Məhkəmə qərarları › İş №2(102)-4120/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4120/2022

03.10.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4120/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)87 8/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 03 aprel 2007-ci il tarixli, KR07/36 saylı Kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin alınması məqsədi ilə 300 ay müddətinə, illik 6% olmaqla 26000 manat məbləğində kredit verilmişdir.

2. Kreditin təminatı olaraq 03 aprel 2007-ci il tarixli ipoteka müqaviləsi ilə X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili ipoteka ilə yüklü etmiş, 11 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsi ilə o, həmin mənzili Cavabdeh mülkiyyətinə vermiş və ipotekanın əlavə qeydiyyatı aparılmışdır. 3. 03 oktyabr 20 16-cı il tarixli xidmət müqaviləsi ilə hazırki ipoteka krediti "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ötürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 aprel 2007-ci il tarixli KR07/36 saylı Kredit müqaviləsinin ləğvi, cavabdehdən 16469,28 manat əsas borcun, 141,40 manat faiz borcunun, 282,80 manat dəbbə pulunun, ümumilikdə 16964,90 manatın tutularaq iddiaçıya verilməsi, tələbin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlak ın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya 16964,90 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir.

6. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 15 noyabr 2021-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinin likvid qiyməti 45000 manat müəyyən edilmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-7266/2021 nömrəli qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddia qismən təmin edilmiş, 03 aprel 2007-ci il tarixli, KR07/36 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16469,28 manat əsas borc, 141,40 manat faiz borcu, 282,80 manat dəbbə pulu, ümumilik də 16934,90 manat borcun tutularaq İddiaçı ASC-yə verilməsi, 16934,90 manat borcun Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi və ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pulun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 269, 270.1, 385.1, 386.1, 442, 448.1, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3-cü, “İpoteka haqqında” Qanunun 59.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-7266/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)-878/2022 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmi ş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-7266/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsi ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin maddələrinə düzgün istinad edərək iddia tələbini tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

12. Belə ki, Cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.

13. Eyni zamanda apellyasiya instansiya məhk əməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulan borcu müəyyən etməklə haqlı olmuşdur. Çünki "xxxx" ASC ilə Cavabdeh arasında mənzilin alınması məqsədi ilə 300 ay müddətinə illik 6% olmaqla 26000 manat kredit verilmiş, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Kredit müqaviləsi üzrə cavabdehin 16469,28 manat əsas və 141,40 manat faiz borcu olması iş materiallarında olan maliyyə arayışı ilə təsdiqini tapır.

14. Məhkəmə əsas borca görə cərimə borcunun tutulması hissəsində gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi əsaslı olduğundan şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Eyni zamanda cavabdeh borc məbləğinin müəyyən edilməsi və əmlakın yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin edilməsini xahiş etsə də, bunu əsaslandıra bilməmişdir. Həmçinin ipoteka predmeti olan əmlak ekspert tərəfindən qiymətləndirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 29 mart 2022-ci il tarixli, 2(105)-878/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 442, 448.1, 739.1, 739.2-ci maddələri pozulmuş, ipoteka predmetinin ilkin satış qiyməti və kredit müqaviləsi üzrə borcun məbləği düzgün müəyyən edilməmiş, məhkəmə müvafiq ekspertizaları keçirməmişdir.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

20. Azərbaycan R espublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Bir inci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi qətnaməni cavabdehin apellyasiya şikayətinə əsasən yoxlamışdır. Hazırda cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyy ənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kredit or ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin ed ilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasınd a, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci ma ddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməsi və yaxud, iddiaçı tərəfindən borcun düzgün hesablanmaması ilə bağlı hər hansı bir sübut (ödəniş qəbzləri, maliyyə sənədləri və s.) təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiya şikayətinin dəlillərinə həmin hi ssədə mövcud sübutlara əsasən hüquqi qiymət vermişdir.

27. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində kassasiya şikayətinin dəlilləri üzrə isə qeyd olunmalıdır ki, iş materiallarına əsasən həmin qiymətin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən müstəqil qiymətləndirmə həyata keçirilmişdir. Müəyyən olunan qiymət cavabdeh tərəfindən mübahisələndirilsə də, onun düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır.

28. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəy əsasında əmlakın likvid dəyəri ilə müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

29. Beləliklə, məhkəmə kolle giyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)-878/2022 nömrəli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar