Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-624/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğvi, kredit üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, TBC Kredit’’ BOKT MMC ilə Cavabdeh1 arasında bağlanılmış 28 dekabr 2019-cu il tarixli SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, 28 dekabr 2019-cu il tarixli SUMG1- 13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən verilmiş kredit üzrə 10.879,90 manat əsas borc və 196,85 manat faiz borcu olmaqla, cəmi 11.076,75 (on bir min yetmiş altı manat yetmiş beş qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 220 (iki yüz iyirmi) manat Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 "TBC Kredit’’ BOKT MMC-nin xeyrinə tutulması, tələbin Cavabdeh4 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin 42 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 (qırx min) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsinin ləğvi, kredit üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə imzalanmış 28 dekabr 2019-cu il tarixli SUMG1-13765- 2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, 28 dekabr 2019-cu il tarixli SUMG113765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən verilmiş kredit üzrə 10.879,90 manat əsas borc və 138,81 manat cari faiz borcu olmaqla, cəmi 11.018,71 manat borcun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 40 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 "TBC Kredit’’ BOKT MMC-nin xeyrinə tutulması, Cavabdeh4 məxus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,292 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində yerləşən 69.93 kv.m ümumi, 49.49 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 42 nömrəli mənzilin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında ikinciyə illik faizi 30 faizdən artıq olmamaqla 39.000 manat məbləğində kreditin verilməsini nəzərdə tutan 16 sentyabr 2015-ci il tarixli SUMG1-13765- 7238 saylı Kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 məxus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,292 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində yerləşən 69.93 kv.m ümumi, 49.49 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 42 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 16 sentyabr 2015-ci il tarixli SUMG1-13765-7238+C********** nömrəli İpoteka müqaviləsi, Cavabdeh3 ilə 16 sentyabr 2015-ci il tarixli SUMG113765- 7238+SUMG1-13767 nömrəli Zaminlik müqaviləsi imzalanmışdır. 16 sentyabr 2015-ci il tarixli SUMG1-13765-7238 saylı Razılaşma ilə Cavabdeh1 illik 25% olmaqla ümumilikdə 13.000 manat məbləğində kredit verilmiş və kreditin 36 ay müddətində aylıq 517 manat qaytarılması müəyyən edilmişdir. AR Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı qeyd olunan kreditə də şamil olunmuşdur. Belə ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında 28 dekabr 2019-cu il tarixli SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 10.879,90 (on min səkkiz yüz yetmiş doqquz) manat məbləğində güzəştli kredit vermişdir. Həmçinin 30 dekabr 2019-cu il tarixdə SUMG1-13765-7238+C********** saylı X3 və dəyişikliklər edilməsi barədə Saziş, Cavabdeh3 və Cavabdeh4 ilə 28 dekabr 2019-cu il tarixli Zaminlik müqaviləsi imzalanmışdır. Lakin, Cavabdeh1 kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada etmədiyinə görə İpoteka saxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 07 may 2021-ci il tarixinədək verilmiş kredit üzrə 10.879,90 manat əsas borcu və 138,81 manat cari faiz borcu olmaqla, cəmi 11.018,71 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olan ev kreditin qaytarılması üçün ipoteka qoyulmuş və rəsmi qeydiyyatda olan ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli kitabın 90 nömrəli vərəqində qeydiyyata alınan, Cavabdeh4 məxsus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin 42 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə AR ƏMDK yanında DƏDRX tərəfindən 17.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ipotekanın qeydiyyatı və AR ƏMDK yanında DƏDRX tərəfindən 28.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Daşınmaz əmlak bazarında mövcud olan tələbtəklif nisbətini nəzərə alaraq Cavabdeh4 məxsus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin 42 nömrəli mənzilin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmış və bununla da, çəkişmə prinsipini pozmuşdur. Bundan başqa məhkəmə tərəfindən evin hazırkı bazar qiyməti barədə heç bir rəy almadan, ilkin qiyməti 40.000 manat göstərmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(060)-4828/2021 saylı qətnaməsini ləğv edərək, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, M.N.Mirzəyev, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanılmış 28 dekabr 2019-cu il tarixli, № SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsindən və ödəniş qrafikindən görünür ki, kredit verən kredit alana 5 il müddətinə, illik 1 faiz ödəmək şərti ilə 10879,90 AZN məbləğində kredit verməyi, kreditalan isə həmin kredit müqaviləsi üzrə borcu və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 25.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan əsas borcu 10879,90 manat, faiz borcu 196,85 manat, cəmi borc 11076,75 manat təşkil edir. Məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. 30.12.2019-cu il tarixli, SUMG1-13765-7238+C********** saylı X3 və Dəyişikliklər barədə sazişdən görünür ki, 28 dekabr 2019-cu il tarixli, № SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin təminatı olaraq Cavabdeh4 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin, 42 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışının surətindən görünür ki, Cavabdeh4 məxsus olan Sumqayıt şəhər, 18-ci mikrorayon, 29 saylı evin, 42 saylı mənzili bank qarşısında ipoteka yüklülüyü 17.09.2015ci il tarixdə qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh4 məxsus olan Sumqayıt şəhər, 18-ci mikrorayon, 29 saylı evin, 42 saylı mənzilinə dair ipoteka yüklülüyünə dair əlavə qeydiyyat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 27 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində, 17.09.2015-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinin №**********77 saylı, 16.04.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, 42 nömrəli mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. 09.04.2021-ci il tarixli bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ipoteka qoyan xəbərdar edilmişdir. İş materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanda yerləşən, 42 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 mənzilin ipotekaya qoyulmasına razılıqlarını bildirmişlər. Məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə ipoteka ilə yüklü edilmiş mənzilin heç bir ekspertiza keçirilmədən dəyərini 40.000 manat göstərilməsi düzgün olmaması barədə dəlili qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş 08 oktyabr 2021-ci il tarixli "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh4 məxsus olan Sumqayıt şəhər, 18-ci mikrorayon ünvanında yerləşən 29 saylı evin, 42 saylı mənzilin likvid dəyəri 40.000 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. 28.12.2019-cu il tarixli, №SUMG1-13765-2370+SUMG1-13767 saylı Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh3 və Cavabdeh4 arasında 28.12.2019-cu il tarixli SUMG1-137652370 saylı kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır və həmin müqavilənin 2.1-ci bəndinə əsasən zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddiaçının zaminlərə qarşı tələbi əsaslıdır, zamin borclunun bank qarşısında öhdəlikləri ilə bağlı birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat, bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və əmlakın qiymətləndirilməsi ilə bağlı ekspert tədqiqatının dəyəri olaraq 150 manat ödəmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi qəbul etmir. Belə ki, iş materiallarında olan məhkəmə bildirişindən müəyyən olunur ki, tərəflər rəsmi qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmışdıla (.i.v.63-65). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 19 noyabr 2021-ci il tarixli 2(060)- 4828/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-624/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-624/2022
14.03.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver