Məhkəmə qərarları › İş №2(060)-150/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-150/2022

06.04.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-150/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğvi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğvi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 20 sentyabr 2018-ci il tarixli Baku 2-33923-16369 saylı kredit müqaviləsi və onun onun tərkib hissəsi olan 11 oktyabr 2019-cu il tarixli, Baku 2-33923-17014 saylı razılaşmaya əsasən verilmiş kredit üzrə 8455,19 manat əsas borcu, 1040,11 manat faiz borcu və 4800 manat cərimə borcu olmaqla cəmi 14295,30 manat borcun, bidirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 40 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, Cavabdeh1 məxsus olan Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında, yerləşən 102,2 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0,0316 ha torpaq sahəsinin ilkin satış qiymətinin 30 000 manat məbıəğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan istifadə hüquqlarına xitam verilməklə məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini onunla onunla əsaslandırdı ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında 20 sentyabr 2018-ci il tarixdə bağlanmış Baku2-33923-16369 saylı kredit müqaviləsi bağlanılmış və müqavilənin tərkib hissəsi olan Baku2-33923-17014 saylı Razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 23% hesablanmaq şərti ilə 12 000 manat kredit verilmiş, kreditin aylıq 795 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi məqsədilə Cavabdeh1 məxsus 12 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmış Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0, 0316 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 21.09.2018-ci il tarixli, Baku2-33923-16369+C********** saylı ipoteka müqaviləsi bağlanılmışdır. Lakin Cavabdeh1 kredit üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş,buna görə də ipoteka saxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Cavabdeh1 11.08.2021-ci il tarixə verilmiş kredit üzrə 8455,19 manat əsas borcu, 1040,11 manat faiz borcu, 4800 manat cərimə borcu olmaqla cəmi 14295,30 manat borcu yaranmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ipoteka qoyana tədim edilmiş və qanunvericiliyə uyğun olaraq ƏMDX yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmışdır. İpotekaqoyan göstərilən bildirişi mübahisələndirməmişdir. İpoteka predmeti olan ev kreditin qaytarılması üçün ipoteka qoyulmuş və rəsmi qeydiyyata olan ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Cavabdeh1 məxsus Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0, 0316 ha torpaq sahəsi DƏDRX tərəfindən 25.09.2018-ci ildə ********** nömrə ilə ipotekanın qeydiyyatı aparılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, əsas borca hesabılanmış faizlər, eləcə də cərimə olaraq göstərilən məbləğ həddən artıq yüksək qiymətləndirilmişdir. Həmçinin iddiaçı ilə arasında kredit müqaviləsinin təminatı olan ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan ona məxsus ev əsassız olaraq 36000 manat qiymətləndirilmişdir. Halbuki evin qiyməti hazırda çox bahadır. Qeyd edilənlərə əsasən iddianın qismən rədd edilməsini, əsas borca hesablanmış faiz və cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BAKU2-33923-16369 saylı krediti müqaviləsi və BAKU2-33923-17014 saylı Razılaşmadan görünür ki, Cavabdeh1 11.10.2019-cu il tarixdə "xxxx" BOKT MMC-dən 18 ay müddətinə illik 23% hesablanmaq şərti ilə 12 000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan BAKU2-33923-16369+C********** saylı ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0, 0316 ha torpaq sahəsi 21.08.2018-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0,0316 ha torpaq sahəsi "xxxx" bank olmayan kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin verdiyi hesabatdan görünür ki, qiymətləndirilmə keçirilən vaxt Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 0,0316 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 70.000 manat, likvid qiyməti isə 59.500 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 12 yanvar 2022-ci il tarixli, 9/9584 nömrəli ekspert rəyindən görünür ki, 20.09.2018-ci il tarixli, BAKU2-33923-16369 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan BAKU2-33923-17014 saylı Razılaşmanın qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 iddiaçı "xxxx" BOKT ASC-yə olan 11.04.2021-ci il tarixə olan borcu əsas borcu üzrə 8455,19 manat, faiz borcu üzrə 1034,72 manat olmaqla 9489,91 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbindən göründüyü kimi cavabdehlərdən eyni zamanda hesablanmış 4800 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 300 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydə alınması üçün 40 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman isə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki iş üzrə fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinin alınması üçün xidmət haqqı 400 manat, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri isə 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməli, həmçinin mülki iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi üçün 400 manat və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq müvafiq olaraq "xxxx" MMCnin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 "xxxx" BOKT MMC-nin xeyrinə 8455,19 manat əsas borc, 1034,72 manat faiz borcu və 300 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulmalı, tutma Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0,0316 ha torpaq sahəsinə yönəldilməli, mənzilin likvid qiyməti 59.500 manat müəyyən edilməli, həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 8455,19 manat əsas borc, 1034,72 manat faiz borcu və 300 manat cərimə borcu, ipoteka predmetiə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0,0316 ha torpaq sahəsi boşaldılmalı, ipoteka predmetinin qiymətləndirilməsi üçün 400 manat Cavabdeh1 tutularaq "xxxx" MMCyə ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 8455,19 manat əsas borc, 1034,72 manat faiz borcu və 300 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0,0316 ha torpaq sahəsinə yönəldilsin, evin likvid qiyməti 59.500 manat müəyyən edisin, həmin əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 8455,19 manat əsas borc, 1034,72 manat faiz borcu və 300 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0,0316 ha torpaq sahəsi boşaldılsın. İpoteka predmetinin qiymətləndirilməsi üçün 400 manat Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar