Məhkəmə qərarları › İş №2(105)-2391/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2391/2022

16.11.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2391/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022ci il tarixli, 2(060)-150/2022 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 iddiaçı "xxxx" BOKT MMCnin xeyrinə 8455,19 manat əsas borc, 1034,72 manat faiz borcu və 300 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0,0316 ha torpaq sahəsinə yönəldilməsi, evin likvid qiyməti 59.500 manat müəyyən edilməsi, həmin əmlak açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 8455,19 manat əsas borc, 1034,72 manat faiz borcu və 300 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında yerləşən 102,2 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0,0316 ha torpaq sahəsi boşaldılması, ıpoteka predmetinin qiymətləndirilməsi üçün 400 manat Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-150/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin cavabdehə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-150/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin cavabdehə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(060)-150/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər cavabdehə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-150/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında Cavabdeh1 vəsətəti təmin edilməməsi qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-150/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğvi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 20 sentyabr 2018-ci il tarixli Baku 2- 33923-16369 saylı kredit müqaviləsi və onun onun tərkib hissəsi olan 11 oktyabr 2019-cu il tarixli, Baku 2-33923-17014 saylı razılaşmaya əsasən verilmiş kredit üzrə 8455,19 manat əsas borcu, 1040,11 manat faiz borcu və 4800 manat cərimə borcu olmaqla cəmi 14295,30 manat borcun, bidirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 40 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, Cavabdeh1 məxsus olan Sumqayıt şəhər, 51-ci məhəllə, ev 120 D ünvanında, yerləşən 102,2 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və onun istifadəsində olan 0,0316 ha torpaq sahəsinin ilkin satış qiymətinin 30 000 manat məbıəğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan istifadə hüquqlarına xitam verilməklə məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Məhkəmə qərarları həm də ədalətli olmalıdır. Göstərilənlərdən də aydın olur ki, o, qətnamədən apellyasiya şikayəti vermiş, lakin Sumqayıt şəhər məhkəməsi şikayətini apellyasiya məhkəməsinə göndərməyərək 20 sentyabr tarixli qərardadla geri qaytarmışdır. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla işə baxmış və qanunsuz qərardad çıxarmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini apellyasiya şikayətini vermək üçün prosesual müddətin üzrlü səbəbdən ötürülməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli və onunla bağlı 18 oktyabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar