-SUMQAYİT-dan şəxsiyyət vəsiqəsi verilmiş, hal-hazırda "Qədəşova" soyadını daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər X2 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 4 nömrəli forma arayışa əsasən xx.xx.2002-ci ildə anadan olmuş qızı X7 doğumu xx xxxxxx 2007-ci ildə 92 nömrə ilə qeyd edilmiş və xx xxxxxx 2007-ci ildə AZ-1 888129 saylı doğum şəhadətnaməsi verilmişdir, həmin şəhadətnamədə qızının soyadı "Bəşirova", ana qrafasında ərizəçinin də soyadı "Bəşirova" Şəlalə Əzizxan qızı qeyd edilmişdir, lakin ərizəçinin qızının doğum şəhadətnaməsində onun soyadı "Bəşirova", ərizəçinin isə şəxsiyyət vəsiqəsində "Qədəşova" soyadını daşıdığına görə qızına ASAN- SUMQAYİT-dan şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər. ASAN-SUMQAYİT ərizəçinin qızı X8 şəxsiyyət vəsiqəsi verməkdən ona görə imtina edir ki, ərizəçinin "Qədəşova" soyadını daşımağına səbəb olmuş nikah şəhadətnaməsini tələb edirlər, lakin ərizəçinin 2009-cu ildə "Qədəşova" soyadını daşımağına səbəb olan nikah qeydinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2nın Reyestr Xidmətinin araşdırması zamanı nikah qeydinin olmaması müəyyən edilmişdir və ərizəçiyə tövsiyyə edilmişdir ki, məhkəməyə müraciət etsin. Ərizəçinin qızı faktiki ailə qurmuşdur, tezliklə uşaq dünyaya gəlməlidir, şəxsiyyət vəsiqəsinin olmamasına görə tibbi müəssisələr qeydiyyata götürməkdən imtina edirlər. Ərizəçi AR Ədliyyə Nazirliyinin X2nın Reyestr Xidmətinə və AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə 2017-ci ildə, 2018-ci ildə, 2020-ci ildə nikah qeydinin araşdılması ilə əlaqədar dəfələrlə müraciət etsə də, ərizəçiyə belə bir nikah haqqında akt qeydi barədə məlumatın aşkar olunmaması barədə cavab verilmişdir və şəxsiyyətin eyniləşdirilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmiş, nikah qeydi haqqında məlumat olmadığına görə ərizəçinin şəxsiyyətinə aid sənədlərdə, yəni doğum şəhdətnamədə "Bəşirova" soyadının, şəxsiyyət vəsiqəsində "Qədəşova" soyadı ilə uyğun gəlmədiyi üçün həmin sənədin ərizəçiyə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin faktın müəyyən edilməsi başqa qaydada mümkün olmadığı üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi qanunvericilkdə qeyd edilən faktın müəyyən edilən zaman pasport və şəhadətnamələr istisna təşkil edir. Ərizəçi isə özünə məxsus doğum haqqında şəhadətnaməsindəki məlumatların özünə məxsus şəxsiyyət vəsiqəsindəki şəxsə məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləkilə məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olmasına” dair ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olmasına” dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar